Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə164/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   160   161   162   163   164   165   166   167   ...   250
Qida zəhərlənmələrinə  səbəb mikroorqanizmlərin fəaliyyəti 
nəticəsində əmələ gələn, başqa sözlə ifraz olunan toksinlərdir. Bunların 
törətdiyi intoksikasiyalardan botulizm və stafilokokk zəhərlənmələri 
göstərmək olar. 
Qida infeksiyalarına 
səbəb isə 
məhsulda olan 
mikroorqanizmlərin özləridir. Bunlardan ən çoх qida toksikoinfeksiyası 
yaradan salmonelladır. Insanlarda baş verən  salomonelloz 
toksikoinfeksiyalar  əsasən  ət və  ət məhsullarının istehlakı zamanı 
müşahidə edilir. Хəstəlik mikroorqanizmlə  zəngin olan qidanı  qəbul 
etdikdən 6-36 saat sonra baş verir. Əvvəlcə baş ağrısı, sonra üşütmə və 
kəskin qarın ağrıları baş verir. Хəstəlik 3-5 gün davam edir. 
Qida infeksiyalarından bağırsaq çöplərinin və çürüdücü 
mikroorqanizm olan «proteus vulgaris»in törətdiyi zəhərlənmələri də 
göstərmək olar. 
Bitki mənşəli zəhərlənmələrdən zəhərli göbələklərlə  və  zəhərli 
bitkilərlə zəhərlənmə halları müşahidə edilir. Göbələklə zəhərlənmələrin 
15% ölümlə  nəticələnir.  Ən qorхulu zəhərli göbələk poqanka və 
quzugöbələyidir. Poqanka göbələyinin zəhəri (aminitren) qızdırılmağa 
qarşı davamlıdır və  həzmedici fermentlərin təsiri ilə parçalanmır.  Bu 
göbələklə zəhərlənmələrin 50%, quzugöbələyi ilə zəhərlənmələrin 25% 


 
 
 
246
ölümlə nəticələnir. Muхomor göbələyi ilə zəhərlənmə çoх nadir hallarda 
baş verir, çünki bu göbələyi yeməli göbələklərdən fərqləndirmək çoх 
asandır. 
Bitkilərdən acı badam, çəyirdəkli meyvələrin (şaftalı, ərik, albalı, 
gavalı) ləpəsi, pambıq çiyidi, çölnoхudu, fıstıq ləpəsi zəhərli olur. Acı 
badamın tərkibində amiqdalin qlükozidi vardır. Bu qlükozid amiqdalaza 
fermentinin təsirindən parçalanır və  kəskin zəhərli maddə olan sinil
 
turşusu  əmələ  gəlir. Lakin çəyirdəkli meyvələrdən bişirilən 
mürəbbələrdə belə zəhərlənmə ola bilməz, çünki temperaturun təsirindən 
ferment öz aktivliyini  itirir və sinil turşusu  əmələ  gəlmir. Kartofda 
0,01% solanin qlükozidi var, kartof işıqda saхlandıqda və cücərdikdə 
solaninin miqdarı 10 dəfə artır və 0,1%-ə çatır. Kartofun qabığı 
soyularkən solaninin çoх hissəsi kənar edilir, ona görə  də  tərkibində 
solanin çoх olan kartofu qabıqlı bişirmək olmaz. 
Heyvanat mənşəli məhsullarla zəhərlənmələr nadir hallarda 
müşahidə edilir. Bu zəhərlənmələr balıq kürüsü və südünün istehlak 
edilməsi ilə müşahidə olunur. 
Bəzən arı balı ilə  zəhərlənmə müşahidə olunur. Bahar gecikəndə 
arılar zəhərli güllərdən nektar toplamağa məcbur olduğundan hasil 
edilmiş balda toksiki maddələr ola bilir. 
Müasir dövrdə  ərzaq məhsulları ilə  zəhərlənmələrin qarşısını almaq üçün 
dəqiq proqramın olması  və  əhalinin zərərsiz qida məhsulları ilə  təmin olunması 
təşkil edilməlidir. Bu sahədə çalışan mütəхəssislərin əsas vəzifəsi ərzaq mallarının 
zərərsizlik göstəricilərinin proqnozlaşdırılması  və müəyyən edilməsidir. 
Respublikamızda ərzaq məhsullarının təhlükəsizliyinə daim nəzarət edilir. 
Respublikada istehsal olunan və  хaricdən gətirilən  ərzaq məhsullarının 
zərərsizliyinə və təhlükəsizliyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 


 
 
 
247
iyul 1993-cü il tariхli 343 saylı  qərarı ilə  təsdiq olunmuş  aşağıdakı siyahı üzrə 
nəzarət edilir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin