Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Real aktivlər onun sahibi tərəfindən digər iqtisadi vahidlərin isti­



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə240/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   236   237   238   239   240   241   242   243   ...   262
2-ci movzu demoqrafiya

Real aktivlər onun sahibi tərəfindən digər iqtisadi vahidlərin isti­
fadəsinə verildikdə, 
aktivlərin bu növləri üzrə investisiya qoyuluşundan 
əldə edilən gəlirlər 
aşağıdakı kimi müəyyən olunur:
1) istehsalın məhsulu olan aktivlər (binalar, tikililər, maşın və ava­
danlıqlar və s.) üçün - onların icarəyə verilməsindən əldə edilən xalis 
mənfəət qədər;
2) istehsalın məhsulu olmayan aktivlər (torpaq, yerin təki və i.a.) üzrə 
- onların sahiblərinin götürdükləri xalis renta qədər.
Maliyyə aktivlərinə qoyulan investisiyalardan əldə edilən gəlir həmin 
aktivlərin digər iqtisadi vahidlərin istifadəsinə verilməsi nəticəsində əldə 
edilən mülkiyyətə görə gəlir deməkdir. Mülkiyyətdən əldə edilən gəlirin 
növü sərəncama verilən maliyyə aktivlərinin növündən asılıdır.
Depozitlər və borclar üzrə investisiya gəliri 
müqavilə bağlanarkən 
müəyyən edilmiş faiz dərəcələri nəzərə alınmaqla hesablanan faiz 
məbləği ilə ölçülür. Qiymətli kağızların sonradan satın alınması şərtilə 
onların (qiymətli kağızların) satışı haqqında müqavilələr də borc (ssuda) 
kateqoriyasına aiddir. Bu zaman investisiya gəliri qiymətli kağızların sa­
tıldığı qiymətlərlə satın alındığı qiymətlər arasındakı fərq kimi müəyyən 
edilir.
Qiymətli kağızlar (səhmlərdən başqa) üzrə investisiya gəliri 
onla­
rın növündən asılı olaraq faiz, diskont, yaxud da borcun indeksləşdirmə
364
məbləği ilə müəyyən edilir. Belə ki, istiqraz və depozit sertifikatlarının 
sahibləri faiz məbləği alırlar. İndeksləşdirilən qiymətli kağızların sahib­
ləri üçün investisiya gəliri onların faiz məbləği və əsas borc məbləğinin 
indeksləşdirilməsindən əldə etdikləri məbləğdən ibarətdir. Xəzinə veksel­
ləri üzrə investisiya gəliri diskont məbləği həcmində (nominal dəyərindən 
edilən güzəşt, yəni satınalma və satış qiymətləri arasındakı fərq kimi) 
müəyyən olunur. Diskont fərqi çox böyük olan istiqrazlar üzrə investisiya 
gəliri hesablandıqda onun üzərinə faiz məbləği də əlavə edilir. Veksel 
üzrə faiz məbləği onun sahibinə (kreditora) tədiyə vaxtı çatdıqda ödənilən 
məbləğlə borclu (debitor) onu satın alarkən ödədiyi məbləğ arasındakı 
fərq kimi müəyyən edilir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin