Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İnvestisiyanın həcmi və onların dinamikası ölkənin sosial-iqtisadi



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə234/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   230   231   232   233   234   235   236   237   ...   262
2-ci movzu demoqrafiya

İnvestisiyanın həcmi və onların dinamikası ölkənin sosial-iqtisadi
inkişafının başlıca göstəriciləri sırasında xüsusi yer tutur. 
Hazırda 
investisiya resurslarının yenidən bölgüsü firmalar, maliyyə təsisatları, 
iqtisadiyyatın dövlət tənzimlənməsi idarələrinin həyata keçirdikləri kapi­
talın sahələrarası və ölkələrarası axını dəfələrlə güclənmişdir. Bu, korpo­
rativ, milli və xarici investisiyaların hesabına baş verir. Kapitalm bu cür 
hərəkəti, hazırda makroiqtisadi təkrar istehsalın fəaliyyət göstərməsi və 
inkişaf etməsinin çox mühüm şərtidir.
Milli investisiya strategiyasının işlənib hazırlanmasında dövlətlə biz­
nes arasında düzgün münasibətlərin qurulması həlledici rol oynayır. La­
kin bu, dövlətin sahibkarların işinə birbaşa qarışmasını deyil, onun biznes 
qaydalarını əlaqələndirməsi, formalaşdırması və müşahidə etməsini 
nəzərdə tutur.
Sahibkarlığın daha da inkişaf etdirilməsi üçün onun bütün forma və 
növlərinin fəal müdafiəsi və inzibati əngəlləmələrin aradan qaldırılması 
dövlətin investisiya siyasətinin əsasını təşkil edir. Hüquq, vergi, bank və 
torpaq islahatları buna tabe edilməlidir. Bütün bunlar ölkədə investisiya 
mühitini əhəmiyyətli dərəcədə dəyişdirə, iqtisadiyyata investisiya axını 
üçün şərait yarada, milli miqyasda investisiya proseslərini fəallaşdıra 
bilər. Dövlət investisiya proseslərində iştirak etməklə, mövcud investisiya
358
resurslarından ən səmərəli istifadə variantlarının seçilməsinə yönəldilən 
formaların yaradılmasını qarşıya məqsəd qoyur.
Dövlətin investisiya prosesində iqtisadi rolu müxtəlif göstəricilərin
köməyilə müəyyən edilir. 
Bunların içərisində iki göstərici xüsusi əhə­
miyyətə malikdir. Bu göstəricilərdən biri iqtisadiyyatın dövlət bölmə­
sində investisiyaların həcmi, digəri isə dövlət büdcəsindən maliyyələş­
dirilən dövlət investisiyalarının həcmidir.
Dövlətin investisiya proseslərində iştirakının mümkünlüyü və reallığı 
yalnız onun iri mülkiyyətçi olması, ÜDM-in və dövlət müəssisələri 
əmlakının xeyli hissəsinə sərəncam verməsi ilə deyil, həm də mülkiyyətçi 
hüququnun reallaşdırılmasını təmin edən hüquqi vasitələrin və strukturla­
rın onun əlində cəmlənməsi ilə müəyyən edilir. Beləliklə, dövlət investi­
siya fəaliyyətində birbaşa iştirak etməklə yanaşı, həm də bu prosesi 
tənzimləyə bilər və tənzimləyir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin