X ı - i sahəsində ümumi buraxılış;
a i j - j sahəsində istehsal olunan məhsul vahidinə
i sahəsinin birbaşa
sərf olunan maddi xərcləri;
у i - i sahəsi məhsullarının son istifadəsi deməkdir.
Tam xərc əmsalları matrisinin bütün sahələr arasındakı istehsal əlaqələrinin mövcudluğunu səciyyələndirən 0 (“sıfır”) əmsalları yox dur. Matris formasında SAB-ın açıq statik modelinin tənliyi isə aşağıdakı
k im id ir: X = AX + Y ,
Burada: X - ümumi buraxılışın vektoru;
A - sahələr arasında birbaşa istehsal əlaqələrini müəyyən etməyə
imkan verən birbaşa xərc əmsalları matrisi;
Y - sahələr üzrə son tələb vektoru deməkdir.
Matrisin istifadə üsulunu tətbiq etdikdə:
X - (E + A )'1 • Y alınır.
Burada: E - yeganə matris;
(E + A )'1 - tam maddi xərc əmsalları matrisi deməkdir.
Balansın şaquli sütunlarmdakı məlumat sahədə ümumi buraxılışın
dəyər üzrə tərkibində aralıq istehlakın ünsürlərini (I kvadrant) və əlavə
dəyəri (III kvadrant) əks etdirir. Ümumi əlavə dəyərə istehsal prosesində
bilavasitə iştiraka görə əldə edilən ilkin gəlirlər (əməyin ödənilməsi,
mənfəət, istehsala qoyulan vergilər, qarışıq gəlirlər və i. a.) daxildir.
SAB-ın statik modeli əsasında sahələrin strukturunun proqnozlaş
dırılması aşağıdakı mərhələləri əhatə edir:
- son tələbin proqnoz üzrə kəmiyyətinin müəyyən edilməsi;
378 - cari maddi xərc əmsallarının müəyyən olunması;
- son tələb vahidinin istehsalına sərf edilən tam maddi xərc əmsalla-
imin hesablanması;
- proqnozlaşdırılan son tələbin həcminin təmin olunması üçün lazım
olan həcmdə məhsul buraxılışının müəyyən edilməsi.
SAB-m ümumi sxemindən (cədvəl 13.1) göründüyü kimi, onun I kvadrantında aralıq məhsullar, II kvadrantında son istifadə (isteh-