Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə236/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   232   233   234   235   236   237   238   239   ...   262
2-ci movzu demoqrafiya

Maşın və avadanlıq­
ların əsaslı təmiri dedikdə, 
aqreqatın sökülməsi, köhnəlmiş bütün hissə 
və detalların dəyişdirilməsi, onların yığılması və sınaqdan keçirilməsi 
başa düşülür.
Maliyyə investisiyaları dedikdə, 
hüquqi şəxslər tərəfindən pul və­
saitinin, maddi və digər qiymətlilərin səhmlərə, istiqrazlara və digər qiy­
mətli kağızlara qoyulan investisiyalar nəzərdə tutulur. 
Maliyyə inves­
tisiyaları aşağıdakılardan ibarətdir:
1) banka qoyulan əmanətlər (depozitlər) - bu, müştərilərin özlərinə 
məxsus pul vəsaitinin banklarda yerləşdirilməsi deməkdir;
2) istiqrazlar - sahibinə faiz formasında faiz məbləği gətirən və qa­
baqcadan müəyyənləşdirilmiş müddət başa çatdıqda dəyəri tam ödənil­
məli olan borc təəhhüdü (öhdəliyi) deməkdir;
3) səhm - müəssisənin əmlakında səhmdarın payının və onun əldə
360
etdiyi mənfəətdən pay (dividend) almaq hüququnun olmasını təsdiqləyən 
qiymətli kağızlar;
4) kredit 
hüquqi şəxslər tərəfindən müvəqqəti cəlb olunan və vaxtı 
çatanda qaytarılmalı olan pul vəsaitidir;
5) debitor borcu - hüquqi şəxslərin debitorla münasibətlərə girmələri 
nəticəsində onlardan aldıqları pul vəsaitidir;
6) ssuda - borc alanın mülkiyyətinə keçən və bir qayda olaraq 
müəyyən faiz məbləği ilə qaytarılmalı olan pul vəsaiti deməkdir;
7) pay - müəssisənin nizamnaməsində, yaxud da əsasnamədə nəzərdə 
tutulmuş müəyyən əmək hüququ və öhdəliyinin bir hissəsidir.
Təcrübədə “xalis maliyyə investisiyaları” anlayışı da vardır. 
Bu, 
maliyyə aktivlərinin satın alınması ilə maliyyə öhdəliklərinin (təəhhüd­
lərinin) ödənilməsi arasındakı fərqi göstərir.
Real və maliyyə investisiyalarım mülkiyyət formaları, iqtisadiyyatın 
sahələri, maliyyələşdirmə mənbələri və s. əlamətlər üzrə də qruplaşdırmaq 
olar.
İnvestisiyalar mülkiyyət formalarına görə iki yerə bölünür: 1)
dövlət investisiyaları; 2) qeyri-dövlət investisiyaları. Dövlət mülkiyyəti 
hesab olunan investisiyalara mərkəzi, regional və bələdiyyə mülkiyyəti 
aiddir. Mülkiyyətin qeyri-dövlət formasına xüsusi, ictimai təşkilatların 
mülkiyyəti və qarışıq mülkiyyət daxildir. Xüsusi mülkiyyət pay, yaxud da 
qarışıq mülkiyyətdən ibarət ola bilər. Qarışıq mülkiyyət xüsusi, dövlət və 
ictimai təşkilatların birləşdirilməsi əsasında fəaliyyət göstərən təsərrüfat 
subyektlərinin mülkiyyəti deməkdir. Qarışıq mülkiyyət xarici hüquqi, 
yaxud da fiziki şəxslərin, dövlətlərin və beynəlxalq təşkilatların 
mülkiyyətindən ibarət mülkiyyət formasında da ola bilər.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin