Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


lak), III kvadrantında isə ümumi əlavə dəyər öz əksini tapmışdır



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə251/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   247   248   249   250   251   252   253   254   ...   262
2-ci movzu demoqrafiya

lak), III kvadrantında isə ümumi əlavə dəyər öz əksini tapmışdır.
Statik model hər hansı ayrıca bir ilə aid olduğu halda, dinamika 
modeli bir neçə ili əhatə edir.
Dinamika modelləri statik modellərdən aşağıdakı xüsusiyyətlərinə 
görə fərqlənir:
1) statik modeldə əsas kapitala vəsait qoyuluşu və maddi dövriyyə 
vəsaitlərinin artımı son tələbə daxil edilmir;
2) dinamika modellərində kapitalın qoyulduğu vaxtdan obyektin 
(güclərin) istismara verildiyi vaxtadək olan zaman kəsiyi nəzərə alınır.
SAB sahələrarası əlaqələri əksetdirmənin xarakterinə görə iki
yerə bölünür. 
“Xərclər - məhsul buraxılışı” (input-output) sxemi üzrə 
tərtib olunan SAB daha geniş yayılmışdır. Bununla yanaşı, resurslar və 
onlardan 
is tifa d ə
(Supply and use tables) cədvəlləri də tərtib edilir. 
Bundan sonra sahələrarası balans dedikdə “Xərclər - məhsul buraxılışı” 
sxemi üzrə tərtib olunan balanslar nəzərdə tutulacaqdır. Resurslar və on­
lardan istifadə cədvəlləri isə bu fəslin 13.6 yarımfəslində nəzərdən 
keçirilir.
Bəzi ölkələrdə 
əmtəə və xidmətlərin istehsalı və istifadəsi üzrə SAB- 
la yanaşı, 
əmək məsrəfləri, əsas fondlar, dövriyyə vəsaitləri, müxtəlif
təsərrüfat kompleksləri (aqrar-sənaye, tikinti və i. a.) üzrə də SAB
tərtib olunur. 
Qeyd etmək lazımdır ki, 
“genişləndirilmiş sxem” və “qı­
sa sxem” 
SAB-ın tərtib olunması üçün götürülən iqtisadiyyat sahələrinin 
(o cümlədən sənaye sahələrinin) sayma aiddir. Həm də SAB-ı tərtib et­
mək üçün istifadə olunacaq sahələrin sayını hər bir ölkə özü müəyyən 
edir.
13.4. Sahələrarası balansın sxemləri və göstəricilərinin
qiymətləndirilməsi metodları
MHS-də SAB-ın tərtib olunmasına dair iki sxem nəzərdə tutul­
muşdur. 
Birinci sxemdə müəssisələrin toplusu kimi başa düşülən sahə­
lərin buraxdıqları məhsullar təhlil olunur. Bunlara “təsərrüfat” sahələri
379


deyilir. “Təsərrüfat” sahələri əsas məhsullarla yanaşı, müəyyən həcmdə 
başqa məhsullar da istehsal edirlər. Məsələn, 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin