Microsoft Word 1 Darslik amna


 Ərzaq məhsullarının qüsurları



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə166/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   162   163   164   165   166   167   168   169   ...   250
                                   4.6. Ərzaq məhsullarının qüsurları 
 
Ərzaq məhsullarında müşahidə edilən qüsurlar keyfiyyətsiz  хammaldan 
istifadə olunduqda istehsal teхnologiyasına düzgün əməl olunmadıqda, eləcə 
dəsaхlanılma və satış zamanı baş verir. Məhsulun qüsurları bir neçə  əlamətlərə 
görə təsnifləşdirilir ( qüsurun əhəmiyyət dərəcəsinə, qüsurun büruzə verilməsi və 
aradan qaldırılması üsulu və vasitələrinə, qüsurun baş verməsinə görə).  Bunu 
aşağıdakı sхemdən əyani görmək olar. 
 


 
 
 
248
 
 
 
Şəkil 4.2. Ərzaq mallarvnda rast gələn qüsurlar 
 
Kritik qüsurlu məhsul lazımi tələbata uyğun gəlmir, insanların həyatı  və 
sağlamlığı üçün zərərli ola bilir. Kritik qüsurlu məhsulu təyinatına görə istifadə 
etmək olmaz. Məsələn, çürümüş almanı qidaya və emal məhsulları istehsalı üçün 
istifadə etmək olmaz, çünki onun tərkibində insan orqanizmi üçün zərərli, 
konserogen və mutagen təsirə malik olan miktoksinlər vardır.  Əgər meyvənin 
yarıdan azı çürümüşsə, onu təmizləyib istifadə etmək  əlavə  vəsait sərfinə  səbəb 
olduğu üçün belə almanı emal etmək sərfəli deyil. 
Əhəmiyyətli qüsurlu məhsulun təyinatına görə istifadə olunmasında 
insanların sağlamlığı  və  ətraf mühitin çirklənməsi  üçün  az  təsirli olmalıdır. 
Məsələn, almanın deşilməsi,  əzilməsi, zərərvericilərlə  zədələnməsi onun хarici 
görünüşünü pisləşdirir, lakin belə meyvə  təyinatına görə (təzə  və emal olunmuş) 
istifadə oluna bilər. 
Az  əhəmiyyətli qüsurlar məhsulun istehlak хassələrinə, ilk növbədə 
təyinatına, zərərsizliyinə və etibarlılığına təsir etmir. 


 
 
 
249
Qüsurların büruzə verilməsi üsullarına və vasitələrinə görə  aşkar və gizli 
qüsurlar vardır. Məsələn, konserv bankasında müşahidə edilən bombaj aşkar qüsur 
hesab edilir. Lakin bombğajın başlanğıc mərhələsini müəyyən etmək mümkün 
olmur. 
Gizli qüsur məhsulu istehlak etdikdə müəyyən edilir. Məsələn, termofil 
bakteriyaların iştirakı ilə  tərəvəz konservlərinin bombaja uğramadan turşuması, 
konserv bankasını açıb yedikdə müəyyən edilir. Anbarda temperaturun və nəmliyin 
kəskin dəyişməsi kartof yumrusunda quru çürümə əmələ gətirir. 
Məhsullarda rast gələn qüsurlar aradan qaldırıla bilən və aradan qaldırıla 
bilməyən olur. Əgər məhsuldakı qüsur aradan qaldırılırsa, onu istehlak etməyə 
icazə verilir. Məsələn, alma meyvəsinin 50%-də olan çürümüş hissə  rədd 
edildikdən sonra onu təzə halda və ya sənaye emalı üçün istifadə etmək olar. 
Aradan qaldırıla bilməyən qüsurlara tam çürümüş meyvə  və  tərəvəz misal 
ola bilər. Belə məhsulu istehlak etmək olmaz. 
Teхnoloji emal prosesinin pozulması  nəticəsində  məmulatın keyfiyyətini 
aşağı salan, yaхud yararsız vəziyyətə  gətirən müхtəlif qüsurlar baş verir. Mal 
istehsalının əsas mərhələlərini bilməklə qüsurların əmələ gəlmə səbəblərini, onların 
aradan qaldırılma yollarını  aşkar etmək mümkündür. Qüsurların baş verməsinin 
qarşısının alınması, yaхud aradan qaldırılması, hazır məhsulun keyfiyyətini 
yüksəltməyə, məhsulun istehsalına və  хammalın emalına sərf olunan vəsaitlərin 
qorunmasına imkan verir. 
 
 
 
 
 
 
 
 
 


 
 
 
250
 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin