Bunlardan başqa yağ turşusuna qıcqırma zamanı etil və butil spirtləri,
aseton, süd və sirkə turşusu da alınır. Yağ turşusuna qıcqırdan bakteriyalar kartofu,
şoraba kələmi хarab edir, südün acılaşmasını və unun nəmlənməsini sürətləndirir.
Yağ turşusuna qıcqırma nəticəsində əmələ gələn qazlar pendirin köpməsinə,
konservlərin bombajına səbəb olur.