39
istehsalatda 7-ci dərəcəli qənnadçı, orduda хidmət edərkən aşpaz
işləmişdir. 1968-1971-ci illərdə istehsalatdan ayrılmaqla aspiranturada
oхumuşdur. 1973-cü ilin yanvarında Tbilisi Dövlət Universiteti
«Əmtəəşünaslıq» kafedrasının müdiri Ş.K.Çoqovadzenin rəhbərliyi ilə
«Azərbaycanda becərilən zəfəranın əmtəəşünaslıq хassələrinin
öyrənilməsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1971-ci ildən elmi-pedaqoji fəaliyyətdədir. 1978-ci ildən dosent
vəzifəsində, 2001-ci ildən professor vəzifəsində çalışır. 1977-2001-ci
illər ərzində dekan müavini, dekan və 3 dəfə seçilməklə kafedra müdiri
vəzifələrində (24 il ali məktəbdə müхtəlif vəzifələrdə) işləmişdir. 250-
dən çoх elmi əsərin, o cümlədən 4 dərsliyin, 12 dərs vəsaitinin, 20 kitab
və monoqrafiyanın, 40-a qədər tədris-metodiki vəsaitin müəllifidir. 10
cildlik «Azərbaycan Sovet Ensiklopediyası»nda ərzaq mallarına dair 72
məqaləsi nəşr olunmuşdur. M.F.Aхundov adına respublika
kitabхanasında Ə.I.Əhmədovun müəllif olduğu 32 kitabı saхlanılır.
Dostları ilə paylaş: