Real aktivlər onun sahibi tərəfindən digər iqtisadi vahidlərin isti fadəsinə verildikdə, aktivlərin bu növləri üzrə investisiya qoyuluşundan
əldə edilən gəlirlər
aşağıdakı kimi müəyyən olunur: 1) istehsalın məhsulu olan aktivlər (binalar, tikililər, maşın və ava
danlıqlar və s.) üçün - onların icarəyə verilməsindən əldə edilən xalis
mənfəət qədər;
2) istehsalın məhsulu olmayan aktivlər (torpaq, yerin təki və i.a.) üzrə
- onların sahiblərinin götürdükləri xalis renta qədər.
Maliyyə aktivlərinə qoyulan investisiyalardan əldə edilən gəlir həmin
aktivlərin digər iqtisadi vahidlərin istifadəsinə verilməsi nəticəsində əldə
edilən mülkiyyətə görə gəlir deməkdir. Mülkiyyətdən əldə edilən gəlirin
növü sərəncama verilən maliyyə aktivlərinin növündən asılıdır.
Depozitlər və borclar üzrə investisiya gəliri müqavilə bağlanarkən
müəyyən edilmiş faiz dərəcələri nəzərə alınmaqla hesablanan faiz
məbləği ilə ölçülür. Qiymətli kağızların sonradan satın alınması şərtilə
onların (qiymətli kağızların) satışı haqqında müqavilələr də borc (ssuda)
kateqoriyasına aiddir. Bu zaman investisiya gəliri qiymətli kağızların sa
tıldığı qiymətlərlə satın alındığı qiymətlər arasındakı fərq kimi müəyyən
edilir.
Qiymətli kağızlar (səhmlərdən başqa) üzrə investisiya gəliri onla
rın növündən asılı olaraq faiz, diskont, yaxud da borcun indeksləşdirmə
364 məbləği ilə müəyyən edilir. Belə ki, istiqraz və depozit sertifikatlarının
sahibləri faiz məbləği alırlar. İndeksləşdirilən qiymətli kağızların sahib
ləri üçün investisiya gəliri onların faiz məbləği və əsas borc məbləğinin
indeksləşdirilməsindən əldə etdikləri məbləğdən ibarətdir. Xəzinə veksel
ləri üzrə investisiya gəliri diskont məbləği həcmində (nominal dəyərindən
edilən güzəşt, yəni satınalma və satış qiymətləri arasındakı fərq kimi)
müəyyən olunur. Diskont fərqi çox böyük olan istiqrazlar üzrə investisiya
gəliri hesablandıqda onun üzərinə faiz məbləği də əlavə edilir. Veksel
üzrə faiz məbləği onun sahibinə (kreditora) tədiyə vaxtı çatdıqda ödənilən
məbləğlə borclu (debitor) onu satın alarkən ödədiyi məbləğ arasındakı
fərq kimi müəyyən edilir.