sində əldə edilən informasiyalardır.
Maddi dövriyyə vəsaitləri ehtiyatı
nın kəmiyyəti hər ayın axırma müəyyən edilir.
Bu məlumatlara əsasən
xronoloji orta kəmiyyətin düsturundan istifadə etməklə maddi dövriyyə
vəsaitlərinin orta rüblük və orta illik dəyəri hesablanır. Dövriyyə vəsait
ləri ehtiyatlarının dəyişməsi onun haqqında ilin əvvəlinə və axırına
olan məlumatlar arasındakı fərq kimi müəyyən edilir.
Cari, sığorta və mövsümi ehtiyatları bir-birindən fərqləndirmək lazım
dır. Mal göndərilən iki dövr arasındakı müddətdə istehsalın resurslara
olan tələbatı cari ehtiyatlar hesabına ödənilir. Cari ehtiyatların həcmi mal
göndərilən iki dövr arasındakı günlərin sayını ehtiyatlara olan orta
gündəlik tələbata vurmaq yolu ilə müəyyən edilir. Sığorta ehtiyatları
təsadüfi çətinliklərin (məsələn, ayrı-ayrı ehtiyat növlərinin göndərilməsi
müddətləri pozulduqda) qarşısını almaq məqsədilə yaradılır.
Mövsümi ehtiyatlar ən çox xammal və materialları emal edən və is
tehsal proseslərinin mövsümi xarakter daşıdığı müəssisələrdə yaradılır.
Yaradılan mövsümi ehtiyatların həcmi xammal və materialların göndəril-
məsindəki mövsümi fasilələrin davametmə müddətindən asılıdır.
Mühasibat uçotu və statistikada istehsal ehtiyatlan dəyərinin qiy
mətləndirilməsində müxtəliflik vardır.
Belə ki, mühasibat uçotunda və
hesabatında istehsal ehtiyatları daxil olarkən faktiki maya dəyəri ilə
qiymətləndirilir. İstehsal ehtiyatları kənardan əldə olunduqda onlar
əldəedilmə qiymətləri ilə uçota alınır. Əldəedilmə qiymətlərinə materialın
satın alınması üçün müqavilədə nəzərdə tutulan qiymət (satıcı qiyməti),
nəqliyyat-tədarük xərcləri və materialın müəssisələrdə nəzərdə tutulan
məqsəd üçün istifadəyə yararlı vəziyyətə gətirilməsi ilə əlaqədar olan
xərclər daxildir.
Dostları ilə paylaş: