xərclərini müəyyən etməyə və faktiki rentabellik göstəricilərini hesabla
mağa imkan verir.
Statistika mühasibat və operativ-texniki uçotun məlumatlarını ümumiləş
dirir və həmişə kütləvi materiallara əsaslanır. Bunlar statistikaya lazım
olduqda özünün ilkin müşahidələrini (tədqiqat və siyahıyaalmalar
aparmaq) təşkil edir. Statistika kütləvi ilkin məlumatları ümumiləşdirmək
üçün xüsusi metodlardan istifadə edir və əldə
edilmiş məlumatlara əsasən
ictimai həyatın bu və ya digər sahəsinə aid olan bütün faktlar toplusuna
xarakteristika verir. Məsələn, mühasibat uçotu hər bir işçiyə
gördüyü işin
müqabilində əmək haqqı hesablayır, statistika isə onları müxtəlif
əlamətlər üzrə qruplaşdırır və orta əmək haqqını müəyyən edir.
Statistika
ayrı-ayrı müəssisələr, sahələr və bütövlükdə
iqtisadiyyat üzrə operativ-
texniki və mühasibat uçotunun məlumatlarını, həmçinin əhalinin siya
hıyaalınması və ailə büdcələrinin tədqiq olunması kimi xüsusi təşkil
edilmiş müşahidələrin materiallarını ümumiləşdirir.
Vahid uçot və statistika sistemində təşkiledici rol statistikaya məx
susdur. İqtisadiyyat miqyasında məlumatların ümumiləşdirilməsinin
zəruriliyi bütün müəssisələrin özlərinin istehsal-təsərrüfat
fəaliyyətlərinin
nəticələri haqqında vahid formada və müəyyən edilmiş müddətlərdə
məlumat vermələrini tələb edir.
Dostları ilə paylaş: