356 XII FƏSİL
İNVESTİSİYA STATİSTİKASI
12.1. İnvestisiyaların iqtisadi mahiyyəti və bu prosesdə dövlətin rolu Bazar münasibətlərinin formalaşdırılmasmm əsas şərtlərindən biri
ölkədə əlverişli investisiya mühitinin yaradılması, zaman keçdikcə onun
təkmilləşdirilməsi və daha da inkişaf etdirilməsidir. Çünki iqtisadi artı
mın, kapitalın və istehsalın strukturunun bazarın dəyişən konyunkturuna
uyğunlaşdırılmasının, əhalinin həyat səviyyəsinin, təsərrüfat subyektləri
nin və bütövlükdə ölkənin rəqabət qabiliyyətinin artması və makroiqtisadi
sabitliyin təmin olunması ilə əlaqədar bir çox sosial-iqtisadi vəzifələrin
yerinə yetirilməsi investisiyaların həcmindən, bu prosesin vəziyyətindən
və dayanıqlı olmasından asılıdır.
İnvestisiya fəaliyyəti dedikdə, adətən gəlir əldə etmək məqsədilə pul
vəsaitinin avans olunması nəzərdə tutulur. Sözün geniş mənasında inves
tisiyalar ölkə iqtisadiyyatının inkişaf etdirilməsinin maliyyələşdirilməsinə
yönəldilir. Azərbaycan Respublikasının “İnvestisiya fəaliyyəti haqqmda”
13 yanvar 1995-ci il tarixli qanununda investisiyalar belə səciyyələn
dirilir: “investisiya - gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məq
sədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə
vəsaitlərindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir” .
Bunlara konkret olaraq aşağıdakılar daxildir: pul vəsaiti, məqsədli bank
əməliyyatları, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar; daşı
nan və daşınmaz əmlak (binalar, tikililər, avadanlıqlar, başqa maddi
sərvətlər); intellektual sərvətlər; texniki, texnoloji, kommersiya və digər
biliklərin toplusu; torpaqdan, sudan və digər resurslardan, bina, qurğu və
avadanlıqlardan istifadə və digər əmlak hüquqları (müəllif hüququndan
irəli gələn hüquqlar da daxil olmaqla) və i.a.
İnzibati-amirlik sistemi şəraitində investisiya anlayışının iqtisadi