Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


tehsal xərclərinin və i. a.) sistemləşdirilmiş siyahısıdır



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə32/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   262
2-ci movzu demoqrafiya

tehsal xərclərinin və i. a.) sistemləşdirilmiş siyahısıdır. 
Təsnifləşdirmə 
zamanı obyektin tərkib ünsürlərindən hər birinə kod verilir. Kod obyektin 
adının şərti rəqəmlə ifadə edilməsi deməkdir və bundan, eyniləşdirmə 
məqsədilə istifadə olunur. Fikrimizi bir qədər də dəqiqləşdirsək deyə 
bilərik ki, 
kod təsnifləşdirilən obyektləri və onların tərkib ünsürlərini
rəqəmlərlə ifadə etmək üçün qəbul edilmiş işarə, yaxud da işarələr
toplusudur.
İqtisadi təsnifləşdirmə informasiyaların dəqiqləşdirilməsi, təhlil olun­
ması, saxlanması və axtarılması üçün başlıca şərtdir. 
Hamı tərəfindən
qəbul olunmuş təsnifləşdirmələr standart hesab olunur. 
Təsnifləşdir­
mə bir qayda olaraq informasiyadan müntəzəm istifadə edən xidmət 
sahələri ilə razılaşdırılır və beynəlxalq xarakter daşıyır. Hadisə və 
obyektlərin hansı qrupa aid olduğunu müəyyən etmək üçün təlimat, bir 
çox hallarda isə hətta izahlı lüğət hazırlanır.
Təsnifləşdirmə nomenklatur ilə konkretləşdirilir və tamamlanır. No­
menklatur dedikdə hər hansı bir sahədə işlədilən adların ümumi siyahısı 
nəzərdə tutulur. Buna xarici iqtisadi fəaliyyətdə əmtəə adlarının, yaxud da 
əlavə dəyər vergisindən (ƏDV) azad edilmiş idxal məhsullarının siyahı­
sını misal göstərmək olar.
Qruplaşdırma tərkibinə görə mürəkkəb toplunun hər hansı bir, yaxud 
da bir neçə çox mühüm əlamət üzrə tərkib hissələrinə, qruplara ayrılması 
deməkdir. Sosial-iqtisadi statistikada quruluş, dinamika və quruluş- 
dinamika üzrə qruplaşdırmadan daha geniş istifadə edilir. Bunlara müəs­
53


sisələrin həcminə, əhalinin gəlirlərinə və yaşadıqları inzibati-ərazi vahid­
lərinə görə qruplaşdırılması misal ola bilər. Məsələn, müəssisələr işçilərin 
sayma görə kiçik, orta və iri müəssisələrə bölünür. Bu zaman müxtəlif 
meyarlardan istifadə olunur. Belə ki, Azərbaycan Respublikasında kiçik 
sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi onlarda çalışan işçilərin 
sayı və illik dövriyyəsi göstəriciləri əsasında, Azərbaycan Respublikası 
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İqtisadi fəaliyyət növləri üzrə 
kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının 
hədləri” haqqında 2004-cü il 20 aprel tarixli, 57 nömrəli qərarına müvafiq 
olaraq aşağıdakı kimi formalaşdırılmışdır: sənaye və tikintidə işçilərinin 
sayı 40 nəfərdən və illik dövriyyəsi 200 min manatdan, kənd təsərrüfa­
tında işçilərinin sayı 15 nəfərdən və illik dövriyyəsi 100 min manatdan, 
topdansatış ticarət müəssisələrində işçilərinin sayı 10 nəfərdən və illik 
dövriyyəsi 300 min manatdan və iqtisadiyyatın digər sahələrində işçilə­
rinin sayı 5 nəfərdən və illik dövriyyəsi 100 min manatdan az olan kiçik 
sahibkarlıq subyektləri.
Ölkəmizdə sağlam bazar münasibətlərinin formalaşdığı və iqtisadiy­
yatımızın dünya iqtisadiyyatına inteqrasiya olunduğu müasir dövrdə 
vahid təsnifləşdirmə və informasiyaların kodlaşdırılması sistemi yaradılır 
və ondan istifadə olunur. Bu, statistik göstəricilərin reallığı düzgün əks 
etdirməsi və müqayisə oluna bilməsinin təmin edilməsində çox mühüm 
rol oynayır.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin