Maliyyə investisiyaları ödənilmə müddətindən asılı olaraq iki yerə bölünür: 1) qısa müddət ərzində ödənilən investisiyalar; 2) uzun müddət
ərzində ödənilən investisiyalar. Qısa müddətli maliyyə investisiyaları bir
ildən çox olmayan müddətdə həyata keçirilir. Uzun müddətli investi
siyalar dedikdə isə bir ildən sonra gəlir əldə edilməsi gözlənilən investi
siyalar başa düşülür.
Maliyyə investisiyalan içərisində xarici investisiyalar xüsusi rol
oynayır. Bu investisiyalar “qalan dünya” iqtisadiyyatına həm konkret
hüquqi şəxslər (rezidentlər), həm də qeyri-rezidentlər tərəfindən həmin
müəssisəyə qoyulan investisiyalardan ibarət ola bilər.
Bu investisiyalar da öz növbəsində aşağıdakı növlərə ayrılır: 1) birbaşa investisiyalar; 2)
dolayı (portfel) investisiyalar; 3) sair investisiyalar.
Birbaşa investisiyalar o deməkdir ki, kapitalı qoyan ölkə, yaxud da
müəssisə (hüquqi və fiziki şəxslər) tamamilə onun sahibinə çevrilir və ya
səhmlərinin (yaxud da səhmdar kapitalının) ən azı 10%-nə nəzarət edir.
Bunlar müəssisənin idarə edilməsində iştirak hüququ verir.
Aşağıdakılar birbaşa investisiyalardan ayrılır: - müəssisənin xarici həmsahibi tərəfindən nizamnamə kapitalına
faktiki qoyulmuş üzvlük haqqı. Bunlar daşınmaz əmlak, avadanlıq, əmtəə
şəklində verilmiş maddi və qeyri-maddi üzvlük haqlarından, habelə pul
vəsaiti formasında üzvlük haqqından ibarət ola bilər;
- maliyyə lizinqi;
362 - müəssisələrin xarici həmsahiblərindən alınmış kreditlər;
- sair birbaşa investisiyalar (həmtəsisçilərin aldıqları əlavə səhmlər,
birbaşa investorların müəssisəyə verdikləri avadanlıqlar və i. a.).
Dolayı (portfel) investisiyalar müəssisə səhmlərinin satın alınması
deməkdir. Lakin bu, onun sahibinə müəssisənin işinə təsir etmək hüququ
vermir və müəssisənin səhm kapitalının, həmçinin istiqrazların, veksellə
rin, özünün və cəlb edilmiş kapitalın dəyərinin 10%-dən azını təşkil edir.
Dolayı investisiyalara səhmlər, müəssisələrin təəhhüdlü qiymətli
kağızları daxildir. Veksellər, uzun və qısa müddətli dövlət qiymətli
kağızları da bu investisiyalara aiddir.
Sair investisiyalara aşağıdakılar daxildir:
- ticarət kreditləri (idxal və ya ixrac üçün ödəmələr və bu məqsədlər
üçün kredit verilməsi;
- birbaşa investorlardan alınmış sair kreditlər (ticarət kreditlərindən
başqa). Beynəlxalq maliyyə təşkilatlarından - Dünya Bankından, Beynəl
xalq Valyuta Fondundan, Avropa Yenidənqurma və İnkişaf Bankından,
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından və i. a. - alman kreditlər
də buraya daxildir.
- Azərbaycan dövlətinin zəmanəti ilə xarici ölkələrin verdikləri kre
ditlər;
- banklara əmanət qoyuluşları (Azərbaycan banklarında xarici
hüquqi şəxslərin hesabları);
- sair investisiyalar.