Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İnvestisiyaların qruplaşdırılması



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə235/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   231   232   233   234   235   236   237   238   ...   262
2-ci movzu demoqrafiya

12.2. İnvestisiyaların qruplaşdırılması
Statistika işləri təcrübəsində real və maliyyə investisiyalarını bir-birin­
dən fərqləndirmək lazımdır.
Real investisiyalar dedikdə, müəssisələr tərəfindən qeyri-maliyyə 
aktivlərinə qoyulan investisiyalar nəzərdə tutulur.
Qeyri-maliyyə aktivlərinə qoyulan investisiyalara aşağıdakılar
aiddir:
1) Əsas kapitala qoyulan investisiyalar;
2) Qeyri-maddi aktivlərə qoyulan investisiyalar;
3) Təbiətdən istifadə obyektlərinə (sututarlar, meşələr və i.a.) və 
torpağa qoyulan investisiyalar;
4) Maddi dövriyyə vəsaitləri ehtiyatlarının tamamlanmasına qoyulan 
investisiyalar;
5) Binaların, tikililərin, maşın və avadanlıqların əsaslı təmiri üçün 
qoyulan investisiyalar.
Əsas kapitala qoyulan investisiyalar da öz növbəsində aşağıdakı
növlərə bölünür:
1) Əsas maddi kapitala qoyulan investisiyalar;
2) Əsas qeyri-maddi kapitala qoyulan investisiyalar.
Əsas qeyri-maddi kapitala qoyulan investisiyalar yeni tikintiyə, bina­
ların, tikililərin, maşın və avadanlıqların genişləndirilməsi, yeniləşdiril- 
məsi və texniki cəhətdən yenidən qurulmasına, çoxillik əkmələrin salın­
ması, mal-qaranın satın alınmasına və s. sərf olunan xərclərdən ibarətdir.
359


Yeni tikinti dedikdə
yeni binaların inşa olunması, yeni meydança­
ların salınması və s. nəzərdə tutulur.
Fəaliyyətdə olan müəssisələrin genişləndirilməsinə onun ərazisində 
əlavə istehsalatların, sexlərin, obyektlərin yaradılması, habelə müstəqil 
balansda olacaq filialların inşa olunması daxildir. Bu işləri görməkdə 
məqsəd müəssisədə əlavə istehsal gücü yaratmaqdır.
Fəaliyyətdə olan müəssisələrin yenidən qurulması elmi-texniki tərəq­
qinin nailiyyətləri nəzərə alınmaqla mövcud istehsalat və sexlərin yeni- 
ləşdirilməsi deməkdir.
Fəaliyyətdə olan müəssisələrin texniki cəhətdən yenidən qurulması 
dedikdə isə ayrı-ayrı istehsalat sahələrinin texniki-iqtisadi səviyyəsinin 
yüksəldilməsi ilə əlaqədar həyata keçirilən kompleks tədbirlər başa 
düşülür.
Əsas qeyri-maddi kapitala qoyulan investisiyalara proqram məhsulla­
rının, təcrübə-konstruktor işləmələrinin yaradılması və əldə edilməsinə 
sərf olunan xərclər və s. daxildir. Qeyri-maddi aktivlərə investisiya 
qoyuluşuna isə lisenziyaların, patentlərin, müəlliflik hüquqlarının əldə 
edilməsinə, ticarət markalarının işlənib hazırlanmasına sərf olunan xərclər 
aid edilir.
Maddi dövriyyə vəsaitləri ehtiyatlarının tamamlanmasına qoyulan 
investisiyalar hazır məhsul və əmtəələrin, bitməmiş istehsalın, istehsalat 
ehtiyatlarının dəyərinin dəyişməsindən ibarətdir.
Bina və tikililərin əsaslı təmiri ilə əlaqədar olan xərclər - köhnəlmiş 
konstruksiya və detalların (əsas konstruksiyaların - divarın, özülün, 
mərtəbələrarası kəsmələrin və i.a. tamamilə dəyişdirilməsindən başqa) 
əvəz edilməsinə sərf olunan xərclərdən ibarətdir. 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin