Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə25/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   262
2-ci movzu demoqrafiya

Dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün
aşağıdakı hüquq və səlahiyyətlər verilir:
- ölkənin iqtisadi və sosial vəziyyətinin nəticələrini dərc etdirmək, 
statistika və uçot sahəsində metodoloji məsələləri həll etmək;
-tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, ölkəmizin 
ərazisində, habelə onun sərhədlərindən kənarda yerləşən və Azərbaycan 
Respublikasının mülkiyyəti olan hüquqi və fiziki şəxslərdən haqqı ödənil­
mədən, dövlət statistika orqanları tərəfindən müəyyən edilən həcmdə və 
müddətlərdə düzgün statistik məlumatları, hesabatları, onlara dair 
izahatları almaq;
- fiziki şəxslərin sosial-demoqrafik vəziyyəti və sahibkarlıq fəaliyyəti 
haqqında müşahidələr aparmaq üçün onlardan haqqı ödənilmədən zəruri 
məlumatlar almaq;
- məlumatların təhrif olunması halları aşkara çıxarıldıqda hesabatlarda 
düzəliş etmək və bu barədə müəssisə, idarə, təşkilat, birlik və s. tərə­
findən yerinə yetirilməsi məcburi olan tapşırıqlar vermək;
- qanunvericilikdə nəzərdə tutulmuş qaydada və beynəlxalq hüquq 
normalarına uyğun olaraq xarici ölkələrin statistika idarələri və 
beynəlxalq statistika təşkilatları ilə statistika elmi metodologiyasının və 
təcrübəsinin təkmilləşdirilməsi, yeni texnologiyalardan istifadə edilməsi 
məsələləri üzrə əməkdaşlıq haqqında müqavilələr bağlamaq;
- dövlət statistika müşahidələrinin aparılması üçün məlumatları təq­
dim etməyən və ya onları gecikdirməklə ya müəyyən təhriflərlə təqdim 
edən vəzifəli və fiziki şəxslər barəsində inzibati icraata başlamaq və 
inzibati tənbeh tədbirləri tətbiq etmək;
- dövlət statistika hesabatlarının formalarını işləyib hazırlamaq, hesa­
batların toplanması və təqdim olunmasının vaxtını və qaydalarını (ətraf 
mühitin mühafizəsi sahəsində dövlət statistikasının aparılması qaydaları
43


istisna olmaqla) müəyyənləşdirmək;
- qanunvericiliyə uyğun olaraq bağlanmış müqavilələr əsasında haqqı 
dövlət büdcəsinə ödənilməklə hüquqi və fiziki şəxslərə reqlamentə daxil 
olmayan statistik xidmət göstərmək;
-Azərbaycan Respublikasının statistika haqqında qanunvericiliyinə 
zidd olan statistik hesabatları ləğv etmək;
- hesabat məlumatları təhrif olunduğu hallarda düzəlişlər etmək, bu dü­
zəlişləri ilkin və mühasibat uçotunda, başqa əlaqədar göstəricilərdə əks 
etdirməyi müvafiq hüquqi və fiziki şəxslərə tapşırmaq (burada qeyd etmək 
yerinə düşər ki, dövlət hesabatlarında təhrif etmələrə görə vəzifəli şəxslər 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada 
məsuliyyət daşıyırlar);
- nazirliklərdə, dövlət komitələrində, baş idarələrdə, tabeliyindən və 
mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərdə statistik 
hesabatların dürüstlüyünü və ilkin uçotun vəziyyətini yoxlamaq;
- şura iclaslarında statistik uçot və hesabatın vəziyyətinə dair nazirlik, 
baş idarə, komitə, assosiasiya və şirkət rəhbərlərinin hesabatlarını 
dinləmək, onlarla birgə kollegiya iclasları keçirmək və s. və i.a.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin