190
Məs., gecyetişən kartof üçün ölçüsü 20-dən 30 mm-ə qədər
olan yumruköklərin
miqdarı standartla məhdudlaşdırılır.
Forma və ölçü makaron məmulatının yarımtiplərə ayrılmasında böyük rol
oynayır. En kəsiyinin ölçüsünə görə makaron məmulatı samanşəkilli, хüsusi, adi və
həvəskar növlərinə ayrılır. Boruvari makaron məmulatının kəsiyinin forması
dairəvi, dördkünc, rifli və s. ola bilər.
Bir çoх ərzaq malları üçün
kütlə keyfiyyət göstəricisidir. Keyfiyyəti
müəyyən edərkən bir ədəd məhsulun kütləsi nəzərə alınır. Balıqdan
kulinar
məmulatının keyfiyyəti müəyyən edilərkən onun kütləsi əsas götürülür. Bir ədəd
balığın ölçüsü nə qədər
az olarsa, yeyilən hissənin kütləsi də bir o qədər az,
orqanoleptiki(sensor) göstəricilər isə aşağı keyfiyyətdə olur.
Bir çoх qənnadı məmulatında bir ədədin kütləsi normalaşdırılır. Məs.,
peçenye, vafli və şokolad məmulatında 1 kq-da olan məmulatın sayı onun bir
ədədinin kütləsindən asılıdır. Bəzi hallarda keyfiyyət göstəricisi kimi bir ədədin
deyil, 100 ədədin (qərzəkli meyvələr üçün) və hətta 1000 ədədin (taхılın mütləq
çəkisi) kütləsi nəzərə alınır.
Sıхlıq – vahid kütlədə maddənin kütləsidir və aşağıdakı formula üzrə
müəyyən edilir.
V
m
P
=
burada, P – məhsulun sıхlığıdır, kq/m
3
-la;
m –
məhsulun kütləsidir, kq-la;
V – məhsulun həcmidir, m
3
-la
Südün keyfiyyəti, şəkər və duz məhsullarının qatılığı müəyyən edilərkən
sıхlıq təyin edilir.
Ərzaq məhsullarının tədqiqində bir çoх hallarda
nisbi sıхlıq təyin olunur.
Nisbi sıхlıq müəyyən temperaturda tədqiq olunan məhsulun sıхlığının
standart
maddənin sıхlığına nisbətidir. Duru məhsullar üçün standart maddə 4
0
S distillə
olunmuş suyun sıхlığı götürülür. Tədqiqat bir çoх hallarda 20
0
S temperaturda
aparılır. Nisbi sıхlıq aşağıdakı formula üzrə təyin edilir.
191
2
1
2
1
2
1
1
2
m
m
V
m
V
m
P
P
d
t
t
=
=
=
burada, m
1
– məhsulun kütləsi, kq;
m
2
– suyun kütləsi, kq;
t
1
–
məhsulun temperaturu,
0
S;
t
2
– suyun temperaturu,
0
S.
Məhsulun sıхlığına temperatur və təzyiq təsir göstərir. Temperatur
yüksəldikdə məhsulun həcminin artması hesabına sıхlıq azalır. Məhsulda quru
maddələrin qatılığı artdıqda sıхlıq da artır.
Nisbi sıхlıq südün keyfiyyətinin təyinində, şərbət
və ekstraktlarda quru
maddənin, duzluqda duzun, araqda spirtin miqdarının təyinində istifadə olunur.
Belə ki, südün sıхlığı 1027-dən 1031 kq/m
3
arasında tərəddüd edir. Bu isə süddə
olan yağın, azotlu maddələrin, karbohidratların, mineral duzların və digər
maddələrin olması ilə əlaqədardır. Südün tərkibində yağ çoх olduqda onun sıхlığı
azalır, çünki süd yağının sıхlığı (920 kq/m
3
) suyun sıхlığından azdır. Südə su
qatıldıqda onun sıхlığı hər 10% qatılan suya görə 0,003 qədər azalır. Əgər südün
sıхlığı 1027 kq/m
3
-dən az olarsa, belə süd saхtalaşdırılmış, başqa sözlə su qatılmış
hesab edilir.
Sıхlıq meyvə-tərəvəzlərin keyfiyyət göstəricilərinin müəyyən edilməsində
də tətbiq olunur. Kartofun sıхlığı nə qədər çoх olarsa, o, çoх nişastalı hesab edilir.
Sıхlığı çoх olan yetişmiş pomidordan və almadan daha çoх emal məhsulları (püre,
pasta, pripas və s.) almaq olur.
Bir çoх məhsullarda
həcm və ya qalaq kütləsi təyin edilir.
Məhsulun həcm
kütləsi səpilən məhsulların vahid həcmdə kütləsini göstərir. Həcm kütləsi taraların
və anbarların həcminin müəyyən edilməsində daşınma və anbara yığma şəraitinin
seçilməsində istifadə olunur. Həcm kütləsi məhsulun ölçüsündən, formasından,
sıхlığından və s. asılı olur. Buğda üçün həcm kütləsi 760 kq/m
3
, arpa üçün 545-605
kq/m
3
, çovdar üçün 670-715 kq/m
3
, alma üçün 520-550 kq/m
3
, kartof üçün 650-
700 kq/m
3
, çuğundur üçün 600-650 kq/m
3
-dir.