SAB-ı “xalis” sahələr sxemi üzrə tərtib edərkən statistika “təsərrüfat” sahələrinin ikinci məhsullarını “xalis” sahələrə “keçirməlidir”. İkinci məhsulların istehsalına sərf edi
lən xərclər üzrə də eyni əməliyyatlar aparılmalıdır. Belə məlumatları
müəssisələrdən xüsusi sorğu yolu ilə əldə etmək olar. Keçmiş SSRİ-də və
müttəfiq respublikalarda SAB-ı tərtib etmək üçün məhz bu metoddan
istifadə olunmuşdur.
Bu üsulun mahiyyəti ondan ibarətdir ki, MDB ölkələrində sorğuya
cəlb olunan müəssisələr SAB nomenklaturu üzrə “xalis” sahələrdə
istehsala sərf olunan xərcləri xüsusi blankda qeyd etmişlər. Bu məqsədlə
müəssisənin mühasibatı birdəfəlik müayinənin aparıldığı il ərzində ilkin
və analitik mühasibat uçotu məlumatlarına əsasən hər ay istehsala sərf
olunan xərclər haqqında məlumatları hazırlamış, sonra isə onları
ümumiləşdirməklə illik icmal cədvəllərdə əks etdirmişlər.
Yuxarıda göstərildiyi kimi, beynəlxalq statistika təcrübəsində məhsul
ların istehsalına sərf olunan xərclər (növlər üzrə) “təsərrüfat” sahələri
üzrə toplanır. Çünki təsərrüfat” sahələri üzrə məlumatların müəssisələr
dən alınması sadədir, bu, mühasibatdan xüsusi hesablamalar aparılmasını
tələb etmir. Dünya statistika təcrübəsində “xərclər - məhsul buraxılışı”
cədvəlinin I kvadrantı sətirlər və sütunlar üzrə əmtəə və xidmətlərin
vahid qruplaşdırılması əsasında dərhal doldurulmur. MHS konsepsiyasına
uyğun olaraq “xərclər - məhsul buraxılışı”nm cədvəllərini tərtib etmək
386 üçün əvvəlcə aşağıdakı cədvəllər hazırlanır:
- məhsulların istehsalına sərf olunmuş xərclər haqqmda məlumat
ların əks olunduğu yenidən tərtib olunmuş bazis cədvəlləri;
- məhsul buraxılışı haqqmda məlumatları özündə əks etdirən əmtəə
axınına dair iriləşdirilmiş cədvəllər.
Dünya statistika təcrübəsində “xərclər - məhsul buraxılışı” cəd vəllərinin tərtib olunması prosesini üç əsas mərhələyə bölmək olar: birinci mərhələdə çox böyük ölçüdə fərqləndirmə ilə 3000 əmtəə və
xidmətlər növü əsasında ölkədə məhsul buraxılışı və idxal (sənaye və
xarici ticarət statistikalarının məlumatlarına əsasən) hesablanır. Əmtəə və
xidmətlərin buraxılışı haqqmda məlumatlar “xərclər - məhsul buraxılışı”
cədvəllərindəki sətir və sütunların “yekunu”na yazılır. İkinci mərhələdə
aralıq istehlakın strukturu və
ümumi əlavə dəyərin tərkib hissələri
haqqında daha ətraflı məlumatlara əsasən xərc metodu ilə bütün xərclərin
ayrı-ayrı sahələr arasında necə bölüşdürülməsi (xərclərin bazis cədvəlləri
tərtib olunur) müəyyən edilir. Bu zaman nəzərə almaq lazımdır ki, xərc
növləri haqqında məlumatlar “təsərrüfat” sahələri üzrə qeydiyyata alınır.
“Təsərrüfat” sahələri üzrə xərclər haqqmda məlumatlar “xalis” sahələr
üzrə məlumatlara “çevirmə modelləri”nin köməyilə çevrilir. Bu zaman
ikinci bazis - ümumi buraxılış cədvəlindən istifadə edilir. İkinci bazis
cədvəlində “təsərrüfat” sahələrinin bütün məhsulları növlərə bölün
müşdür. “Çevirmə modeli” belə bir fərziyyəyə əsaslanır ki, bu və ya
digər məhsulun hansı sahədə istehsal edilməsindən asılı olmayaraq eyni
texnologiyadan istifadə olunur və bunlar üçün xərclərin eyni strukturda
olması səciyyəvidir.