Materiallar istehsalata buraxıldıqda və digər xaricol- ma hallarında müəssisələrdə qiymətləndirmə aşağıdakı üsulların birindən istifadə olunmaqla aparılır: 1) Hər bir vahidin maya dəyəri ilə. Bu üsul istifadə olunan ehti
yatlar bir-biri ilə əvəz edilə bilən olmadıqda, yaxud da xüsusi qaydada
uçota alınmalı olduğu hallarda (qiymətli metallar, qiymətli daşlar,
radioaktiv maddələr və i.a.) tətbiq edilir;
2)
Orta maya dəyəri ilə. Orta maya dəyəri çəkili hesabi orta kəmiy
yətin düsturu ilə aşağıdakı kimi müəyyən edilir: kəsrin surətində ayın
əvvəlinə hər hansı bir növdən olan ehtiyat qalığının üzərinə ay ərzində
daxil olan materialın dəyəri əlavə olunur və əldə edilən nəticə kəsrin
məxrəcində həmin növdən aym əvvəlinə mövcud olan və ay ərzində daxil
olan ehtiyatların dəyərinin cəminə bölünür;
3)
FIFO üsulu ilə. Bu zaman belə fərz edilir ki, ay ərzində ehtiyatlar
350 əldə olunduqca istifadə edilir. Buna görə də istehsalata ilk daxil olan ehti
yatlar onların maya dəyəri ilə, ilk olaraq əldə edilən ehtiyatlar isə aym
əvvəlinə mövcud olan ehtiyatların maya dəyəri ilə qiymətləndirilməlidir.
Ayın axırına anbarda olan ehtiyatlar axırıncı satın alınmış materialların
faktiki maya dəyəri ilə qiymətləndirilir;
4) LIFO üsulu ilə. Bu zaman belə təsəvvür olunur ki, istehsalata
birinci daxil olan ehtiyatlar axırıncı daxil olan ehtiyatların maya dəyəri ilə
qiymətləndirilməlidir. Bu üsuldan istifadə edərkən ayın axırına qalan
ehtiyatlar ilk olaraq əldə edilmiş materialların faktiki maya dəyəri ilə
qiymətləndirilir.
Statistikada aktivlər və passivlər balansında əks etdirilməli olan maddi
dövriyyə vəsaitlərinin ilin axırına olan dəyəri onların daxil olduqları ta
rixdəki qiymətlərlə deyil, iqtisadi aktivlərin əks etdirilməsi metodologi
yasına uyğun olaraq məlumatlarm aid olduqları tarixdəki qiymətlərlə
müəyyən edilir. Mühasibat uçotunun məlumatlarına əsasən maddi dövriy
yə vəsaitlərinin balans dəyərini cari qiymətlərlə dövrün axırına olan
ehtiyatların dəyərinə çevirmək üçün aşağıdakı düsturdan istifadə edilir:
Z = C x İ p,
Burada: Z - cari qiymətlərlə hesabat ilinin axırına mövcud olan
ehtiyatların dəyəri; C - mühasibat uçotunda ehtiyatların qiymətləndiril
məsi üçün seçilmiş metoda uyğun olaraq əldəedilmə anında ehtiyatların
dəyəri; İp - hər hansı bir dövr üzrə bu və ya digər ehtiyat növünün orta
qiymət indeksi deməkdir.
Maddi dövriyyə vəsaitlərindən istifadənin yaxşılaşdırılması və onlara
qənaət edilməsi iqtisadi səmərəliliyin yüksəldilməsində çox böyük rol
oynayır. Bununla əlaqədar olaraq bir sıra göstəricilər hesablanır. Bunlar
dan biri