Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


 Hər göstəricinin qarşısında sətrin kodu göstərilmişdir



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə243/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   239   240   241   242   243   244   245   246   ...   262
2-ci movzu demoqrafiya

54 Hər göstəricinin qarşısında sətrin kodu göstərilmişdir.
367


tarixli, 54/14 saylı qərarı ilə təsdiq edilmişdir. Hesabatın “İnvestisiya 
fəaliyyəti” bölməsində (IX bölmə) aşağıdakı göstəricilərə əsasən inves­
tisiya fəaliyyəti haqqında mühakimə yürütmək olar: a) əsas kapitala 
investisiyalar (yeni əsas vəsaitlər); b) digər təşkilatlarda istismarda olmuş 
əsas vəsaitlər alınmışdır; c) əsas vəsaitlər satılmışdır; d) qeyri-maddi 
aktivlərə investisiyalar, o cümlədən EHM üçün proqram məhsulu; e) ilin 
axırma bitməmiş tikinti.
“Əsas fondların (vəsaitlərin) və digər qeyri-maliyyə aktivlərinin möv­
cudluğu və hərəkəti haqqında hesabat” aşağıdakı bölmələrdən ibarətdir: 
1) əsas fondların mövcudluğu, hərəkəti və tərkibi; 2) əsas fondların möv­
cudluğu; 3) əsas fondların orta illik dəyəri; 4) əsas fondların amorti­
zasiyası, onların əsaslı təmirinə çəkilən xərclər; 5) digər qeyri-maliyyə 
aktivləri.
Birinci bölmədə əsas fəaliyyət növü üzrə əsas fondlar təfərrüatı ilə 
xırdalanır (binalar, qurğular, ötürücü qurğular, maşın və avadanlıqlar, 
nəqliyyat vasitələri, alətlər, istehsal və təsərrüfat inventarları, iş hey­
vanları, məhsuldar mal-qara, çoxillik əkmələr, digər əsas fondlar); qeyri- 
əsas fəaliyyət növləri üzrə əsas fondlar, o cümlədən mədənçıxarma səna­
yesi və karxanaların işlənməsi, emal sənayesi, elektrik enerjisi, qaz və su 
təchizatı, tikinti, kənd təsərrüfatı, balıqçılıq, ovçuluq və meşəçilik, o 
cümlədən kənd təsərrüfatı xidmətləri üzrə əsas fondların mövcudluğu, 
hərəkəti və tərkibi nəzərdə tutulmuşdur.
İkinci bölmədə qeyri-əsas fəaliyyət növləri üzrə əsas fondlar (əsas 
fəaliyyət növü, kənd təsərrüfatı, ovçuluq və meşəçilik, mədənçıxarma və 
karxanalar, emal sənayesi, elektrik enerjisi, qaz və su təchizatı, tikinti 
istisna olmaqla), onlardan topdan və pərakəndə satış, avtomobillərin 
motosikletlərin, məişət malları və şəxsi əşyaların təmiri, mehmanxana və 
restoranlar; nəqliyyat, anbar təsərrüfatı və rabitə; səhiyyə; sosial xid­
mətlər; digər fəaliyyət növləri üzrə əsas fondlar; ətraf mühitin mühafizəsi 
üzrə əsas fondlar; güc və işçi maşın və avadanlıqları; Azərbaycanın 
hüdudlarından kənarda olan əsas fondlar və s. haqqında məlumat verilir.
Üçüncü bölmədə bütün əsas fondların, o cümlədən əsas və qeyri-əsas 
fəaliyyət növləri üzrə əsas fondların orta illik dəyəri göstəriciləri nəzərdə 
tutulmuşdur.
Dördüncü bölmədə əsas fondların amortizasiyasını, onların əsaslı 
təmirinə çəkilən xərcləri əks etdirən göstəricilərdən bəhs olunur.
Beşinci bölmədəki göstəricilər isə digər qeyri-maliyyə aktivlərini ifa­
də edir. Bunlar aşağıdakılardan ibarədir: müəssisənin (təşkilatın) mülkiy­
368
yətində olan torpaq sahələrinin dəyəri55, həmin torpaqların sahəsi (ha), 
quraşdırılmayan avadanlıqlar, bitməmiş tikinti, qeyri-maddi aktivlər və 
onların aşınması və i. a.
Bunlarla yanaşı, hər il nəşr olunan “Azərbaycanın statistik göstərici­
ləri” adlı məcmuənin “Əsas sosial-iqtisadi göstəricilər”, “Milli hesablar 
sistemi və tədiyə balansı”, “Maliyyə, kredit və sığorta”, “Tikinti” və digər 
bölmələrinin məlumatlarından istifadə etmək olar.
Nəticə
- iqtisadiyyatın inkişaf etdirilməsində investisiyaların rolu inkaro- 
lunmazdır. Çünki bu, ölkə iqtisadiyyatının mövcud imkanlarından istifadə 
olunmasına və bununla da onun iqtisadi qüdrətinin artmasına şərait 
yaradır;
- daxili və xarici investisiya proseslərinin tənzimlənməsi sahəsində 
dövlətin üzərinə çox böyük vəzifələr düşür. Bunun üçün müvafiq qanun­
lar, normativ-hüquqi sənədlər qəbul edilməklə əlverişli investisiya mühiti 
yaradılır;
- investisiya və kapital qoyuluşu anlayışları bir-birindən fərqlənir;
- son dövrlərdə investisiya prosesində çox böyük dəyişikliklər baş 
vermişdir, tndi bu prosesdə çoxsaylı strukturlar iştirak edirlər;
- real (istehsala qoyulan) və maliyyə investisiyaları bir-birindən fərq­
lənir;
- investisiyalar müxtəlif əlamətlər üzrə təsnifləşdirilir. Bunlar inves­
tisiyaların mülkiyyət formaları, iqtisadiyyatın sahələri, maliyyələşdirmə 
mənbələri üzrə təsnifləşdirilməsi və s. ibarətdir;
- iqtisadi aktivlərin növləri nəzərə alınmaqla investisiya gəlirləri müx­
təlif qruplara bölünür və mənfəət, renta, faiz məbləği, dividend və s. 
adlarla adlandırılır;
- iqtisadi aktivlərin növləri üzrə investisiya gəlirlərinin quruluşu da 
hesablanır. Burada qeyri-maliyyə və maliyyə aktivlərinin gəlirliliyini 
ifadə edən müxtəlif göstəricilərdən istifadə olunur;
- investisiyalar haqqında müxtəlif mənbələrdən məlumat əldə etmək 
olar. Bunlar cari, vaxtaşırı və dövri statistik hesabatlardan, habelə Azər­
baycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi nəşrlərindən 
ibarətdir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin