Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Vahid uçot və statistika sistemi



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə28/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   262
2-ci movzu demoqrafiya

2.4. Vahid uçot və statistika sistemi
Ölkəmizdə operativ-texniki uçot, mühasibat uçotu və statistika vahid 
uçot sistemini təşkil edir. Uçotun bu növləri bir-biri ilə qarşılıqlı surətdə 
əlaqələndirilmiş, ziddiyyətə və paralelçiliyə yol verilmir, əksinə onlar bir- 
birini tamamlayır. Lakin onların arasında bir sıra fərqlər də vardır. Bu, 
özünü hər şeydən əvvəl onların iqtisadiyyatı öyrənərkən məsələləri əhatə- 
etmə dairəsinə və ümumiləşdirmə metodlarına görə fərqlərdə göstərir.
Operativ-texniki uçot müəssisənin (firmanın) işinə operativ rəhbərliyi 
həyata keçirməyə imkan verir. Onun vəzifəsi hər bir konkret şəraitdə rəh­
bərliyi həm bütövlükdə müəssisənin, həm də onun ayrı-ayrı sexləri və sa­
hələrində işlərin vəziyyəti haqqında məlumatlarla təmin etməkdən iba­
rətdir. Onun obyekti emaldan keçdiyi bütün mərhələlərdə xammal və 
materialların hərəkəti, hər bir işçinin işə çıxması, nə qədər məhsul istehsal 
etməsi (və ya iş görməsi) və s-dir. Operativ-texniki uçot konkret faktları 
bilavasitə natural ifadədə və ona uyğun gələn ölçü vahidi ilə uçota alır. 
Məsələn, aydın məsələdir ki, istehsal edilmiş bütün detalların dəyəri 
haqqında məlumatlar hər hansı bir detalın istehsalı sahəsində “geridəqal- 
maları” aşkara çıxartmağa imkan vermir. Ayrı-ayrı detallardan nə qədər 
istehsal olunduğunu və onların hər birindən nə qədər olduğunu, hazır 
məhsulun yığılması əməliyyatının həmin detallarla necə təmin olun­
48
masının öyrənilməsi zəruriliyi meydana çıxır. Bu zaman operativ-texniki 
uçot rəhbərliyi istehsalın hər bir sahəsində görülən işlərə dair məlu­
matlarla təmin edir. Bu məlumatlar son dərəcə konkret olmalıdır.
İstehsal proseslərinin gedişi və onları müəyyən edən şəraitin cari 
uçotu, hissələrin, detalların, yanmfabrikatların, iş yerlərində mövcud olan 
materialların, buraxılan və sınaqdan keçirilən məhsulun, yerinə yetirilmiş 
sifarişlərin, istehsalda yaranmış artıq məhsulun uçotu və onların üzərində 
nəzarətin həyata keçirilməsi-bütün bunlar operativ-texniki uçotun 
öyrəndiyi obyektə daxildir. Bunlar avadanlıqların texniki vəziyyətinin, 
boşdayanmalarının və şairələrin texniki uçotu ilə tamamlanır. İşçilərin işə 
çıxmaması səbəblərinin aşkara çıxarılması və uçota alınması da operativ 
uçotdur. Göründüyü kimi, operativ-texniki uçotun spesifik cəhəti onun 
konkret və operativ olmasındadır.
Mühasibat uçotu təsərrüfat əməliyyatlarının başdan-başa (ucdantut­
ma), fasiləsiz və sənədlərlə uçota alınmasını həyata keçirir. Onun vəzifəsi 
material qiymətlilərinin uçota alınması və onların sərf edilməsi üzərində 
nəzarəti həyata keçirməkdən, məqsədi isə müəssisənin maliyyə nəticələ­
rini aşkara çıxarmaqdan ibarətdir. Mühasibat uçotu əsas etibarı ilə 
müəssisənin malik olduğu vəsaitin dövriyyəsi üzərində nəzarəti həyata 
keçirir. O, müəssisə vəsaitinin hərəkətini və onun daim bir formadan baş­
qa formaya çevrilməsini uçota almaq üçün özünə məxsus xüsusi metod­
lardan - ikili qeydiyyat sistemi, məhsul vahidinin neçəyə başa gəlməsi, 
mühasibat balansının tərtib olunması və i. a. - istifadə edir.
Mühasibat uçotunun xüsusiyyəti ondan ibarətdir ki, hər bir müəssisə 
onun üçün əlahiddələşmiş təsərrüfat vahididir. O, müəyyən zaman kəsi­
yində məhz həmin müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrini aşkara 
çıxarmalıdır. Tərkibində bir neçə müəssisə olan firmaların icmal balansını 
tərtib edərkən mühasibat uçotu onu hər hansı bir toplu kimi deyil, 
müəyyən təsərrüfat vahidləri fəaliyyətinin yekunu kimi nəzərdən keçirir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin