Dövriyyə əmsalının hesablanmasını aşağıdakı misalla izah edək.
Tutaq ki, satılmış hazır məhsulun dəyəri 150 mln. manata, maddi
dövriyyə vəsaitlərinin (dövriyyə vəsaitlərinin) orta illik qalığı 50 mln.
manata bərabərdir. Bu onu göstərir ki, dövriyyə vəsaitləri
(maddi
dövriyyə vəsaitləri) il ərzində üç dəfə tam dövr etmişdir:
150 mln. m an a t: 50 mln. manat = 3 dəfə
Maddi dövriyyə vəsaitlərinin (dövriyyə vəsaitlərinin) dövriyyə vaxtı
onların bir dövriyyəsinin orta müddəti (günlə) aşağıdakı düsturla
müəyyən edilir:
„
_ Hesabat dövründəki günlərin sayı
-L'müd.
”
'^d ö v riy y ə
Dövriyyə müddətini hesablamaq üçün çətinlik olmasın deyə bir aydakı
günlərin sayı 30, rübdəki günlərin sayı 90, ildəki günlərin sayı isə 360
götürülür. Yuxarıda gətirdiyimiz və hesablama nəticəsində əldə etdiyimiz
məlumatlardan istifadə etmək və rəqəmləri düsturda yerinə yazmaqla
dövriyyə müddətini hesablayaq:
„
_ 360 gün
..
Dmüd. - - . .
= 120 gun
3dəfə
Bu o deməkdir ki, maddi dövriyyə vəsaitlərinin dövretmə müddəti 120
günə bərabər olmuşdur.
Bu göstəricilər sahələr üzrə bir-birindən kəskin surətdə fərqlənsələr
də, onlar firmada iqtisadi dövriyyənin bir ildə neçə dəfə və neçə gündən
bir baş verdiyini göstərir. Bu göstərici hər bir ehtiyat növü və bütövlükdə
dövriyyə vəsaitləri (maddi dövriyyə vəsaitləri) üzrə hesablana bilər.
Göstərici bütövlükdə dövriyyə vəsaitləri (maddi dövriyyə vəsaitləri) üzrə
hesablandıqda bitməmiş istehsal da nəzərə alınmalıdır.
Dostları ilə paylaş: