məhsulların istehsalına sərf edilən xərclər çıxılır. Sonra onun üzərinə
həmin sahənin əsas fəaliyyət növünə aid olan, lakin iqtisadiyyatın hər
hansı bir digər sahəsində istehsal olunan məhsullara sərf edilən xərclər
əlavə edilir. Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki, əgər
sənaye müəssisələrində yardımçı təsərrüfat yaradılmışdırsa və burada
kənd təsərrüfatı məhsulları istehsal olunursa, onda bu məhsulların
istehsalına sərf edilən xərclər sənaye üzrə bütün xərclərdən çıxılır. Sonra
əldə edilən ədədin üzərinə kənd təsərrüfatında istehsal olunan sənaye
məhsullarına (məsələn, kənd yerlərindəki şərab emalı zavodlarında
istehsal edilən məhsullara) sərf edilən xərclər əlavə olunur.
Keçirilən ikinci məhsulun həcmi yalnız iqtisadiyyatda istehsalın təşki
lindən deyil, həm də SAB üçün ayrılan sahələrin sayından (ayrılan
sahələrin sayı nə qədər çox olarsa ikinci məhsulların həcmi də bir o qədər
çox olur) asılıdır. İkinci məhsulların keçirilməsinə yardımçı məhsulların
daxil edilməsi də mümkündür. Lakin bu məhsulların ayrılması süni
xarakter daşıya bilər.
Bu, yardımçı istehsalı texnoloji cəhətdən əsas
məhsulun istehsalından ayırmaq mümkün olmadıqda baş verir.
Üçüncü mərhələdə ümumi buraxılış metodu ilə əmtəə axını tərtib
olunur. Bunun üçün ümumi buraxılış modelinin sətirləri üzrə ölkədə
istehsal olunan və idxal edilən məhsullardan istifadə müəyyən olunur. Bu
zaman təqribən ölkədə 3000 adda istehsal olunan və idxal edilən məh
sullar nəzərdən keçirilən “xalis” sahələr və son istifadə kateqoriyası üzrə
bölüşdürülür. Xərc metodundan fərqli olaraq burada “çevirmə mo-
deli”ndən istifadə etməyə ehtiyac yoxdur. Çünki hesablamalar lap baş
lanğıcdan əmtəə və xidmət növləri və “xalis” sahələr üzrə aparılır. Bütün
mərhələlərdə aparılan hesablamaların nəticəsində əmtəə və xidmət
növləri və “xalis” sahələr üzrə “xərclər - məhsul buraxılışı” cədvəli
alınır. Beləliklə, dünya təcrübəsində aralıq istehlakı hesablamaq üçün iki
metoddan istifadə olunur. SAB-ın I kvadrantının alınmasında iki
metoddan istifadənin əsas üstünlüyü ondadır ki, bir metodla əldə edilən
statistik informasiyalardakı boşluqlar başqa bir metodla əldə edilən
nəticələrin köməyilə doldurula bilər.
Dostları ilə paylaş: