paq sahələrindən istifadə olunmasını, yaxud da hasilatı çətin olan və ən
müasir texnologiya tələb edən faydalı qazıntı ehtiyatlarının işlənməsini
misal göstərmək olar. Onlardan istifadənin səmərəliliyinin öyrənilməsi
sosial-iqtisadi statistikanın predmetinə aiddir. Aparılan tədqiqatın gös
tərdiyi kimi, iqtisadiyyatın yüksək texnologiyaya əsaslanan bir sıra
sahələrində
uzun müddətdir ki, resurslardan istifadənin səmərəliliyinin
aşağı düşməsi müşahidə olunmur. Bütün bunlara əsasən demək olar ki,
sosial-iqtisadi statistika ilə nəzəri iqtisad elmləri arasındakı qarşılıqlı
əlaqə olduqca mürəkkəb xarakter daşıyır.
Sosial-iqtisadi statistika, statistika elminin digər bölmələri, xüsusilə də
sosial-demoqrafik və sahə statistika elmləri (sənaye statistikası, kənd
təsərrüfatı statistikası, ticarət statistikası və s.) ilə sıx surətdə əlaqədardır.
Çünki sosial-demoqrafik statistika onunla bağlı olan prosesləri, sahə
statistika elmləri isə iqtisadiyyatın ayrı-ayrı sahələrində
baş verən hadisə
və prosesləri təhlil edir. Lakin qeyd etmək lazımdır ki, sosial-iqtisadi
statistika ilə statistikanın adları çəkilən bölmələri arasındakı “sərhədlər”
şərti xarakter daşıyır. Məsələn, sosial-iqtisadi statistika sosial-iqtisadi
hadisə və prosesləri qarşılıqlı əlaqə şəraitində nəzərdən keçirir və eyni bir
göstəricidən həm iqtisadi, həm də sosial proseslər təhlil olunarkən istifadə
edilə bilər. Bundan başqa, əmək haqqı göstəricisi
bir tərəfdən istehsal
xərclərinin çox mühüm tərkib ünsürüdürsə (iqtisadi amil), digər tərəfdən
isə gəlirlərin bölüşdürülməsi prosesidir (sosial amil). Sahə statistika
elmləri ilə sosial-iqtisadi statistika arasında daha sıx əlaqə vardır. Bu,
özünü onda göstərir ki, sosial-iqtisadi statistika ümumiləşdirici göstəri
ciləri (ÜDM, MG,
milli sərvət, istehsalın rentabelliyi və s.) hesablamaq
üçün sahə statistika elmlərinin məlumatlarından istifadə edir. Bu, ona
görə mümkün olur ki, sosial-iqtisadi və sahə statistika elmlərində istifadə
olunan göstərici və təsnifləşdirmələr bir-biri ilə dəqiq şəkildə uyğun
laşdırmışdır, onların hamısı vahid metodologiyaya əsaslanır.
Sosial-iqtisadi statistika bu və ya digər bir göstəricinin hesablanması
metodunu işləyib hazırlayarkən statistika nəzəriyyəsinə əsaslanır. İqtisadi
statistika, statistika elminin ən ümumi kateqoriyaları, prinsipləri və me
todlarından istifadə edir. Bu məqsədlə bir sıra hesablamalarda,
xüsusilə
də makroiqtisadi göstəricilərin beynəlxalq müqayisəsi zamanı indeks
metodundan geniş istifadə olunur. Odur ki, dərslikdə bu məsələyə xüsusi
diqqət yetirilir. Bütün bunları ümumiləşdirərək belə bir nəticəyə gəlmək
olar ki, sosial-iqtisadi statistika
ilə nəzəri iqtisad elmləri, eləcə də
statistika elminin digər bölmələri arasında qarşılıqlı əlaqə vardır, onlar
bir-birinin müddəalarına əsaslanır və bir-birini tamamlayır.
Dostları ilə paylaş: