sisələrin həcminə, əhalinin gəlirlərinə və yaşadıqları inzibati-ərazi vahid
lərinə görə qruplaşdırılması misal ola bilər. Məsələn, müəssisələr işçilərin
sayma görə kiçik, orta və iri müəssisələrə bölünür. Bu zaman müxtəlif
meyarlardan istifadə olunur. Belə ki, Azərbaycan Respublikasında
kiçik
sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi onlarda çalışan işçilərin
sayı və illik dövriyyəsi göstəriciləri əsasında, Azərbaycan Respublikası
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İqtisadi fəaliyyət növləri üzrə
kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının
hədləri” haqqında 2004-cü il 20 aprel tarixli, 57 nömrəli qərarına müvafiq
olaraq aşağıdakı kimi formalaşdırılmışdır: sənaye və tikintidə işçilərinin
sayı 40 nəfərdən və illik dövriyyəsi 200
min manatdan, kənd təsərrüfa
tında işçilərinin sayı 15 nəfərdən və illik dövriyyəsi 100 min manatdan,
topdansatış ticarət müəssisələrində işçilərinin sayı 10 nəfərdən və illik
dövriyyəsi 300 min manatdan və iqtisadiyyatın digər sahələrində işçilə
rinin sayı 5 nəfərdən və illik dövriyyəsi 100
min manatdan az olan kiçik
sahibkarlıq subyektləri.
Ölkəmizdə sağlam bazar münasibətlərinin formalaşdığı və iqtisadiy
yatımızın dünya iqtisadiyyatına inteqrasiya olunduğu müasir dövrdə
vahid təsnifləşdirmə və informasiyaların kodlaşdırılması sistemi yaradılır
və ondan istifadə olunur. Bu, statistik göstəricilərin reallığı düzgün əks
etdirməsi və müqayisə oluna bilməsinin
təmin edilməsində çox mühüm
rol oynayır.
Dostları ilə paylaş: