Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Səhmlər və kapitalda iştirakın digər növləri (müxtəlif növ paylar)



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə241/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   237   238   239   240   241   242   243   244   ...   262
2-ci movzu demoqrafiya

Səhmlər və kapitalda iştirakın digər növləri (müxtəlif növ paylar)
üzrə investisiya gəliri
hesablanan dividend məbləği qədər müəyyən edi­
lir. Dividend yalnız pul formasında deyil, səhmlər, istiqrazlar, əmtəələrlə 
də ödənilə bilər. Bu zaman dividendin kəmiyyəti onların bazar dəyəri ilə 
müəyyən olunur.
Debitor borcu üzrə investisiya gəliri əmtəə formasında verilmiş 
kreditin müqabilində ödənilən faiz məbləğidir.
İnvestisiyaların gəlirliliyini səciyyələndirən göstərici ümumi şəkil­
də aşağıdakı düsturla hesablanır:
q
_ qoyulmuş investisiyalardan əldə edilən illik gəlir
qoyulmuş investisiya məbləği
Burada: G - investisiya gəliri (faiz norması) deməkdir.
İqtisadi aktivlərin növləri üzrə investisiya gəlirlərinin quruluşu
aşağıdakı kimidir:
1) Qeyri-maliyyə aktivlərindən əldə edilən investisiya gəlirləri:
- qeyri-maliyyə aktivlərinin dəyəri ilə müqayisə olunmaqla hesablanan 
mənfəət norması;
- hesabat, yaxud da başqa bir dövrdə istehsal edilmiş qeyri-maliyyə 
aktivlərinə qoyulmuş investisiyalar nəzərə alınmaqla hesablanan mənfəət 
norması.
2) maliyyə aktivlərinin investisiya gəlirliliyi:
- depozitlər üzrə faiz norması;
- qiymətli kağızlar (səhmlərdən başqa) üzrə faiz norması;
- borc (ssuda) üzrə faiz norması;
- səhmlər üzrə dividend norması;
- əmtəə formasında verilmiş kreditlər üzrə faiz norması.
365


Qeyri-maliyyə aktivlərinə investisiya qoyuluşunun gəlirliliyi istehsal­
da istifadə olunan real aktivlər üzrə mənfəət normasına bərabər götürülür. 
Həm də qeyd etmək lazımdır ki, hesabat dövründə əldə edilən mənfəət 
bütün əvvəlki illərdə investisiya qoyuluşunun nəticəsi kimi nəzərdən 
keçirilirsə, onda investisiyaların gəlirliliyi mənfəət normasının real aktiv­
lərin, yaxud da onun ayrı-ayrı hissələrinin (əsas kapital, maddi dövriyyə 
vəsaitləri ehtiyatları, istehsalın məhsulu olmayan qeyri-maliyyə aktivləri) 
dəyərinə olan nisbəti kimi müəyyən edilir:
RG = ™
,
OP
Burada. RG — real (istehsala qoyulmuş) aktivlərə investisiya qoyulu­
şunun gəlirliliyi; XM - alınmış kreditlərə görə hesabat dövründə verilən 
faiz məbləği çıxıldıqdan sonra yerdə qalan xalis mənfəət; OP - real 
aktivlərin, yaxud da onların tərkib hissələrinin orta dəyəri deməkdir.
Vəsaitin qoyulduğu və gəlir əldə olunduğu müvəqqəti zaman kəsiyi 
nəzərə alınmaqla müəyyən olunan hesabat dövründə əldə edilmiş mənfəət 
əvvəlki hər hansı bir dövrdə investisiya qoyuluşunun nəticəsi kimi 
nəzərdən keçirildikdə isə iqtisadiyyat bərabər sürətlə inkişaf etdiyi halda 
cari dövrdə əldə edilmiş mənfəət həmin dövrdə qoyulmuş investisiya ilə 
müqayisə edilə bilər.
RG = ^ M ,
IP
Burada. İP — hesabat və ya əvvəlki hər hansı bir dövrdə real aktivlərə 
investisiya qoyuluşu (əsas kapitalın ümumi yığımı, maddi vəsait ehtiyat­
larının dəyişməsi, istehsalın məhsulu olmayan qeyri-maddi aktivlərin 
xalis alqışı) deməkdir.
Qiymətli kağızlara investisiya qoyuluşunun gəlirliliyi hesabat döv­
ründə əldə edilmiş faiz məbləği, dividendlərin və bunlara bənzər digər 
gəlirlərin satın alınmış qiymətli kağızların dəyərinə olan nisbəti kimi 
hesablanır.
Qiymətli kağızların (səhmlərdən başqa) gəlirliliyi hesabat dövründə 
əldə edilmiş faiz məbləğinin qiymətli kağızların satınalma dəyərinə olan 
nisbəti kimi müəyyən edilir.
Nəhayət səhmlərin gəlirliliyini müəyyən etmək üçün hesabat döv­
ründə alınmış dividendi səhmlərin satınalma dəyəri ilə müqayisə etmək 
lazımdır.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin