Vahid uçot və statistika sistemi aşağıdakı əsas cəhətləri ilə səciy yələnir: 1) bütün müəssisələrdə uçot işləri vahid metodologiya əsasmda aparılır.
Bu o deməkdir ki, bütün müəssisələrdə məhsullar vahid proqram və meto
dika ilə uçota almır. Bunlar əməyin, əmək haqqmm, avadanlıqların və şai
rələrin uçotuna da aiddir. Ayn-ayrı müəssisələrdə uçot müxtəlif metodika ilə
aparılsaydı, onları və müəssisələri bir-biri ilə müqayisə etmək, onların işi
haqqında ümumiləşdirici yekun göstəricilərinin hesablanması mümkün
olmazdı;
2) müəssisələrdə uçotun ayrı-ayrı növlərinin materialları bir-biri ilə
qarşılıqlı surətdə əlaqələndirilir. Belə ki, mühasibat, operativ-texniki uçot
və statistika bir-birini qarşılıqlı surətdə tamamlayır, aralarında uyğunsuz
luq, ziddiyyət, paralelçilik yoxdur və göstəriciləri bir-biri ilə uyğunlaşdı
rılmışdır;
3) vahid ilk sənədləşdirmə qaydası mövcuddur. Hər bir müəssisədə
müxtəlif adda çoxsaylı ilk sənədlər tərtib olunur. Bu sənədlərdəki məlu
matlardan hər bir uçot növü istifadə edə bilər. Bütün uçot növlərinin
vahidliyi onunla təmin edilir ki, onların hamısı eyni ilk sənədləşdirmə
qaydasından istifadə edir.
50 Nəticə - hər bir ölkədə uçot və statistikanın təşkili müxtəlif prinsiplərə əsas
lanır. Bu məqsədlə uçot və statistika işlərini vahid metodologiya ilə
aparan statistika orqanları sistemi formalaşdırılır, onların fəaliyyəti xüsusi
qanun və digər normativ-hüquqi sənədlərlə tənzimlənir;
- Azərbaycan Respublikasında vahid uçot və statistika işlərinə Dövlət
Statistika Komitəsi və Respublika Prezidenti tərəfindən təyin olunan
onun sədri rəhbərlik edir. O, komitənin qarşısında qoyulmuş vəzifələrin
yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır;
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi müxtəlif vəzi
fələri yerinə yetirir. Bunun üçün ona müəyyən hüquq və səlahiyyətlər
verilmişdir;
-Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi öz fəaliyyətini
Azərbaycan Respublikasmm Konstitusiyası, qanunları, qanunvericilik aktları
və digər normativ-hüquqi sənədləri əsasmda qurur;
-A zərbaycan Respublikası Dövlət Statistika Komitəsi beynəlxalq
müqayisələr aparır ki, bu da dünyada ölkəmizin mövqeyini müəyyən
etməyə imkan verir;
- Dövlət Statistika Komitəsinin nəzdində elmi-metodiki şura fəaliyyət
göstərir və o, çox müxtəlif vəzifələri yerinə yetirir;
-Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nəzdində
müxtəlif şöbələr yaradılmışdır. Onlar Azərbaycan cəmiyyətində gedən
sosial-iqtisadi proseslərə dair ilkin uçot məlumatlarını ümumiləşdirir,
yekun göstəriciləri hesablayır və inkişaf etmiş ölkələrin, eləcədə MDB
dövlətlərinin göstəriciləri ilə müqayisələr aparır, həmin məlumatları
mətbuatda dərc etdirirlər;
- statistik uçotla yanaşı, mühasibat və operativ-texniki uçot da vardır.
Bunlar birlikdə vahid uçot və statistika sistemini əmələ gətirir;
- statistika, uçotun digər növlərinin - mühasibat və operativ-texniki
uçotun məlumatlarını ümumiləşdirir və həmişə kütləvi məlumatlara əsas
lanır;
- statistika kütləvi materialları ümumiləşdirmək üçün xüsusi metod
lardan istifadə edir və əldə edilmiş məlumatlara əsasən bütün faktlar
toplusuna xarakteristika verir;
- vahid uçot və statistika sistemində təşkiledici rol statistikaya məx
susdur. Və bu sistemin bir sıra səciyyəvi cəhətləri vardır;
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin qarşısında
51
duran vəzifələrin yerinə yetirilməsində onun yerli orqanları mühüm rol
oynayır.