Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Sahələrarası balansın növləri



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə248/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   244   245   246   247   248   249   250   251   ...   262
2-ci movzu demoqrafiya

13.3. Sahələrarası balansın növləri
SAB-m işlənib hazırlanması onun modelindən asılıdır. Bu balansların 
ayrı-ayrı növləri təhlil və proqnozlaşdırma zamanı müxtəlif məqsədlərə 
xidmət edir. İstifadə olunan “ölçülər”in xarakterinə görə SAB natura, 
dəyər və natura-dəyər ifadəsində işlənib hazırlanır.
Modelin xarakterinə görə statik, dinamik və optimallaşdırma ün­
sürləri ilə fərqlənən modellər mövcuddur. 
Statik balanslar bir il üçün 
tərtib olunur və kapital qoyuluşu son istifadənin tərkibinə daxil edilir. 
Dinamika balansları isə bir neçə il üçün tərtib olunur və xüsusiyyəti 
ondan ibarətdir ki, kapital qoyuluşu onun tərkibinə daxil edilmir. 
Dinamika balanslarında istehsal prosesi bir neçə il ərzində nəzərdən 
keçirildiyinə görə o, hər hansı bir digər iqtisadi-riyazi metoda nisbətən 
iqtisadiyyatın inkişafını daha düzgün əks etdirir.
375


Modelləşdirmə obyektinin böyüklüyünə və bu məqsəd üçün istifadə 
olunan informasiyaların həcminə görə SAB-ın aşağıdakı növləri vardır:
1) ölkə iqtisadiyyatı üzrə bütövlükdə tərtib olunan milli sahələrarası 
balans;
2) ayrı-ayrı regionlar üzrə tərtib olunun sahələrarası balans;
3) bir neçə region arasındakı istehsal əlaqələrini özündə əks etdirən 
regional sahələrarası balans;
4) ayrıca bir sahə üzrə tərtib olunan sahə balansları.
SAB-ın bu növləri bir-birindən yalnız istifadə olunan informasiyaların 
həcminə görə fərqlənir. Tərtib olunmasına gəldikdə isə onlar bir-birindən 
fərqlənmir və həm statik, həm də dinamik balans ola bilər.
Natura ifadəsində tərtib olunan balansda göstəricilərin bir hissəsi 
natura, bir hissəsi isə dəyər ifadəsində verilir. Dəyər ifadəsində tərtib 
olunan sahələrarası balansın bütün göstəriciləri dəyər ifadəsində gös­
tərilir. Sahələrarası bu balanslar arasındakı fərq ondan ibarətdir ki, dəyər 
balanslarının sütunlarındakı göstəriciləri cəmləmək mümkün olduğu 
halda, natura şəklində tərtib olunmuş balansda bunu etmək olmaz. Qeyd 
etmək lazımdır ki, dünya və MDB ölkələrinin təcrübəsində yalnız dəyər 
ifadəsində tərtib olunan balanslar geniş yayılmışdır.
Natura ifadəsində SAB maddi balansları bir kompleksdə birləşdirir və 
bu, onun ən sadə formasıdır. Belə balanslar iki bölmədə birləşdirilmiş üç 
hissədən ibarət olur.
Birinci bölmə resursların formalaşması mənbələrini, iki hissədən 
ibarət olan ikinci bölmə isə resurslardan istifadənin istiqamətlərini, habelə 
cari istehsalda və son istehlakda onlardan istifadəni göstərir.
Natura ifadəsində şahmat cədvəli hər bir məhsulun istehsalına sərf 
olunan maddi xərcləri özündə əks etdirən və bir-biri ilə qarşılıqlı əlaqədə 
olan maddi balanslar sistemi deməkdir.
Sahələr daxilində proporsiyalar arasındakı tarazlığı təmin etmək və 
qarşılıqlı əlaqədə olan sahə və komplekslərdə istehsalın sahədaxili struk­
turunu optimallaşdırmaq üçün məhsullar üzrə ayrıca balanslar tərtib 
olunur. Bu balansların sahədaxili məhsul dövriyyəsinin çox olduğu və 
çoxlu növdə məhsul istehsal olunduğu sahələr üzrə tərtib olunması daha 
məqsədəuyğundur. Bu zaman tabeçiliyindən asılı olmayaraq məhsul 
istehsal olunan bütün müəssisələr nəzərə alınır. Natura ifadəsində SAB-ın 
forması aşağıdakı kimidir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin