II FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASINDA STATİSTİKA İŞLƏRİNİN
TƏŞKİLİ
2.1. Azərbaycan Respublikasında statistika işlərinin
təşkili prinsipləri
Ölkəmizdə statistika işlərinin təşkili aşağıdakı prinsiplərə əsaslanır:
1) Ölkədə bütün uçot və statistika işlərinə rəhbərliyin ciddi şəkildə
mərkəzləşdirilməsi;
2) İşləri vahid metodologiya əsasında aparan mərkəzləşdirilmiş statis
tika orqanlarının yaradılması;
3) Statistika orqanlarının dövləti idarəetmə orqanları ilə qarşılıqlı
əlaqədə fəaliyyət göstərməsi.
Məlum olduğu kimi, statistika və uçot işləri bütün ölkə ərazisində
çoxsaylı obyektləri əhatə edən kütləvi hadisələrdən ibarətdir. Ona görə də
bu işləri yerinə yetirərkən statistika elminin qarşıya qoyduğu tələblərə
ciddi əməl olunmalıdır. Bunun üçün isə mərkəzləşdirilmiş rəhbərlik və
vahid metodologiya olmalıdır. Odur ki, 1991-ci ildə müstəqilliyimizi
bərpa etdikdən sonra ölkəmizdə uçot işlərini vahid metodologiya ilə
aparan mərkəzləşdirilmiş statistika orqanları sistemi yaradılmışdır. Bu, öz
əksini Azərbaycan Respublikasının “Rəsmi Statistika haqqında” 18 fevral
1994-cü il tarixli, 789 №-li Qanununda tapmışdır. Bundan sonra Azər
baycan cəmiyyətində gedən sosial-iqtisadi proseslərlə əlaqədar olaraq
qanunda dəfələrlə müəyyən dəyişikliklər edilmişdir.
Qanun Azərbaycan Respublikasının bütün idarəetmə orqanlarının, ma
liyyə, bank, vergi və gömrük xidmətlərinin, mülkiyyət formasından, əmə
yin təşkili və tabeliyindən asılı olmayaraq respublikanın ərazisində, ha
belə onun sərhədlərindən kənarda yerləşən, Azərbaycan Respublikasının
mülkiyyətində olan müəssisələrin, idarələrin, təşkilatların, assosiasiya
ların, şirkətlərin və digər hüquqi şəxslərin, həmçinin sahibkarlıq və qa
nunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olan
fiziki şəxslərə şamil edilir.
Azərbaycan Respublikasında vahid mərkəzləşdirilmiş ümumres-
publika sisteminə Dövlət Statistika Komitəsi rəhbərlik edir. Ölkəmizdə
dövlət statistikasının təşkili ilə Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsi, Naxçıvan Muxtar Respublikasının Statistika komitəsi, rayon,
şəhər (respublika tabeli) statistika idarələri və şəhərlərdə statistika
40
şöbələri məşğul olurlar.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ölkəmizin iqtisa
di və sosial sahələrində vahid metodologiya əsasında statistik məlumatlar
sisteminin fəaliyyətini təmin edir. O, mərkəzi icra orqanları sistemində
fəaliyyət göstərən, statistika və uçot işlərinə rəhbərlik edən müstəqil
iqtisadi dövləti idarəetmə orqanıdır. Komitə öz fəaliyyətini ölkəmizdə baş
verən sosial-iqtisadi proseslərin obyektiv və hərtərəfli Öyrənilməsi prin
sipləri əsasında həyata keçirir, respublikanın sosial-iqtisadi vəziyyətinə
dair məlumatların aşkarlığını təmin edir, hüquqi və fiziki şəxslərin hü
quqlarına hörmət edərək və onların ilkin fərdi məlumatlarının məxfiliyini
qoruyaraq statistik məlumatların rolunun artırılmasına yönəldilən
siyasətin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.
Beləliklə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ölkədə
statistika və uçot işlərinə mərkəzləşdirilmiş rəhbərliyi həyata keçirir,
onun vahid elmi metodologiyasını işləyib hazırlayır, iqtisadi məsələlərlə
məşğul olan hökumət orqanları ilə birlikdə (İqtisadi İnkişaf, Maliyyə,
Vergilər Nazirlikləri, Dövlət Gömrük Komitəsi və i. a.) mühasibat uçotu
formalarının və statistik hesabatların təkmilləşdirilməsi sahəsində iş
aparır, iqtisadiyyatın və mədəniyyətin inkişafına dair məlumatları toplayır
və təhlil edir. O, öz işlərini yerli - şəhər və rayon statistika orqanları
vasitəsilə aparır.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, «Rəsmi Statistika haqqın
da» Azərbaycan Respublikasının Qanununu, digər qanunvericilik aktları
nı, Respublika Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Sta
tistika Komitəsi haqqında” 6.11.1995-ci il tarixli, 238№-li “Əsasna
m əsin i, digər qərar və sərəncamlarını, statistika sahəsində beynəlxalq
sazişləri əldə rəhbər tutur.
Dostları ilə paylaş: