Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Dövriyyə vəsaitlərinin (maddi dövriyyə vəsaitlərinin) dövriyyəsi



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə230/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   226   227   228   229   230   231   232   233   ...   262
2-ci movzu demoqrafiya

Dövriyyə vəsaitlərinin (maddi dövriyyə vəsaitlərinin) dövriyyəsi
göstəricilərini təhlil edərkən dövretmə əmsalına əks olan bir göstərici
də hesablanır:

z
Ə. 
~ Q ~
dovnyyy 
p
Bu göstərici məhsulların reallaşdırılmasından əldə edilən vəsaitin orta 
hesabla hər manatına düşən maddi dövriyyə vəsaitlərinin və ya dövriyyə 
vəsaitlərinin ehtiyatını göstərir.
Ayrı-ayrı sahələr, yaxud da bütövlükdə iqtisadiyyat üzrə dövriyyə
fondlarından istifadənin səmərəliliyini təhlil edərkən material, enerji
və metal tutumu göstəriciləri də hesablanır.
352
Material tutumu dedikdə sərf olunan xammalların, yanacağın, enerji­
nin və s., enerji tutumu dedikdə yalnız sərf olunan yanacaq və enerjinin 
(bir çox hallarda natura ifadəsində), metal tutumu dedikdə isə sərf olunan 
metalın (adətən natura ifadəsində) istehsal edilən məhsullara olan nisbəti 
nəzərdə tutulur. Material tutumuna belə də xarakteristika vermək olar: 
material tutumu dəyər ifadəsində maddi xərclərin həcminin istehsalın 
nəticələrinə olan nisbəti kimi hesablanır. Material tutumunu sahə 
səviyyəsində hesabladıqda kəsrin surətində istehsal prosesində istifadə 
olunmuş 
bütün növlərdən olan xammal və materialların, yanacağın, 
enerjinin və digər əmək cisimlərinin (istehlak olunmuş əsas kapitaldan 
başqa) dəyəri, məxrəcində isə məhsul “em af’dan keçərkən əlavə edilmiş 
dəyər göstərilir. Material tutumu göstəricisi bütövlükdə iqtisadiyyat üzrə 
hesablandıqda aralıq xərclərin dəyəri ÜDM-in, yaxud da ümumi (və ya 
xalis) milli gəlirin kəmiyyəti əsas götürülür. Material tutumu göstəricisi 
əmək məhsuldarlığı və fondverimi göstəriciləri ilə yanaşı, iqtisadiyyatın 
səmərəliliyini təhlil edərkən istifadə olunan ən mühüm göstəricilərdir.
“Enerji tutumu” və “metal tutumu” göstəriciləri material tutumu 
göstəricisinin variantları ola bilərlər. Yəni kəsrin surətində sərf olunan 
enerjini və ya metalı “təmsil” edən məlumat qoyulur, məxrəci isə olduğu 
kimi saxlanılır.
Maddi dövriyyə vəsaitlərindən istifadəni səciyyələndirməyə imkan 
verən göstəricilərdən biri də satıla bilmə, pula çevrilə bilmə göstəricisidir. 
Bunu hesablamaq üçün aşağıdakı düsturdan istifadə olunur:
CSa = Km d. : Fq.ö
Burada: CS3 - cari satılabilmə əmsalı; Kmd. - maddi dövriyyə və­
saitləri və ya dövriyyə vəsaitləri; Fq.ö - firmanın qısamüddətli öhdəliyi 
deməkdir.
Bu göstərici firmanın götürdüyü öhdəliklərin (qısa müddətli borc və 
kreditlər, kreditor borcları) növbəti ildə yerinə yetirə bilməsi üçün 
istifadə edə biləcəyi vəsaitin kifayət qədər olub-olmaması haqqında 
mühakimə yürütməyə imkan verir.
Nəticə
- milli sərvət hər bir ölkənin iqtisadi qüdrətini ifadə edən ən mühüm 
makroiqtisadi göstəricidir və təkrar istehsalın fasiləsizliyinin təmin 
edilməsində həlledici əhəmiyyətə malikdir;
- hazırda milli sərvət BMT-nin statistika komissiyası tərəfindən
353


1993-cü ildə qəbul edilmiş “iqtisadi aktivləridən ibarət beynəlxalq 
standartlar sisteminə uyğun olaraq hesablanır;
- milli sərvətə daxil edilən bütün iqtisadi aktivlər iki qrupa bölünür: 
a) qeyri-maliyyə aktivləri; b) maliyyə aktivləri. Bunlar da öz növbəsində 
müxtəlif əlamətlər üzrə daha kiçik hissələrə bölünür, təsnifləşdirilir;
- milli sərvətin tərkib hissələri müxtəlif qiymətlərlə qiymətləndirilir;
- milli sərvətin tərkib hissələri ilə MHS-nin göstəriciləri arasında 
qarşılıqlı əlaqə vardır.
- Əsas kapitalın ümumi yığımı müxtəlif tərkib hissələrindən 
ibarətdir və onlar müxtəlif qiymətlərlə qiymətləndirilir.
- MHS-də öz əksini tapmış milli sərvət göstəricilərinə əsasən bir sıra 
çox mühüm törəmə göstəricilər hesablanır;
- BMT-nin Statistika Komissiyası, habelə beynəlxalq maliyyə təşki­
latları (Dünya Bankı, BVF, Avropa yenidənqurma və inkişaf bankı və 
i.a.) milli sərvətin müəyyən edilməsi prinsipləri və qaydalarının 
təkmilləşdirilməsi sahəsində daim axtarışlar aparır və bu işə öz töhfələrini 
verirlər;
- milli sərvət, onun tərkibi və qiymətləndirilməsi ilə əlaqədar 
müxtəlif konsepsiyalar işlənib hazırlanmışdır;
- milli sərvətin ən mühüm tərkib hissəsi olan əsas fondlar iki yerə 
bölünür: a)maddi əsas fondlar; b) qeyri-maddi əsas fondlar;
- əsas fondlar daha kiçik tərkib hissələrinə bölünür, onlar növlər, 
iqtisadiyyatın sahələri, mülkiyyət formaları, kimə məxsus olması, ərazi 
üzrə yerləşməsi əlamətlərinə görə qruplaşdırılır;
- əsas fondlar müxtəlif qiymətlərlə qiymətləndirilir. Bunlara balans 
və bərpa dəyəri, tam ilk dəyər, köhnəlmə çıxılmaqla qalıq dəyəri, bərpa- 
qalıq dəyəri, ləğv dəyəri misal ola bilər;
- yenidənqiymətləndirmə zamanı əsas fondların 
bərpa dəyərini 
müəyyən etmək üçün müxtəlif üsullardan istifadə olunur;
- hazırda amortizasiya normasının hesablanmasında müxtəlif 
üsullardan (xətti, azaldılan qalıq, faydalı istifadə müddətindəki illərin 
cəminə görə dəyərin silinməsi və dəyərin məhsulun həcminə mütənasib 
olaraq silinməsi) istifadə edilir;
- əsas fondların mövcudluğu və hərəkətini izləmək və bir sıra göstə­
riciləri hesablamaq üçün balans üsulundan istifadə olunur. Bu məqsədlə 
əsas fondlar balansı tərtib edilir;
- əsas fondların hərəkəti, vəziyyəti və onlardan istifadə göstəricilə­
rinə aşağıdakılar aiddir: 1) əsas fondların dinamikası; 2) əsas fondlarm
354
təzələnməsi əmsalı; 3) əsas fondlarm xaric olması əmsalı; 4) köhnəlmə 
nəticəsində xaricolma əmsalı; 5) yararlılıq əmsalı;
- əsas fondlardan istifadə olunmasına xarakteristika verərkən fond- 
verimi və fondtutumu göstəriciləri də hesablanır;
- məhsulun həcminin dəyişməsinə digər amillərlə yanaşı, fondve- 
rimi və əsas istehsal fondlarının həcminin dəyişməsi də təsir edir;
- milli sərvətin tərkib hissələrindən biri də maddi dövriyyə vəsaitlə­
ridir. Bunların tərkib hissələrinin qiymətləndirilməsi üçün müxtəlif qiy­
mətlərdən istifadə olunur;
- maddi dövriyyə vəsaitlərindən istifadəni səciyyələndirən müxtəlif 
göstəricilər hesablanır. Bunlara hər şeydən əvvəl dövriyyə sürəti, 
dövriyyə müddəti, material, enerji, metal tutumu, satıla bilmə göstəricisi 
və s. misal göstərmək olar.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin