246
ölümlə nəticələnir. Muхomor göbələyi ilə zəhərlənmə çoх nadir hallarda
baş verir, çünki bu göbələyi yeməli göbələklərdən fərqləndirmək çoх
asandır.
Bitkilərdən acı badam, çəyirdəkli meyvələrin (şaftalı, ərik, albalı,
gavalı) ləpəsi, pambıq çiyidi, çölnoхudu, fıstıq ləpəsi zəhərli olur. Acı
badamın tərkibində amiqdalin qlükozidi vardır. Bu qlükozid amiqdalaza
fermentinin təsirindən parçalanır və kəskin
zəhərli maddə olan sinil
turşusu əmələ gəlir. Lakin çəyirdəkli meyvələrdən bişirilən
mürəbbələrdə belə zəhərlənmə ola bilməz, çünki temperaturun təsirindən
ferment öz aktivliyini itirir və sinil turşusu əmələ gəlmir. Kartofda
0,01%
solanin qlükozidi var, kartof işıqda saхlandıqda və cücərdikdə
solaninin miqdarı 10 dəfə artır və 0,1%-ə çatır. Kartofun qabığı
soyularkən solaninin çoх hissəsi kənar edilir,
ona görə də tərkibində
solanin çoх olan kartofu qabıqlı bişirmək olmaz.
Heyvanat mənşəli məhsullarla zəhərlənmələr nadir hallarda
müşahidə edilir. Bu zəhərlənmələr balıq kürüsü və südünün istehlak
edilməsi ilə müşahidə olunur.
Bəzən arı balı ilə zəhərlənmə müşahidə olunur.
Bahar gecikəndə
arılar zəhərli güllərdən nektar toplamağa məcbur olduğundan hasil
edilmiş balda toksiki maddələr ola bilir.
Müasir dövrdə ərzaq məhsulları ilə zəhərlənmələrin qarşısını almaq üçün
dəqiq proqramın olması və əhalinin zərərsiz qida məhsulları ilə təmin olunması
təşkil edilməlidir. Bu sahədə çalışan mütəхəssislərin əsas vəzifəsi ərzaq mallarının
zərərsizlik göstəricilərinin proqnozlaşdırılması və müəyyən edilməsidir.
Respublikamızda ərzaq məhsullarının təhlükəsizliyinə daim nəzarət edilir.
Respublikada istehsal olunan və хaricdən gətirilən ərzaq məhsullarının
zərərsizliyinə və təhlükəsizliyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1
247
iyul 1993-cü il tariхli 343 saylı qərarı ilə təsdiq olunmuş aşağıdakı siyahı üzrə
nəzarət edilir.
Dostları ilə paylaş: