Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Azərbaycanda iqtisadi fəaliyyət növlərinin təsnifləşdirilməsi



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə34/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   262
2-ci movzu demoqrafiya

3.3. Azərbaycanda iqtisadi fəaliyyət növlərinin təsnifləşdirilməsi
Ölkəmizdə də iqtisadi fəaliyyət növlərinin təsnifləşdirilməsinin bey­
nəlxalq standartlarından istifadə olunur və bunlar öz əksini Azərbaycan 
Respublikası Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi rəsmi sənəd­
lərdə tapır. İqtisadi fəaliyyət növlərinin təsnifləşdirilməsindən aşağıdakı 
vəzifələrin yerinə yetirilməsi üçün istifadə olunur:
-təsərrüfat subyektlərini qeydiyyata alarkən onları iqtisadi fəaliyyət 
növləri üzrə təsnifləşdirmək və kodlaşdırmaq;
- təsərrüfat subyektlərinin həyata keçirdikləri əsas və digər faktiki fəa­
liyyət növlərini müəyyən etmək;
- iqtisadiyyatın strukturuna xarakteristika vermək;
- statistik məlumatların beynəlxalq səviyyədə müqayisəsini aparmaq 
üçün onları lazımi strukturlara təqdim etmək.
2010-cu ildən başlayaraq Azərbaycan Respublikası Dövlət Statistika
4 Təsnifləşdirmənin beynəlxalq standartlarında ümumiyyətlə “sənaye” anlayışı yoxdur. Burada 
sənaye “mədənçıxarma sənayesi və karxanaların işlənməsi”, “emal sənayesi”, “elektrik 
enerjisi, qaz və su təchizatı”na bölünür.
56
Komitəsi tərəfindən nəşr olunan rəsmi sənədlərdə iqtisadi fəaliyyət 
növləri və məhsulların (işlərin, xidmətlərin) təsnifləşdirilməsi yeni, 
üçüncü milli versiya əsasında təqdim olunur.
Bunlar Avropa İttifaqında iqtisadi fəaliyyət növləri təsnifatının 
(NACE rev. 2) 2-ci redaksiyasına tam uyğun olaraq işlənib hazırlanmış­
dır. Hər iki təsnifat müvafiq nazirlik, komitə, idarə və digər təşkilatlarla 
razılaşdırılmaqla Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 
tərəfindən təsdiq edilmiş və Azərbaycan Respublikasının Standartlaş­
dırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Azərbaycan 
Respublikasının Dövlət Təsnifatı kimi qeydiyyata alınmışdır.
Azərbaycanda bu yeni təsnifatlarda bir sıra dəyişikliklər aparılmışdır. 
Belə ki, iqtisadi fəaliyyət növlərinin təsnifatında bölmələrin sayı 17-dən 
21-ə çatdırılmışdır. Hazırda bu bölmələr 3.2 cədvəlində olduğu kimi 
adlandırılır.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin