lak), III kvadrantında isə ümumi əlavə dəyər öz əksini tapmışdır. Statik model hər hansı ayrıca bir ilə aid olduğu halda, dinamika
modeli bir neçə ili əhatə edir.
Dinamika modelləri statik modellərdən aşağıdakı xüsusiyyətlərinə
görə fərqlənir:
1) statik modeldə əsas kapitala vəsait qoyuluşu və maddi dövriyyə
vəsaitlərinin artımı son tələbə daxil edilmir;
2) dinamika modellərində kapitalın qoyulduğu vaxtdan obyektin
(güclərin) istismara verildiyi vaxtadək olan zaman kəsiyi nəzərə alınır.
SAB sahələrarası əlaqələri əksetdirmənin xarakterinə görə iki yerə bölünür. “Xərclər - məhsul buraxılışı” (input-output) sxemi üzrə
tərtib olunan SAB daha geniş yayılmışdır. Bununla yanaşı, resurslar və
onlardan
is tifa d ə (Supply and use tables) cədvəlləri də tərtib edilir.
Bundan sonra sahələrarası balans dedikdə “Xərclər - məhsul buraxılışı”
sxemi üzrə tərtib olunan balanslar nəzərdə tutulacaqdır. Resurslar və on
lardan istifadə cədvəlləri isə bu fəslin 13.6 yarımfəslində nəzərdən
keçirilir.
Bəzi ölkələrdə əmtəə və xidmətlərin istehsalı və istifadəsi üzrə SAB-
la yanaşı,
əmək məsrəfləri, əsas fondlar, dövriyyə vəsaitləri, müxtəlif təsərrüfat kompleksləri (aqrar-sənaye, tikinti və i. a.) üzrə də SAB tərtib olunur. Qeyd etmək lazımdır ki,
“genişləndirilmiş sxem” və “qı sa sxem” SAB-ın tərtib olunması üçün götürülən iqtisadiyyat sahələrinin
(o cümlədən sənaye sahələrinin) sayma aiddir. Həm də SAB-ı tərtib et
mək üçün istifadə olunacaq sahələrin sayını hər bir ölkə özü müəyyən
edir.
13.4. Sahələrarası balansın sxemləri və göstəricilərinin qiymətləndirilməsi metodları MHS-də SAB-ın tərtib olunmasına dair iki sxem nəzərdə tutul muşdur. Birinci sxemdə müəssisələrin toplusu kimi başa düşülən sahə
lərin buraxdıqları məhsullar təhlil olunur. Bunlara “təsərrüfat” sahələri
379
deyilir. “Təsərrüfat” sahələri əsas məhsullarla yanaşı, müəyyən həcmdə
başqa məhsullar da istehsal edirlər. Məsələn,