Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


12.4. İnvestisiyalar haqqında məlumat mənbələri



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə242/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   238   239   240   241   242   243   244   245   ...   262
2-ci movzu demoqrafiya

366
12.4. İnvestisiyalar haqqında məlumat mənbələri
İnvestisiyalar haqqında ətraflı informasiyaları “Obyektlərin, əsas 
fondların istifadəyə verilməsi və investisiyalar haqqında hesabat (2 —
investisiya saylı aylıq forma), “Müəssisənin fəaliyyəti və strukturu 
haqqında illik hesabat” (1 - struktur (müəssisə) saylı forma”, “Əsas 
fondların (vəsaitlərin) və digər qeyri-maliyyə aktivlərinin mövcudluğu və 
hərəkəti haqqında hesabat” (11 saylı forma), habelə Azərbaycan Res­
publikası Dövlət Statistika Komitəsinin “Azərbaycanın Statistik göstə­
riciləri” və digər rəsmi nəşrlərindən götürmək olar.
“Obyektlərin, əsas fondların istifadəyə verilməsi və investisiyalar 
haqqında hesabat” Azərbaycan Respublikası Dövlət Statistika Komitə­
sinin 10.05.2002-ci il tarixli, 20/12 saylı qərarı ilə təsdiq edilmiş və 
aşağıdakı bölmələrdən ibarətdir: 1) yaşayış və sosial-mədəni obyektlərin 
istifadəyə verilməsi; 2) əsas kapitala yönəldilmiş investisiyalar; 3) əsas 
kapitala yönəldilmiş investisiyaların maliyyə mənbələri.
“Yaşayış və sosial-mədəni obyektlərin istifadəyə verilməsi bölməsin­
də aşağıdakı göstəricilər nəzərdə tutulmuşdur: a) yaşayış evləri və 
yataqxanalar (502)54; b) xəstəxanalar (570); c) ambulatoriya-poliklinika 
müəssisələri (572); d) ümumtəhsil məktəbləri (901); e) məktəbəqədər
uşaq 
müəssisələri (910); j) 
klub 
və mədəniyyət evləri (930) və i.a.
“Əsas kapitala yönəldilmiş investisiyalar” bölməsinin göstəriciləri 
aşağıdakılardan ibarətdir: a) əsas fondların istifadəyə verilməsi (01) (o 
cümlədən istehsal təyinatlı obyektlər üzrə) (02); b) əsas kapitala yönəl­
dilmiş investisiyalar (03), o cümlədən yaşayış - 04; bina (yaşayışdan 
başqa) və qurğular (05); maşın, avadanlıq, alət, inventar - 06, sair - 07, c) 
tikinti-quraşdırma işləri (08), ondan, təsərrüfat üsulu ilə yerinə yetirilən -
08 a; d) xaricdən investisiyalar (09) və i. a.
“Əsas kapitala yönəldilmiş investisiyaların maliyyə mənbələri 
adlanan bölmənin göstəriciləri bunlardır: a) müəssisə və təşkilatların öz 
vəsaitləri (27); b) cəlb olunmuş vəsaitlər (29), o cümlədən bank kreditləri 
(30), ondan, xarici bankların kreditləri (30 a); başqa təşkilatların borc 
vəsaitləri (31); büdcə vəsaitləri (32), o cümlədən: dövlət büdcəsindən 
(33), yerli büdcədən (34), büdcədənkənar fondların vəsaitləri (35), sair
(36)
“Müəssisələrin fəaliyyəti və strukturu haqqında illik hesabat Azər­
baycan Respublikası Dövlət Statistika Komitəsinin 30.10.2001-ci ıl

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin