Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə31/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   262
2-ci movzu demoqrafiya

Təhlil üçün suallar
- Ölkəmizdə statistika işlərinin təşkili hansı prinsiplərə əsaslanır?
- “Rəsmi Statistika haqqında” Azərbaycan Respublikasının qanunu nə 
vaxt qəbul edilmişdir?
- Azərbaycan Respublikasmda mərkəzləşdirilmiş vahid uçot sisteminə 
hansı orqan rəhbərlik edir?
-Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi öz fəaliyyə­
tində hansı sənədləri əldə rəhbər tutur?
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi hansı vəzifələri 
yerinə yetirir?
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hansı hüquq 
və səlahiyyətləri vardır?
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi hansı struktura 
malikdir?
-Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin idarə və 
şöbələri hansı işləri yerinə yetirirlər?
- Vahid uçot və statistika dedikdə nə nəzərdə tutulur?
- Operativ-texniki uçotun vəzifələri nədən ibarətdir?
- Mühasibat uçotu hansı işləri yerinə yetirir və onun nə kimi spesifik 
xüsusiyyətləri vardır?
- Vahid uçot və statistika sistemi hansı spesifik cəhətləri ilə səciy­
yələnir?
52
III FƏSİL
SOSİAL-İQTİSADİ STATİSTİKADA ƏSAS TƏSNİFLƏŞDİRMƏ
VƏ QRUPLAŞDIRMALAR
3.1. Təsnifləşdirmə, qruplaşdırma və nomenklatur anlayışlarının
mahiyyəti
Sosial-iqtisadi statistikada təsnifləşdirmə, qruplaşdırma və nomen­
klatur anlayışlarından sosial-iqtisadi hadisə və prosesləri öyrənmək və 
müvafiq informasiyaları əldə etmək üçün geniş istifadə olunur.
Təsnifləşdirmə hadisə və proseslərin oxşarlıq və müxtəliflik əlamət­
lərinə görə bölmələrə, yarımbölmələrə, qruplara, fəsillərə (siniflərə), də­
rəcələrə, növlərə ayrılması deməkdir. Təsnifləşdirməni apararkən bir və 
ya bir neçə əlamətdən istifadə edilir. 
Təsnifləşdirmə obyektlərin (sahə­
lərin, müəssisələrin, məhsulların, əsas fondların (əsas kapitalın), is­

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin