Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Təhlil və proqnozlaşdırmada sahələrarası balansdan istifadə



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə247/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   243   244   245   246   247   248   249   250   ...   262
2-ci movzu demoqrafiya

13.2. Təhlil və proqnozlaşdırmada sahələrarası balansdan istifadə
edilməsi imkanları
Sahələrarası balansdan analitik hesablamalarda, proqnozlaşdırma və 
planlaşdırmada geniş istifadə oluna bilər. Sahələrarası balansı tərtib et­
mək üçün zəruri olan İnformasiyalara və hesablama nəticəsində əldə 
edilmiş məlumatlara əsasən aşağıdakılar mümkün olur:
- sahələrarası balans iqtisadiyyatı çərçivə modeli, milli iqtisadiyyatın 
inkişaf sürətinin və proporsiyalarının proqnozlaşdırılması metodu kimi 
nəzərdən keçirməyə imkan verir. Sahələrarası balans iqtisadiyyatın sahə­
ləri üzrə konkretləşdirilməklə geniş təkrar istehsalın geniş sxemi demək­
dir. ÜDM-in yaradılması, bölgüsü, təkrar (yenidən) bölgüsü və istifadəsi 
prosesləri sahələrarası balansda əks etdirilir,
- sahələrarası balans cəmiyyətin son tələbatını (son tələbini) müəyyən 
etməyə imkan verir. Bunlar sosial-iqtisadi inkişaf proqramlarının işlənib 
hazırlanması üçün lazımdır. Bu, artım sürəti və proporsiyaların proqnoz­
laşdırılması ilə əlaqədar aparılan işlərə məqsədli xarakter verir;
- sahələrarası balansın göstəriciləri elmi-texniki tərəqqinin istiqamət­
lərini tədqiq etməyə imkan verir. SAB-da məhsulların kapital, fond və 
əmək tutumu, metal tutumu, enerji tutumu, yanacaq tutumu kimi göstə­
ricilərin dinamikası özünün kəmiyyət ifadəsini tapır. SAB həmçinin isteh­
salın təşkilinin müxtəlif formalarının (ixtisaslaşdırma, kooperasiyalaş- 
dırma və i.a.) milli iqtisadiyyatın strukturuna təsirini müəyyən etməyə 
imkan verir,
- SAB-dan sahələrarası əlaqələrin sahə strukturunun əsaslandırılması 
və proqnozlaşdınlmasında istifadə olunur. Sahələrarası əlaqələrin mexa­
373


nizmləri iqtisadi inkişafın müxtəlif mərhələlərində iqtisadi resursların 
strukturunda baş verən dəyişikliklər, habelə resursların birinin digərini 
əvəz etməsi nəticəsində dəyişir. Ayrı-ayrı sahələrdə məhsul istehsalının 
ekstensiv və intensiv yolla artırılması arasındakı nisbət bu dəyişikliklərlə 
müəyyən edilir.
- SAB nəinki müxtəlif sahələr arasındakı əlaqələri, həm də hər bir 
sahənin daxilində istehlak olunan resursları təhlil etməyə imkan verir;
- SAB iqtisadiyyatın ən mütərəqqi və səmərəli strukturunu müəyyən­
ləşdirməyə və özünü bir neçə variantda işləyib hazırlamağa imkan verir. 
Bu variantlar bir-birindən əsas etibarilə son tələbin həcmi və strukturu ilə 
fərqlənir;
- SAB-dan sahələrarası əlaqələrin optimallaşdırılması, bir sıra variant­
ların tərtib olunması və bunlardan ən səmərəli variantın seçilməsi üçün 
istifadə edilir;
- SAB istehsalın genişləndirilməsi, sahələr arasında və illər üzrə kapi­
tal qoyuluşuna olan tələbatı hesablamağa imkan verir;
- SAB-m köməyilə işçi qüvvəsinə olan tələbat hesablanır, iqtisadiy­
yatın sahələri üzrə məşğulluğa dair proqnoz verilir. Cəmiyyət hər bir 
konkret dövrdə müəyyən qədər əmək ehtiyatlarına malik olur. İqtisadiy­
yatın işçi qüvvəsinə olan tələbatını ifadə edən variantların işlənib 
hazırlanması bu tələbatı ölkənin malik olduğu real əmək ehtiyatları ilə 
müqayisə etməyə imkan verir;
- SAB-ı müxtəlif qiymətlərlə işləyib hazırlamaq olar. Bu balans qiy­
mətlərin səviyyəsi və strukturunu iqtisadi cəhətdən əsaslandırmaq üçün 
geniş imkanlar açır. Məsələn, kömür, neft, qaz, elektrik enerjisi və digər 
yanacaq-energetika resursları qiymətlərinin səviyyəsi və onların proqnoz­
laşdırılması yanacaq-energetika balansının strukturunun optimallaşdırıl- 
masına səbəb olur. SAB-ın köməyilə ayrı-ayrı əmtəələrin qiymətlərinin 
dəyişməsinin nəticələrini, iqtisadiyyatın enerji daşıyıcıları qiymətlərinin 
dəyişməsindən asılılığını təhlil etmək mümkün olur;
- SAB regionlar ar ası əlaqələri təhlil etməyə, əmək bölgüsündə regio­
nun yerinin müəyyən olunması və iqtisadiyyatın kompleks şəkildə inkişaf 
etdirilməsi üçün tədbirlər görməyə imkan verir. SAB-ın regional və re- 
gionlararası modelləri iqtisadi rayonlarda məhsuldar qüvvələrin səmərəli 
yerləşdirilməsinin planlaşdırılması və regionlararası iqtisadi əlaqələrin 
öyrənilməsi üçün ən mühüm vasitədir;
- SAB iqtisadiyyatı hərtərəfli təhlil etməyə, xüsusilə də onun müxtəlif 
amillərin (məsələn, istehsalın miqyasının, tələbin, vergi dərəcəsinin, qiy­
374
mətlərin tənzimlənməsinin və i. a.) təsirinə həssaslığını aşkara çıxarmağa 
imkan verir;
- SAB “xalis” və “təsərrüfat” sahələri üzrə (aralıq və son tələbin, 
əlavə dəyərin, ümumi buraxılışın, mövcud olan resursların strukturu və i. 
a.) müxtəlif dəyər və struktur göstəricilərinin hesablanmasını təmin edir;
- SAB əmək məhsuldarlığının təhlil olunması, məhsulların və xid­
mətlərin istehsalı üzrə birbaşa və tam xərc əmsallarının hesablanması, on­
lardan istehsalın texniki-iqtisadi xarakteristikasının öyrənilməsi üçün 
şərait yaradır;
- SAB qiymətlərin dəyişməsinin iqtisadiyyatın ayrı-ayrı sahələrində 
istehsal olunan məhsullara və istehlak xərclərinə təsirini təhlil etməyə 
imkan verir;
- SAB deflyator-indekslərin hesablanması və inflyasiya proseslərinin 
kompleks qiymətləndirilməsi üçün informasiya bazası yaradır;
- SAB milli iqtisadiyyatın ixrac və idxaldan asılılığını öyrənməyə, 
əsas makroiqtisadi göstəricilər üzrə müqayisə aparılmasına imkan verir.
- SAB təsərrüfat fəaliyyətini dinamikada təhlil etməyə və buna əsasən 
böhran əleyhinə çoxvariantlı təkliflər verməyə şərait yaradır. Və bunlardan 
iqtisadi proqramların, illik və perspektiv planların işlənib hazırlanması 
üçün istifadə edilə bilər. Beləliklə, SAB-m köməyilə iqtisadi tənəzzülü və 
böhranları proqnozlaşdırmaq, habelə sabitliyə nail olunması və iqtisadi 
artımın dinamikasının qabaqcadan müəyyənləşdirilməsinə təsir göstərən 
istehsal, maliyyə və ticarət böhranlarının məhdudlaşdırılmasam dair 
tədbirlər görülməsi mümkün olur.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin