Qeyri-maliyyə aktivlərinə investisiya qoyuluşunun gəlirliliyi istehsal
da istifadə olunan real aktivlər üzrə mənfəət normasına bərabər götürülür.
Həm də qeyd etmək lazımdır ki, hesabat dövründə əldə edilən mənfəət
bütün əvvəlki illərdə investisiya qoyuluşunun nəticəsi kimi nəzərdən
keçirilirsə, onda investisiyaların gəlirliliyi mənfəət normasının real aktiv
lərin, yaxud da onun ayrı-ayrı hissələrinin (əsas kapital,
maddi dövriyyə
vəsaitləri ehtiyatları, istehsalın məhsulu olmayan qeyri-maliyyə aktivləri)
dəyərinə olan nisbəti kimi müəyyən edilir:
RG = ™
,
OP
Burada. RG — real (istehsala qoyulmuş) aktivlərə investisiya qoyulu
şunun gəlirliliyi; XM - alınmış kreditlərə görə hesabat dövründə verilən
faiz məbləği çıxıldıqdan sonra yerdə qalan xalis mənfəət;
OP - real
aktivlərin, yaxud da onların tərkib hissələrinin orta dəyəri deməkdir.
Vəsaitin qoyulduğu və gəlir əldə olunduğu müvəqqəti zaman kəsiyi
nəzərə alınmaqla müəyyən olunan hesabat dövründə əldə edilmiş mənfəət
əvvəlki hər hansı bir dövrdə investisiya qoyuluşunun nəticəsi kimi
nəzərdən keçirildikdə isə iqtisadiyyat bərabər sürətlə
inkişaf etdiyi halda
cari dövrdə əldə edilmiş mənfəət həmin dövrdə qoyulmuş investisiya ilə
müqayisə edilə bilər.
RG = ^ M ,
IP
Burada. İP — hesabat və ya əvvəlki hər hansı bir dövrdə real aktivlərə
investisiya qoyuluşu (əsas kapitalın ümumi yığımı, maddi vəsait ehtiyat
larının
dəyişməsi, istehsalın məhsulu olmayan qeyri-maddi aktivlərin
xalis alqışı) deməkdir.
Qiymətli kağızlara investisiya qoyuluşunun gəlirliliyi hesabat döv
ründə əldə edilmiş faiz məbləği, dividendlərin
və bunlara bənzər digər
gəlirlərin satın alınmış qiymətli kağızların dəyərinə olan nisbəti kimi
hesablanır.
Qiymətli kağızların (səhmlərdən başqa) gəlirliliyi hesabat dövründə
əldə edilmiş faiz məbləğinin qiymətli kağızların satınalma
dəyərinə olan
nisbəti kimi müəyyən edilir.
Nəhayət səhmlərin gəlirliliyini müəyyən etmək üçün hesabat döv
ründə alınmış dividendi səhmlərin satınalma dəyəri ilə müqayisə etmək
lazımdır.
Dostları ilə paylaş: