məbləğinin indeksləşdirilməsi);
- borclar (ssudalar) üzrə faiz məbləği;
- səhmlərə görə dividend;
- əmtəə formasında verilmiş kreditlər üzrə faiz məbləği.
Aktivlərin bəzi növləri üzrə həyata keçirilən investisiya (məsələn, qiy
mətlilər, nağd pullar və i.a.) gəlir əldə edilməsi ilə əlaqədar qoyuluş hesab
olunmur.
Qeyri-maliyyə (real) aktivlərinə investisiya qoyuluşundan əldə edilən
gəlirlərə əmtəə və xidmətlərin istehsalına sərf olunan xərclər (əmək
haqqı, istifadə edilmiş materialların dəyəri və s.) çıxılmaqla onların
köməyilə hazırlanan məhsulların satışmdan əldə edilən gəlirlər daxildir.
Beləliklə, bu gəlirlər iqtisadi məzmunlarına görə mənfəət göstəricisi ilə
eyniyyət təşkil edir.
Real investisiyalar təsərrüfat obyektlərinin istehsal potensialının ge
nişləndirilməsi və modernləşdirilməsi məqsədilə həyata keçirildikdə, in
vestisiya gəliri əlavə güclərin işə salınması, fəaliyyətdə olan müəssi
sələrin yenidən qurulması, avadanlıqların məhsuldarlığının yüksəldilməsi
nəticəsində əldə edilən əlavə gəlir əlavə mənfəət hesab olunur.
Dostları ilə paylaş: