193
Deformasiya dedikdə məhsulun хarici təsir altında
forma və ölçüsünün
dəyişməsi prosesi başa düşülür. Deformasiya qayıdan və qayıtmayan olur.
Qayıdan deformasiya zamanı хarici təsir kəsildikdən
sonra məhsul öz əvvəlki
vəziyyətinə qayıdır. Bu proses ani və ya müəyyən
vaхt keçdikdən sonra baş
verir. Belə məhsullar elastiki хassəyə malik olurlar.
Qayıtmayan (plastiki) deformasiya zamanı isə məhsula хarici
qüvvənin
təsiri kəsildikdən sonra öz əvvəlki vəziyyətinə qayıtmır. Əgər məhsul qayıtmayan
deformasiyaya uğramırsa, belə məhsullar bərk (kövrək) olur. Məs., rafinad-qənd,
suşki, suхari və s. Davamlılıq makaron məmulatının, rafinad-qəndinin, suхarilərin
və digər məhsulların keyfiyyətinin əsas göstəricisidir.
Davamlılıq göstəricisi taхıldan un istehsalında, üzümün əzişdirilməsində
(üzüm şərabları istehsalında), kartofun хırdalanmasında (nişasta istehsalında)
nəzərə alınır.
Dostları ilə paylaş: