Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


mahiyyəti “kapital qoyuluşu” anlayışı ilə eyniləşdirilirdi



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə233/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   229   230   231   232   233   234   235   236   ...   262
2-ci movzu demoqrafiya

mahiyyəti “kapital qoyuluşu” anlayışı ilə eyniləşdirilirdi. 
Lakin qeyd 
etmək lazımdır ki, əslində bunlar eyni məzmuna malik anlayışlar de­
yildirlər. Ona görə ki, investisiya anlayışı kapital qoyuluşu anlayışından 
daha geniş məzmuna malikdir. Kapital qoyuluşu dedikdə, yalnız əsas 
fondların (əsas kapitalın) yaradılması və təmirinə yönəldilən pul vəsaiti 
nəzərdə tutulur. Göründüyü kimi, 
kapital qoyuluşu investisiya qoyulu­
şunun tərkibindədir. 
İnvestisiyaların hamı tərəfindən qəbul edilmiş real 
və maliyyə investisiyalarına bölgüsündən istifadə edərək demək olar ki,
357


real investisiyalar əsas istehsal fondlarına kapital qoyuluşunu ifadə edir.
Bazar iqtisadiyyatı şəraitində investisiya problemi başlıca olaraq xüsu­
si kapital yığımı kimi nəzərdən keçirilir. 
Yığım qanunlarının təhlil
olunmasının başlanğıcını A.Smit və D.Rikardo qoymuşlar. 
Onlar bu­
nu əsas etibarilə fərdi kapitalların təkrar istehsalı prosesinin bazasında 
təhlil etmişlər. Yığım nəzəriyyəsi inkişafının başlıca mərhələsi 
C.M.Keynsin XX əsrin 20-30-cu illərində nəşr olunmuş əsərləri ilə 
əlaqədardır. C.M.Keyns öz əsərlərində əsas makroiqtisadi göstəricilər -
milli gəlir, onun istehlak və investisiyaya yönəldilən hissələri, pul kütləsi, 
əmək haqqı və mənfəət, kapitala görə alman faiz, aktivlərin və təəhhüd­
lərin ümumi məbləği arasındakı qarşılıqlı əlaqələri nəzərdən keçirmişdir.
C.M.Keyns bu makroiqtisadi parametrlərin dinamikasından istifadə et­
məklə, yığımın əmələ gəlməsi və istifadə olunması mexanizmini, inves­
tisiya prosesinə onun təsirini əsaslandırmışdır.
Son dövrlərdə investisiya prosesində çox böyük dəyişikliklər baş ver­
mişdir. Belə ki, hazırda investisiya fəaliyyətində dövlət, korporasiyalar, 
maliyyə vasitəçiləri, xarici investorlar və əhali fəal iştirak edir. Deməli, 
investisiya prosesinin çoxsubyektliliyinin artması ilə investisiyaların 
maliyyələşdirilməsi mənbələri də çoxalır.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin