Qiymətləndirmənin hər bir növünün özünə məxsus üstünlükləri vardır. Belə ki, alıcı qiyməti ilə tərtib olunan SAB istehsal və istifadə
edilən məhsulların dəyərinin formalaşmasının real mexanizmini aşkara
çıxarır, əsas qiymətlərlə yanaşı, məhsulların istehsalı və reallaşdırıl-
masının digər ünsürləri (nəqliyyat və ticarət xərcləri, məhsullara qoyulan
vergilər və məhsullara görə verilən subsidiyalar) nəzərə alınır. Alıcı (son
istifadə) qiymətləri ilə tərtib olunan SAB-a nisbətən əsas və istehsalçı
qiymətləri ilə tərtib olunan SAB-lar vergilər, məhsulların istehlakçılara
çatdırılması ilə əlaqədar nəqliyyat, ticarət, təchizat və tədarük xərcləri
kimi qiymət amillərinin təsirinin aradan qaldırılması ilə bağlı ölkədə
məhsul istehsalı və ondan istifadə olunmasında struktur proporsiyalarmı
müəyyən etməyə imkan verir. Bu (yəni əsas və istehsalçı qiymətləri ilə
tərtib olunan) SAB-lara əsasən məhsulların istehsalına birbaşa (müstə
qim) xərc əmsallarını daha dəqiq müəyyən etmək mümkündür. Müxtəlif
384 qiymətlərlə tərtib olunan SAB-lar bir-birini tamamlamalı, əmtəə və
xidmətlərin dəyərinin formalaşmasının bütün mərhələlərinin mahiyyətini
aşkara çıxarmalıdır.
SAB-m məlumatlarına əsasən istehsal (ümumi buraxılışla aralıq is
tehlak arasındakı fərq), bölgü (ümumi əlavə dəyərin tərkib hissələrinin
cəmi) və son istifadə (son istehlakm, ümumi yığımın (qənaətin) və ixrac-
idxal qalığının cəmi) metodları ilə ÜDM-i hesablamaq olar.
13.5. Sahələrarası balansın tərtib olunması metodları Sahələrarası balansın tərtib olunması sahəsində beynəlxalq təcrübə ilə
MDB ölkələrinin meydana gəldikləri vaxtdan keçən müddət ərzində
topladıqları təcrübə bir-birindən fərqlənir. Bu, SAB-ın tərtib olunması
üçün lazım olan ilkin məlumatların əldə edilməsi üsulları və onların iqti
sadi məzmunlarındakı fərqlə əlaqədardır. Demək olar ki, dünyanın bütün
ölkələri SAB-ı tərtib etmək üçün mühasibat və statistika hesabatlarından
istifadə edirlər. Həm də bu zaman əsas çatışmazlıq özünü hər hansı bir
məhsulun istehsalına sərf olunan digər məhsullar haqqında məlumatların
əldə edilməsindəki çətinlikdə göstərir. Bundan başqa,