Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İnvestisiyaların iqtisadiyyatın sahələri üzrə qruplaşdırılması



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə237/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   233   234   235   236   237   238   239   240   ...   262
2-ci movzu demoqrafiya

İnvestisiyaların iqtisadiyyatın sahələri üzrə qruplaşdırılması,
1990-cı ildə BMT-nin Statistika Komissiyası tərəfindən hazırlanmış 
“bütün iqtisadi fəaliyyət növlərinin təsnifləşdirilməsinin beynəlxalq sahə 
standartlarına” uyğun olaraq aparılır.
Maliyyələşdirmə mənbələrinə görə investisiyalar iki yerə bölünür:
1) öz vəsaiti hesabına həyata keçirilən investisiyalar; 2) cəlb edilmiş 
vəsait hesabına həyata keçirilən investisiyalar. Müəssisənin öz vəsaitinə 
bütün öhdəliklər yerinə yetirildikdən sonra onun sərəncamında qalan 
mənfəət; amortizasiya ayırmaları; hüquqi şəxslərin pul yığımı və fiziki 
şəxslərin qənaəti; bədbəxt hadisələr və baş verən qəzalar nəticəsində 
dəyən zərərin ödənilməsi üçün müəssisə tərəfindən qabaqcadan sığorta 
təşkilatlarına ödənilən pul vəsaiti və s. aiddir.
Cəlb edilmiş vəsaitlərə aşağıdakılar daxildir: 
1) bank kreditləri; 2)
361


səhmlərin satışından əldə edilən vəsait; 3) xeyriyyəçilik məqsədilə ödəni­
lən haqlar, qaytarılmamaq şərti ilə holdinq və səhmdar cəmiyyətləri, sə­
naye-maliyyə qrupları tərəfindən ayrılan vəsait; 4) müxtəlif formalarda 
cəlb edilmiş vəsait. O cümlədən qaytarılmaq şərti ilə dövlətin verdiyi 
kredit, xarici investorların, şirkətlərin, fondların, sığorta cəmiyyətlərinin 
kreditləri; 5) mərkəzi büdcədən ayrılan vəsait; 6) büdcədənkənar fond­
ların vəsaiti; 7) maliyyə institutlarının, dövlətlərin, beynəlxalq təşkilat­
ların birbaşa qoyuluşları formasında xarici investisiyalar və i. a.
Bununla yanaşı, digər əlamətlərə görə qruplaşdırmalar da aparılır. 
Belə əlamətlərdən biri əsas maddi kapitala investisiya qoyuluşunun tex­
noloji qruplaşdırılması ola bilər. 
Texnoloji struktur üzrə investisiyalar
aşağıdakı kimi qruplaşdırılır: 
1) bütün tikinti işlərinin dəyəri; 2) ava­
danlıqların quraşdırılması ilə əlaqədar işlər; 3) tikinti layihələrində nə­
zərdə tutulmuş quraşdırma tələb edən və etməyən avadanlıqlar; 4) tikinti 
işləri smetalarına daxil edilmiş alət və inventarlar; 5) tikinti işləri 
smetasına daxil edilməmiş maşın və avadanlıqlar; 6) sair əsaslı işlər və 
xərclər.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin