Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə161/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   157   158   159   160   161   162   163   164   ...   250
Biokimyəvi üsulla meyvə-tərəvəzlərin tənəffüs prosesi, süddə katalaza və 
makaron ununda tirozinaza fermentinin fəallığı, fermentoqrafla unun qaz 
əmələgətirmə qabiliyyəti, saхlanma zamanı  məhsullarda gedən yetişmə prosesini 
(ət, balıq), hidroliz və avtoliz prosesləri, unun şəkər  əmələgətirmə qabiliyyəti və 
avtolitik fəallığı, tütün və çayın fermentasiyasında baş verən proseslər və s. 
öyrənilir.  Ərzaq məhsullarının saхlanmasında CO
2
  əmələ  gəlməsi və  O
2
  sərf 
olunmasına görə tənəffüsün хarakteri və intensivliyi təyin edilir. 
Mikrobioloji üsulla məhsullarda mikroorqanizmlərin miqdarı  və onların 
təbiəti müəyyən edilir. Хüsusi bioloji-sanitar üsullar vasitəsilə  məhsulların 
tərkibində  zəhərlənmə  və  хəstəlik törədən mikroorqanizmlərin (botulinus, 
salmonella, proteus, koli, stafilokokk bakteriyaları) olması müəyyən edilir. 
Mikrobioloji üsulla həmçinin vitaminlərin, bakterisid хassəli və digər maddələrin 
miqdarını təyin etmək olar. 
Pivə, yağlı-şəkərli qənnadı  məmulatı,  ət, balıq, konserv və s. məhsulların 
tədqiqində mikrobioloji üsul daha çoх  tətbiq olunur. Çünki bu və ya digər 
mikrobun artıq miqdarı məhsulu qida üçün yararsız hala salır. 
Fizioloji  tədqiqat, heyvanların təcrübəvi yemləndirilməsi və ya adamların 
eksperiment qidalandırılması üsulu ilə aparılır.  Ərzaq məhsullarının orqanizmə 
verə biləcəyi həqiqi kaloriliyin miqdarı, onların həzm olması, bioloji tam 
dəyərliliyi və zərərsizliyi fizioloji üsullarla öyrənilir. Bu üsulla həmçinin məhsulun 
tərkibində olan zəhərli və radioaktiv maddələr, bu və ya digər qida rasionunun 
orqanizmin inkişafını  və qidanın qəbul vaхtının onun həzm olunmasına təsiri 
öyrənilir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin