QƏDİM HİNDİSTAN MƏDƏNİYYƏTİ
Qədim
Hindistan eyni adlı
yarımadada erləşirdi.
Himalay sıra dağları
Hindistanı başqa öl-
kələrdən ayırır. Hin-
distan yarımadası
yayladan ibarətdir.
Yayla ilə Himalay
sıra dağları arasında
ovalıq yerləşir. Hin-
distan ovalığının qərbində Hind, şərqində Qanq çayı axır. Bu
çaylar başlanğıcını Himalay dağlarından götürür.
Arxeoloji tapıntılar Hindistanda hələ daş dövründə qədim
məskənlərin mövcud olduğuna dəlalət edir. Hindistanın qərbində
eneolit və tunc dövrlərində özünəməxsus protohind mədəniyyəti
yaranır. Onun çiçəklənmə dövrü e.ə. III-II minilliklərə təsadüf
edir. Pəncabda müasir Harappa yaxınlığında və Sinddə Mohenco-
Daro yaxınlığında aşkar edilmiş şəhər qalıqları bu qədim
sivilizasiyanın başlıca mərkəzləri olmuşdur. Bu mədəniyyətin
daşıyıcıları
dravid və ya
dravidlərə qədər
yaşayan qəbilələr
olmuşlar.
Arxeoloqlar e.ə.
III minillikdə
salınmış
şəhər
aşkar etmişlər.
Qazıntı zamanı
qala, onun
içərisində saray,
üçmərtəbəli
evlər, tunc, qızıl əşyalar, hələ də oxunması mümkün olmayan
______________Milli Kitabxana_____________
301
yazılar tapılmışdır. E.ə. II minillikdə naməlum səbəbdən əhali
şəhəri tərk etmişdir.
E.ə. II minilliyin sonunda Hindistana şimal-qərbdən
racələrin başçılıq etdiyi köçəri ari tayfaları gəldilər. Onlar oturaq
həyata keçib yerli əhali ilə qaynayıb qarışdılar. Ari dili əsasında
Hindistanda sanskrit ədəbi dili yarandı. Hindlilər eramızdan min il
əvvəl dəmirdən istifadə etməyə başladılar. Onlar çəngəllikləri
qırıb dənli bitkilər becərir, hələ bir çox xalqlara məlum olmayan
pambıq, şəkər qamışı, çəltik əkirdilər. Fili ilk dəfə hindlilər
əhliləşdirmişdilər.
E.ə. I minillikdə Hindistanda dövlət yarandı. Dövlət başçısı
racə adlanırdı. E.ə. III əsrdə bütün Hindistan racə Aşokanın (e.ə.
268-231) hakimiyyəti altında birləşdi. Onun ölümündən sonra bu
dövlət dağıldı. Hindistanda bərabərsizlik dində də öz əksini
tapmışdı. Tanrı Brahma dünyanın və insanın yaradıcısı hesab
olunurdu. Hind kahinlərinə brahman deyirdilər. Hind kahinləri
Brahma tərəfindən müəyyən olunmuş qaydaları tərtib etmişdilər.
Guya Brahma insanları kastalara bölmüşdür. Ən yüksək kastaya
brahmanlar daxil idi. Guya allah onları ağzından yaratmışdı.
Onların allah adından danışmağa ixtiyarı vardı. İkinci kastaya
brahmanın əlindən yaradılmış əsilzadələr və döyüşçülər daxil idi.
Üçüncü kastaya brahmanların budlarından yaradılmış kəndlilər,
sənətkarlar, tacirlər daxil idi. Dördüncü kastaya daxil olan
Şudralar (nökərlər) Brahmanın palçıqlı ayaqlarından yaradılmışdı.
İnsan ömrü boyu mənsub olduğu kastada qalırdı. Kastalardan heç
birinə daxil olmayanlara “toxunulmaz adamlar” deyirdilər. Onlar
və onların övladları doğulduğu gündən murdar sayılırdılar. Onlar
natəmiz yerləri təmizləyirdilər.
Qədim hindlilərin dini etiqadları və qanunları Veda adlı
məcmuədə toplanmışdır. İnsanların kastalara bölünməsini
ədalətsiz sayan adamlar da var idi. Buna görə də yeni din olan
budda dini yarandı. Onun banisi şahzadə Siddharta Qautama (e.ə.
566-486) olmuşdur. Budda deyirdi: “Mənim etiqadım sevgi,
yardım və şəfqət yoludur”.
E.ə. I minilliyin ortalarından etibarən Hindistan şəhərləri
yeni inkişaf mərhələsinə qədəm qoydu. Bir çox kəndlər böyüyüb
______________Milli Kitabxana_____________
302
şəhərə çevrildi. Bəziləri dövlət tərəfindən inşa edilirdi. Antik
müəlliflər Hindistanda şəhərlərin çoxluğuna məəttəl qalırdılar.
Onların məlumatına əsaslanıb demək olar ki, Maqadhanın paytaxtı
Pataliputranın (indiki Patnaj) əhalisi bir milyona çatırdı. Şəhər
sahəsi 25-30 km
2
olan ərazidə yerləşirdi.
Təsərrüfatın müxtəlif sahələrində qul əməyindən istifadə
olunurdu. Qulu bildirən "Dasa" sözü məfhum kimi hələ də
işlədilirdi. Qul əməyi və onun bəhrəsi ağanın ixtiyarında idi. Ağa
istəsə qulu alar, satar, girov qoyar, hədiyyə verər, lap öldürə də
bilərdi. İqtisadi və sosial münasibətlər inkişaf etdikcə qulun da
vəziyyəti dəyişilirdi. Bəzən qul məhkəmədə şahid sifəti ilə çıxış
edirdi. O, özü üçün əmlak toplaya bilərdi. Bu dövrdə evdə anadan
olmuş qulların sayı artırdı. Əsirlərin kölə halına salınması və borc
köləliyi davam edirdi. Müflisləşmiş adamlar özlərini, yaxud
övladlarını köləliyə satırdılar. Azad adamları oğurlayıb qul
vəziyyətinə salma hallarına da rast gəlinirdi. Hər bir ailə
qurumunun bir neçə qulu ola bilərdi. Varlı ailələrdə onların sayı
daha çox idi. Dövlətin çöl təsərrüfat işlərində qul əməyindən geniş
istifadə olunurdu.
Müflisləşmiş təbəə iqtisadi müstəqilliyini və vətəndaşlıq
hüququnu itirdiyindən qullar sinfinə daha çox yaxın idi. Quldar
təsərrüfatına ucuz işçi qüvvəsi cəlb olunurdu. Onları karmakara
adlandırırdılar. Karmarkaralar qullar ilə yanaşı hökmdar və fərdi
təsərrüfatlarda işləyirdilər. Onlar əvvəlcədən qoyulmuş şərt
əsasında əmək haqqı alırdılar. Əslində karmarkaralar muzdlu
əmək ilə məşğul olurdular. Qədim Hindistanda azad icma
təbəqələrinin olması mövcud ictimai quruluşun xüsusiyyətlərindən
birini təşkil edirdi. Onlar istehsal vasitələrinə malik olmaqla
təsərrüfatla müstəqil məşğul olurdular. İcmalar dövlətin siyasi
həyatı ilə bağlı deyildilər. Mübahisəli məsələlərin əksəriyyəti
icma yığıncağında həll olunurdu. İcmaların varlığı xüsusi torpaq
mülkiyyətinin, ictimai və əmlak bərabərsizliyinin inkişafına
maneçilik törədirdi. Eyni zamanda varlı şudra təbəqələri
yaranmışdı. Onlar xidmətçi və qul saxlayırdılar. Hətta kşatri və
brahman silki nümayəndələri onların təsərrüfatına xidmətə daxil
olurdular. Şudralardan hökmdar sülalələri də meydana gəlmişdi.
______________Milli Kitabxana_____________
303
Qədim Hindistanda mədəniyyətin müxtəlif sahələri inkişaf
tapmışdı. Ədəbiyyat, incəsənət, xüsusilə memarlıq, təbiət elmləri,
fəlsəfə sahəsində müəyyən nailiyyətlər əldə edilmişdi. Burada
müxtəlif dini ehkamlar və təsəvvürlər mövcud idi. Erkən dövrdə
dini əsatirlər meydana gəlmişdi.
Lap qədim dövrlərdə hind əhalisi arasında günəşə, aya,
çaylara, bitkilərə inam və sitayiş mövcud idi. Hələ hind-İran
birliyi dövründə hindlilərin iranlılar ilə oxşar dini anlayışı vardı.
Oda, suya, əcdadlara, eyni adlı ilahi qüvvələrə inam həm hind,
həm də irandilli etnik birləşmələr üçün səciyyəvi idi. Hindlilərin
erkən dini təsəvvürləri Riqvedada əks olunmuşdur. Riqvedaya
görə qədim hind panteonun başında İndra dururdu. O, baş allah
olmaqla ildırım saçan və fateh hesab edilirdi.
Əfsanəyə görə ilk əvvəldən yer üzündə asura adlanan
vücudlar, iblislər yaşayırmış. Hind əsatirlərində asura şər
qüvvələri təmsil edirdi. İrandilli ənənədə isə onun müqabili olan
ahura xeyirxah allahı təcəssüm edirdi. İran div ehkamının əksinə
olaraq hindlərdəki div xeyirxah əməllərin sahibi idi. Vritra adlı
iblis (asura) şər qüvvələrin başçısı kimi təsvir olunmuşdur. Aditi
xeyir və şər qüvvələri təmsil edirdi. Vritranın silahdaşları Danava
adlanırdı. Aditilər Danava ilə mübarizə aparırlarmış, lakin həmişə
məğlubiyyətə uğrayırmışlar. Belə halda Aditilər İndranı başçı
seçirlər. İndra göyün və yerin oğlu kimi qələmə verilmişdir. Guya
o, anasının böyründən "doğulmuşdu". Anadan olandan sonra İndra
bir müddət gizli yaşamış, sonra soma içkisini dadmış, nəticədə
bədheybət bir nəhəng görkəminə düşmüşdü. Bundan vahiməyə
gələn qoşa göy və yer əks tərəflərə ayrılmış, arada yaranmış fəza
İndranın məskəni olmuşdu. İndra allahların başçısı kimi Vritra ilə
döyüşə girir. İndra iblisi öldürür. Kosmik sular və ilahi analar
guya Vritranın qarnından azadlığa çıxırlar. Hamilə sular günəşi
dünyaya gətirilər. Sonra Sat, yəni varlıq aləmi yaradılır. Bura
allahların və insanların məskəninə çevrilir. Asat, yəni qeyri-varlıq
Satdan təcrid edilir. Asat yerin dərinliyini, o dünyanı təmsil edirdi.
Kosmik sular göydə yerləşdirilir ki, oradan yerə vaxtaşırı rütubət
göndərsinlər. Varuna qanunlara nəzarət edirdi. İndra dünyanı bu
cür yaratdıqdan sonra rəqsə başlayır. Eyni zamanda, erkən dini
______________Milli Kitabxana_____________
304
təsəvvürlərdə od və ev himayədarı Aqni, günəş allahı Surya
müəyyən yer tuturdu. E.ə. I minilliyin sonunda Brahma, Vişna və
Şiva allahlarına ibadət genişləndi. Müxtəlif allahlar Vişnanın əksi
kimi qələmə verildi. Bunlar Krişna, Rama və hətta Budda hesab
olunurdu. Hindistanın bir çox allahlarının məbədləri Vişnanın
müxtəlif təcəssümü kimi qəbul edilir.
Avestada bu içki haoma adlanır və onun güclü təsiri qatlarda
pislənir, sonrakı hissələrdə isə təriflənirdi.
Rama bitki aləmi allahı kimi məlum idi. Onun arvadı Sita
(mənası "şum yeri") məhsuldar torpağı təmsil edirdi. Onların
haqqında müxtəlif məzmunlu əsatirlər yaradılmışdı. Rama və
Sitanın taleyinə iblis Ravana mənfi təsir göstərmişdi. Əsatirin
birində deyilir ki, Ravana Lankada (Seylon) hökmranlıq edirdi.
Brahman onu allah və iblislər tərəfdən məğlubedilməz etmişdi.
Ravana isə müqəddəs kahinlərin qurban ayinlərini yerinə
yetirmələrinə maneçilik törədirdi. Allahlar Brahmaya şikayət
edirlər. Brahma Ravananı məğlub etmək üçün çıxış yolu tapır. O,
Vişnaya məsləhət görür ki, o, Aydoxa hökmdarının oğlu Ramanın
cildinə girsin. Rama gənc ikən gözəl Sitaya evlənmişdi. Atası
Daşaratha onu özünə varis təyin etdi. Lakin hökmdar qadın
hakimiyyətə Brahatanı məsləhət bildi. Rama 14 il müddətinə
sürgünə göndərildi. Sürgündə o, koma tikib Sita ilə dolanırdı. Bir
gün Ravananın iblis bacısı Ramanı gördü və ona məhəbbətini
bildirdi. Rama onu rədd etdi. Bunu eşidən Ravana Ramaya qarşı
çoxlu iblis göndərdi, lakin onlar məğlub oldular. Ravana hiylə
işlədib Sitanı qaçırdı. Rama çox macəralardan sonra Lankaya
gəldi, Ravananı öldürdü və Sitanı azad etdi, lakin onu yaxına
buraxmadı. Sita pak olduğuna and içdi, Rama ona inanmadı.
Sitanın göstərişi ilə tonqal qaladılar. O, paklığını sübut etmək
üçün yanan tonqala girdi, lakin allah Brahma alovu Sitanadan
uzaqlaşdırdı. Sita tonqaldan salamat çıxdı. Od allahı Aqni onu
Ramaya qaytardı. Rama Sita ilə birlikdə Aydoxaya qayıdır,
atasının taxt-tacına sahib olur və on min il hökmranlıq edir.
Bundan sonra Rama Vişna görkəminə qayıdır. Hindistanda bir çox
məbədlər Ramaya həsr olunmuşdur.
Qədim hind allahı Krişna həmçinin Vişnanın təcəssümü
______________Milli Kitabxana_____________
305
kimi təzahür etmişdi. Onun haqqında xeyli əfsanə yaradılmışdı.
Krişnanın uşaqlıq və gənclik illəri əfsanələrdə öz əksini tapmışdı.
Uşaq ikən o, meşəyə gedib çobanlıq edirmiş. Onun tütəyinin səsi
naxır otaran oğlan və qızları valeh edirmiş, hətta inəklər bundan
zövq alırmışlar. Bir gün Krişna çayda çimən naxırçı qızların pal-
paltarlarını oğurlayıb ağacın başında gizlənir. Qızlar ona çox
yalvarırlar. Krişna paltarı bir şərtlə qaytarır ki, qızlar onunla rəqs
etsinlər. Krişna qızlar ilə rəqs edir, sonra yoxa çıxır. Bir xeyli
keçmiş o, qayıdır, nigaran qalmış qızları sevindirir. Krişna öz
simasını, yaxud görkəmini çoxaldır. Qızların hər birinə elə gəlir
ki, Krişna onunla oynayır. Krişnanın hamıdan çox xoşuna Radha
gəlirdi. Guya Radha Vişnanın arvadı Lakşminin ifadəsi imiş.
Krişna isə ancaq Radha ilə öz görkəmində oynayırdı. Krişna ilə
Radhanın məhəbbətinə dair xeyli incəsənət əsəri yaradılmış, ona
mahnılar qoşulmuşdur. Krişna əfsanələrdə məhəbbət vurğunu və
özünə qarşı sevgi, məhəbbət yaradan allah təcəssümü kimi təsvir
edilmişdir. Krişnanın eyni zamanda, çoxlu düşməni varmış. O,
hamını valeh edən cazibədarlıq ilə yanaşı qeyri-təbii qüvvəyə
malik imiş.
Əfsanələrin birində deyilir ki, Uqarsen adlı hökmdarın
arvadını iblis yoldan çıxarıbmış. İblis Uqarsenin görkəminə
giribmiş və bunu da arvadı bilmirmiş. O, Kansanı doğmuş, Kansa
isə hakimiyyəti zəbt edibmiş. O, camaata böyük əzab-əziyyət
verirmiş, yer üzünü onun zülmü bürüyürmüş. Buna dözməyən Yer
kürəsi inək görkəmində kömək üçün İndraya müraciət edir. İndra
əlac tapmaq üçün allahların yanına gedir və nəhayət, Vişna
Krişnanın görkəminə düşür. Krişna Kansanı öldürməli idi. Lakin
Kansanın taleyini yozub deyirlər ki, onu ancaq bacısı oğlu öldürə
bilər. Belə halda Kansa göstəriş verir ki, bacısı Devakanı
öldürsünlər. Lakin bacısı əri Kansanı bu qərarından çəkindirir və
anadan olan körpələri ona verəcəyini vəd edir. Beləliklə, Kansa
altı körpəni öldürür, lakin yeddi və səkkizincidən xəbəri olmur.
Bunlardan biri Krişna, digəri onun qardaşı Balarama imiş.
Qardaşlar möcüzə ilə Devakanın bədəninə yeridilirlər və bununla
Kansanın caynağından xilas olurlar. Kansa Krişnanın üstünə
cürbəcür vücudlar göndərir. İblisə Puntana bədəninə zəhər sürtüb,
______________Milli Kitabxana_____________
306
təmtəraqlı geyimdə körpə Krişna olan evə gəlir. O, südünü
körpəyə əmizdirir ki, uşaq zəhərlənib ölsün. Lakin körpə Krişna
iblisənin bütün həyatını əmir və o qədər böyüyür ki, ilanın qarnı
partlayır. Bir çox macəralardan sonra Krişna Kansaya qalib gəlir
və onu öldürür. Uqarsen yenidən öz taxt-tacına sahib olur.
Krişna obrazı Mahabharata dastanında da verilmişdi. Burada
o, cəsur döyüşçü kimi təsvir olunur. Döyüş zamanı o həm hiyləyə
əl atır, həm də hərbi bacarıq və qabiliyyət nümayiş etdirir. O,
Pandavlar tərəfindən Kaurav qardaşlarına qarşı çıxış edirdi.
Krişna deyirmiş ki, xeyir naminə ədalətli döyüşdə əl
titrəməməlidir. O, həyatın mənasını allahı dərk etməkdə görür və
özünü allah kimi qələmə verirdi. Allahı dərketmə üsullarından biri
ona sadiq məhəbbət bəsləməkdən ibarət imiş. İnsanın sevən ürəyi
olmalıdır.
O, öz ürəyi vasitəsilə biliyə sahib olmağa, çətinlikləri keçib
allahı dərk etməyə qabildir. Allaha məhəbbət göstərən və onu dərk
edənlərə həyatda xüsusi imtiyazlar bəxş edilir. Krişna deyirdi:
"Mən bütün canlılara eyni cür baxıram. Mənim üçün nə qərəzkar
var, nə də istəkli. Lakin kim ki, mənə sədaqət və məhəbbətlə
sitayiş edir, o mənim daxilimdədir, mən də onların".
Qədim hind əsatirlərində allah Şiva və onun arvadı Parvati
müəyyən yer tuturdu. Şiva Himalay dağlarında məskən salıbmış.
O, Brahma allahını cəzalandırıbmış, çünki o, qan-qarışıq nikahına
yol veribmiş. Şiva rəqs hökmdarı kimi də qələmə verilirdi. O rəqs
"edəndə dördəlli təsvir olunur. Onun rəqsi dünyanın
yaradılmasını, inkişafını və məhv olmasını əks edirmiş. Dünyanın
sonunda Şiva hər şeyi udan bədheybət Alov yaradıbmış. Alov
varlığı məhv etmiş və Şivanın iradəsi ilə dünyanı yenidən
yaradıbmış. Şivaya öküz Nanda xidmət edirmiş. Şiva və arvadı
Parvati köçəri həyat sürürmüşlər, bədbəxt adamlara və yoxsullara
köməyə gəlirmişlər. Şiva üçün çətənədən məstedici içki
hazırlayarmışlar. Bəlkə də bu "saoma" içkisi imiş. Şivanın arvadı
Parvati əfsanələrdə ilahə ana kimi təsvir edilmişdir. Böyük ilahə
ana qeyri-ari tayfalarına mənsub olmuş, sonralar hind dini
tərəfindən mənimsənilmişdi.
Qədim hind panteonunda yüzlərlə allah cəmləşdirilmişdi.
______________Milli Kitabxana_____________
307
Onlara da insan əməlləri və güzəranı xas idi. Qədim allahların
ailəsi vardı, onlar yeyib içərdilər, saraylarda yaşayardılar,
döyüşlərdə iştirak edərdilər. Həm qəzəblənər, həm sevib-sevilər,
həm də ölüm-itimlə rastlaşardılar. İnsanlar allahları və onların
yaşayışını öz həyat tərzinə oxşar yaradırmışlar. Qədim hindlilərə
görə, kainat yer kürəsindən, fəzadan və səmadan ibarət idi.
Allahlar müvafiq surətdə kainatın bu və ya digər sahəsində
yaşayırdılar. Mitra, Varuna, Aditya, Surya, Vişna və b. səma
allahları hesab olunurdular. Fəzada İndra, Maruta, yerdə Aqni,
Soma və b. ağalıq edirdilər.
Qədim hindlilər axirət dünyasına inanırdılar. Ölülər allahı
Yama mərhumları o dünyada qəbul edər, sağlıqlarındakı
əməllərinə görə onların canını (ruhunu) cənnətə, ya da cəhənnəmə
göndərərdi. Tədricən axirət dünyası anlayışı da dəyişikliyə
uğramışdı. Belə təsəvvür yaranmışdı ki, guya insan öləndən sonra
məhv olmur, başqa bir görkəmdə yenidən yaranır. Bu təlimə görə,
insanlar öz əməllərinə uyğun yenidən varlı ya yoxsul, quldur ya
üçün daxili müvazinəti itirməməli, düz danışmalı, yalan və
böhtandan imtina etməli, düzgün əməl sahibi olmalıdır.
Budda təliminə görə, hər bir dindar bu yüksək məqsədə,
yəni əzab-əziyyətdən xilas olma yoluna qədəm qoymalı idi. O,
ancaq şəxsi səyi nəticəsində xilas olmaya çata bilərdi. Buna görə
o, nirvanaya nail olmalı idi. Nirvana həyatın eyş-işrətindən azad
olmuş insan ruhunun vəziyyətini bildirirdi. Nirvanaya çatmış
adam bir daha törəmirdi, ancaq onun ruhu başqa şəxsiyyətə keçə
bilərdi. Nirvana heç də insanı bu dünyada xoşbəxt etmirdi, əksinə
o bu dünyada insanı hər bir arzu, istək, həvəs və ehtirasdan "xilas"
edirdi. Nirvanaya çatmaq üçün hər bir kəs ailədən, mülkiyyətdən,
varnalara mənsubiyyətdən əl çəkməli və dindarlar icmasına daxil
olmalı idi.
Buddizm silki fərqləri rədd edirdi. İctimai və silki
mövqeyindən asılı olmayaraq hər bir kəs nirvanaya can ata, Budda
dininin ardıcılı ola bilərdi. Eyni zamanda, buddizm mərasim
keçirmə, qurban kəsmə, dua oxuma dini ayinlərindən imtina
etmişdi. Buddizm allahların varlığını qəbul edirdi, lakin onların da
dəyişməyə məruz qaldıqlarını bildirirdi. Onlar da nirvanaya nail
______________Milli Kitabxana_____________
308
olmalı idilər. Budda nirvanaya birinci çatdığı üçün allahlardan
üstün sayılırdı. Buna baxmayaraq Budda ardıcılları belə arzuların
yerinə yetirilməsi üçün qədim allahlara müraciət edirdilər. Qədim
allahların özləri də, guya Buddaya sitayiş edirlərmiş.
Buddizm brahmanizmdən fərqli olaraq adamları eyni
hüquqlu sanır, lakin ictimai münasibətlərin dəyişdirilməsinə
çağırmırdı. Buddizmə görə, bütün insanlar əzab-əziyyət içində
yaşayırlar, buna uyğun olaraq onlar bərabər hesab edilirdilər.
Əslində insanların bərabər olması və azadlığa çıxması (xilas
olmağa can atması) dini ehkamlara tabe edilmişdi. Bu, adamların
mənəvi aləminə təsir göstərir və buddizmi cazibədar edirdi.
Əslində buddizm mövcud olan vəziyyətlə barışmağı, mövcud
sosial münasibətlərlə qane olmağı təbliğ edirdi. Buddizm
Hindistanın özündə əsas dinə çevrilmədi, Hindistandan kənarda
daha geniş yayıldı.
Mədəniyyətin digər sahələri. Erkən dövr Hindistan
ədəbiyyatı barədə məlumat qalmamışdır. O zaman şifahi xalq
yaradıcılığı üstünlük təşkil edirdi. Bu dövrdə yaranmış dastanlar
sonralar yazıya köçürülmüşdü. Bunlardan biri Mahabharata
dastanıdır. Dastanda Brahtanın nəslinə mənsub olan yaxın
qohumlar hakimiyyət uğrunda mübarizə aparırlar. Bu qohumlar
əmiuşağı imişlər. Mübarizə vuruşan qohumların hamısının həlak
olması ilə nəticələnir. Digər dastan "Ramayana" adlanır. Burada
şahzadə Ramanın macəraları və nəhayət, hakimiyyətə sahib
olması barədə danışılır. Hadisələr ilə yanaşı bu dastanlarda qədim
əsatirlər, ibrətamiz və fəlsəfi mühakimələr, dini rəvayətlər əks
olunmuşdur. Bunlar eramızın əvvəlinə kimi şifahi icra olunurdu.
Hər iki dastan yazıya elə həmin vaxtlar köçürülmüşdür. İlk
zamanlar vedlər də yazıya köçürülməmişdi. Onlar da şifahi ifa
olunurdu.
Piktoqrafiyadan başqa digər qədim hind yazı növləri aşkar
edilməmişdir. Lakin e.ə. IV əsrə kimi Hindistanda yazının olması
ehtimal edilir. Qədim hind alimləri Panini (e.ə. V-IV əsrlər),
Katyayana və Patancali (e.ə. II əsr) sanskrit dilinin
qrammatikasını yazmışdılar. Vedlər də sanskrit dilində tərtib
olunmuşdu. E.ə. III əsrdə Aşokanın göstəriş və qanunları artıq
______________Milli Kitabxana_____________
309
yazıda əks olunmuşdu. Brahmi yazı növündən istifadə edirdilər.
Hindistanda arami və yunan yazı sistemi də tətbiq olunurdu.
Qədim Hindistanda səhnə tamaşası qoyulurdu. Daimi
tamaşa göstərən dəstələrdə ixtisaslı xanəndələr, musiqiçilər,
aktyor və rəqqaslar iştirak edirdilər. Qədim hind memarlıq
abidələri cərgəsinə qülləli tikintilər, mağara məbədləri daxildir.
Qədim hind incəsənətinə Haxamaniş və yunan mədəniyyətin təsir
göstərmişdi. Riyaziyyat və astronomiya sahəsində nailiyyətlər
barədə erkən məlumat qalmamışdır. Nisbətən son vaxtların
məlumatları göstərir ki, qədim hindlilər Pifaqorun adını daşıyan
teoremi bilirdilər. "Sıfır" rəqəmi ilk dəfə Hindistanda işlədilmişdi.
Onluq say sistemi mövcud idi. "Ərəb rəqəmləri" qədim
Hindistanda məlum idi. Bu rəqəmləri ərəblər hindlilərdən
mənimsəmiş, Şərqdə və Avropada yaymışdılar. Riyaziyyat
sahəsində dördbucaq və kub kökləri çıxara bilirdilər, dördbucaq
müstəvini hesablayırdılar. Yer kürəsini şar şəklində təsəvvür
edirdilər. Qədim hindlilər şəmsi təqvimi yaratmışdılar, lakin aylar
qəməri təqviminə uyğunlaşdırılmışdı. 12 qəməri ayı belə halda
354 günə bərabər olurdu. Qəməri ili şəmsi ilə uyğunlaşdırmaq
üçün əlavə aydan istifadə edirdilər. Fəlsəfə sahəsində materialist
müddəalar irəli sürülürdü. Biliyin yeganə mənbəyi təcrübə hesab
olunurdu. Ruhun yerdəyişməsi, yenidən törəməsi inkar edilirdi.
Ruh bədənin bir hissəsi kimi qəbul edilirdi. Hind mədəniyyətinin
özünəməxsus inkişaf yolu ölkəni qədim dünyanın mədəniyyət
mərkəzlərindən biri səviyyəsinə qaldırmışdı. Hindistan
mədəniyyəti Şərqi Asiya və dünya ölkələrinə böyük təsir
göstərmişdi.
Qədim hindlilər “Mahabharata” və “Ramayana” dastanlarını
yaratmışlar. Onlar Finikiya əlifbası ilə tanış idilər. Onlar özləri
üçün əlifba tərtib etmişdilər. Rəqəmləri ilk dəfə hindlilər
yaratmışlar. Ərəblər bu rəqəmləri qəbul etmiş, avropalılar da
həmin rəqəmləri ərəblərdən götürmüşlər. Onlar bu rəqəmləri ərəb
rəqəmləri adlandırmışlar. Hindistan şahmat oyununun vətənidir.
Padşah Aşoka dövründə Hindistanda abidələr əsasən möhtəşəm
sütunlardan ibarət idi. Daş sütunların yuxarısında möhtəşəm
heyvan, insan heykəlləri qoyulurdu. Aşoka dövründə möhtəşəm
______________Milli Kitabxana_____________
310
sütun üzərində 4 şir heykəli qoyulmuşdu. Onların hər biri müxtəlif
tərəfə baxır. Bu təsvir indi Hindistan Respublikasının gerbidir.
Hindistanda isə vəziyyət başqadır. Bu ölkəyə gələn ilk
avropalılar yerli sakinlərin öz keçmişlərini əla bildiklərinin şahidi
olmuşlar. Sakinlər onlara izah edirdilər ki, mövcud ənənələr min
illərlə heç bir ciddi dəyişikliyə məruz qalmamışdır. Hər bir sıravi
hindliyə bu gün də məlum olan əfsanə və miflərdə adları çəkilən
rəhbər və qəhrəmanlar min il bundan qabaqkı hindliyə necə
məlum idisə, eləcə də öz varlığını saxlamışdır. Hazırda gündəlik
ibadətlə məşğul olan Brəhmən 3 min il əvvəl yaradılmış himnləri
yenidən təkrar etməkdə davam edir. Faktiki olaraq Hindistan
dünyada ən qədim mədəni ənənələrlə zəngin olan bir ölkə kimi
məlumdur. XVIII əsrin ikinci yarısına kimi avropalılar
Hindistanın keçmişini o qədər də ciddi şəkildə öyrənməyə
çalışmırdılar. Onun qədim tarixi isə yunan və Roma müəlliflərinin
əsərlərində adda-budda qalmış fraqmentlərdən məlum idi. Ölkəyə
gəlib çıxmış bir sıra fərasətli missionerlər isə Hindistanın həmin
dövrdəki həyatı ilə dərindən tanış olmuş, xalq dillərini dərindən
öyrənmişdilər. Lakin bütün bunlara baxmayaraq, içərisində
yaşadıqları xalqın əsil tarixi keçmişini və mədəniyyətini başa
düşmək istəmirdilər. Onlar bu mədəniyyəti qədim hesab etsələr
də, onları dərindən öyrənməyə cəhd etmirdilər. Hindistanın qədim
tarixinə dair həmin missionerlərin tədqiqatları əsaslandırılmamış
uydurmalarla zəngindir. Çünki onlar hindliləri Nuhun nəsli ilə və
qeyb olmuş Bibliya çarlıqları ilə əlaqələndirirdilər. Bu isə, sözün
həqiqi mənasında, uydurmadan başqa bir şey deyildir. Bunu
müəyyən mənada Hind mədəniyyətinə də aid etmək olar. Lakin
sonralar haqq öz yerini tutmağa başladı. Dünyanın görkəmli
tədqiqatçıları Hindistanın tarixi, mədəniyyəti və mifologiyası
haqqında obyektiv fikirlər söyləmişlər. Bəzi müəlliflər
Hindistanda yaranmış mədəni sistemi üç əsas tipə bölmüşdür.
Həmin müəlliflərdən Braunun fikrincə, birinci tip mədəni sistem
induist mədəniyyətin təsirinə məruz qalmayan, hələ indiyə qədər
öz yazısı olmayan qəbilə, tayfa mədəniyyətidir. Bu, induist
mədəniyyəti ilə mifologiyanın ünsiyyətin ilkin mərhələsində
durur. Onlar özlərinin xüsusi yerli allahlarına etiqad edirlər,
______________Milli Kitabxana_____________
311
hinduizmin böyük allahlarının mövcudluğu haqqında heç bir
təsəvvürə malik deyillər. Elə buna görə də onların həmin
allahlarla bağlı miflərlə də tanışlığı yoxdur. Həmin qəbilə və
tayfaların mədəniyyəti və dini konsepsiyaları haqqında
məlumatlar yeni dövrdə etnoqraflar, folklorçular, missionerlər,
məmurlar, məktəb müəllimləri və başqalarının topladıqları
faktlara əsaslanır. «Qəbilə-tayfa» mədəniyyətini çox çətinliklə
sistemləşdirmək mümkündür. Onlar fraqmentar xarakter
daşıdığından tədqiqatçılara onları qruplaşdırmaq olduqca çətindir.
Əgər bu mədəniyyət klassik Hind mifologiyası ilə bəzi əlaqəsini
göstərsə də, əksər hallarda müstəqilliyini nümayiş etdirir.
Hind mədəniyyət sisteminin ikinci tipi konkret
şəxsiyyətlərin əsasını qoyduğu etiqad təlimləri ilə qırılmaz əlaqəsi
olan mifləri əhatə edir. O kateqoriyalara buddizm və çaynizm
daxildir. Buddizm mifologiyasında mərkəzi yeri Buddanın tarixi
şəxsiyyəti tutur. Budda (sanskritdə hərfən-həqiqətlə nurlanmış,
ağıllı) buddizmdə mütləq kamilliyə çatmış və başqalarına nicat
yolunu göstərməyə qadir olan şəxsdir. Bu qədim dinin banisi
əfsanəyə görə, e.ə. VII-VI və ya VI-V əsrlərdə Qanq vadisinin
mərkəzi hissəsində yaşamış Sidihartha Qautama Şəkya Munidir.
Buddanın həyatı və moizəçilik fəaliyyəti haqqında natamam
məlumatlar buddizmin kanonik ədəbiyyatında verilmişdir.
Qautama Şəkya-Muninin həyatının daha müfəssəl təsvirləri bizim
eranın II-III əsrlərində tərtib edilmişdir. Mövcud təsvirlərdə
ehtimal ki, buddist vaizlərinin həyatından götürülmüş əfsanələr,
dini miflər və hadisələr sıx surətdə çulğalanmışdır. Buddanı-
Qautamanı bəzən “Asiyanın işığı” hesab edirlər.
Çaynizm e.ə. VI əsrdə Hindistanda buddizmlə bir vaxtda
Kasta, Silk quruluşunu təsvir etmiş Brəhmənizmə müxalif olaraq
meydana gəlmiş dindir. Çaynizm qədim Hind cəmiyyətinin
mütərəqqi təbəqələrinin mənafeyini ifadə edirdi. Çaynizmin
davamçıları 24 peyğəmbərə sitayiş edirlər. Bunlardan da
sonuncusu guya çaynizmin əfsanəvi banisi, Cina (sanskritcə qalib)
təxəllüsü olan Mahavira Vardharana olmuşdur. Cina və onun
ardıcılları haqqında əhvalatlar kanonik çaynist dini ədəbiyyatını
(Sitddhanta) təşkil etmişdir. Çaynizmə görə, Cina 5 həqiqəti təbliğ
______________Milli Kitabxana_____________
312
etmişdir: adam öldürmə, yalan danışma, oğurluq etmə, dünyəvi
şeylərə bağlanma, bakirəliyini saxla (rahiblər üçün). Çaynizm
Brəhmənizmin bir sıra ünsürlərini-ruhların şəkildən şəklə
düşməsinə etiqadı, karma haqqında, peyğəmbərlərin vaxtaşırı
zühur etmələri haqqında təlimi saxlamışdır. Çaynizm, habelə
buddizm Brəhmənizmin kasta quruluşunu və ayinlərini,
iztirablardan fərdi şəkildə xilas olunması haqqında təlimi, Vedin
müqəddəsliyini inkar edirdilər. Çaynizm ayinlərində allah kimi
Cinaya, həmçinin onun şagirdlərinə sitayiş edilməsi, müqəddəs
mətnlərin oxunması, camaat qarşısında tövbə etmək daxildir.
Bütövlükdə Çaynizm mifologiyası o qədər dəqiq formalaşmışdır
ki, orta əsrdə yaşayan rahib Hema Çandra (1089-1173) onu böyük
bir kitabda ümumiləşdirə bilmişdir. Onun əsəri «Trişaş-
tişalakapuruşaçarita» və yaxud «altmış üç görkəmli insanın
həyatının təsviri» adlanır.
Nisbətən vahid şəklə salınmış, dəqiq formalaşdırılmış
buddist və çaynist mifologiyalarının əksi olaraq Hind mədəniyyət
sisteminin üçüncü tipi hinduizm mədəniyyəti hesab olunur.
Hinduizm dinə nisbətən daha geniş anlayışdır. O, özünün tam
məzmunu ilə həyat tərzi olub, adət və ənənələri, etiqadı, əxlaq,
davranış normalarını, müxtəlif xalqlarda tarixən ən qədim
dövrlərdən formalaşmış ictimai institutları özünə daxil edir.
Hinduizm e.ə. VI-IV əsrlərdə buddizmin və çaynizmin
yayılmasına cavab olaraq meydana gəlmişdir. Hinduizm
Hindistanda quldarlıq münasibətlərinin cəmiyyətin kastalar üzrə
bölgüsünü təsdiq etmiş feodal münasibətləri ilə əvəz olunması
dövründə (IV-VI əsrlərdə) möhkəmlənmişdir. Hinduizm yekcins
din deyildir, onda vahid ehkamçılıq və ayinçilik, mütəşəkkil
məbəd sistemi yoxdur.
Brəhmənizm ünsürlərindən başqa hinduizmə ved və yerli
dinlərin ünsürləri, ibtidai dini etiqadlar: suya (məsələn, Qanq
çayına), heyvanlara (ilanlara, meymunlara, fillərə, inəyə) sitayiş,
əcdadlar ayini daxildir. Eyni zamanda hinduizm bütlərə sitayiş
ünsürlərinə malik olan dindir. Bütün hinduizm cərəyanları üçün
ümumi cəhət Vedin müqəddəs kitablar kimi qəbul edilməsi,
sansara haqqında, öləndən sonra Karma qanunlarına uyğun olaraq
______________Milli Kitabxana_____________
313
müxtəlif varlıqlarda yenidən canlanmış ruhun sərgüzəştləri
haqqında təlimdir. Bu qanun kasta qaydalarına və ya dharmaya
əməl edilməsi və ya edilməməyi ilə müəyyən edilir. Hinduizmdə
insanların allah qarşısında bərabərsizliyi, kasta bölgüsünün
ilahiliyi haqqında təlim mühüm yer tutur. Hinduizmin dini-fəlsəfi
təsəvvürləri üçün təbiətə qarşı duran atman haqqında, allahın
zühur etdiyi insan ruhu haqqında və brəhmən (dünya ruhu)
haqqında, mənəvi mahiyyətlər haqqında təlim olduqca
səciyyəvidir. Hinduizmə görə, insan həyatının məqsədini (buddist
nirvanasından fərqli olaraq) atmanın təbiətdən azad olması və
brəhmənlə birləşməsi təşkil edir. Buna da dharmanın yerinə
yetirilməsi vasitəsilə nail olunur. Bundan başqa başlıca allah
yaratma (Brəhmə), hifz etmə (Vişna), məhv etmə (Şiva)
xassələrini özündə təcəssüm etdirən, üç sifətə malik vahid allah
mövcuddur. Brəhməyə faktiki olaraq sitayiş etmirlər. Vişnuya və
Şivaya (bunlarla bir sırada digər allahlara) sitayiş edirlər. Pərəstiş
obyektindən asılı olaraq bu dində iki əsas və olduqca mühüm
hesab olunan cərəyan: vişnuizm və buddizm bir-birindən
fərqlənir. Məlum olduğu kimi, hinduizmin bir cərəyanı olan
Vişnuizmdə avatarlar haqqında Vişnanın allahlarda, insanda və ya
heyvanlarda vaxtaşırı təcəssüm etməsi haqqında təsəvvür ön
sırada durur. Məsələn, Budda Vişnanın avatarası hesab olunur.
Bütün bunlar isə hinduizmin universallığını, yəni digər dini
etiqadlara, xüsusilə buddizmə uyğunlaşa bilməsi imkanını sübut
edir. Hinduizm bir din kimi bütün etiqad növlərinin, o cümlədən
primitiv animizm etiqadlarından tutmuş, incə fəlsəfi buddizmə
qədər hamısının mövcudluğunu qəbul edir. Teoloji baxımdan
hinduizm vahid din olmayıb müxtəlif dinlərdən təşkil olunmuş
kimi özünü göstərir.
Şərt olaraq üç tipə ayrılan Hind mədəniyyət sistemində Hind
mifologiyası olduqca zəngin və mürəkkəbdir. Hind mədəniyyəti
qədim Hindistanda mövcud olan bir sıra mifoloji sistemlərin (o
cümlədən, miflərin və orada iştirak edən personajların
məcmusudur. Dini-mifoloji təsəvvürlərin mənşəyi ən qədim,
ibtidai dövrlərə gedib çıxır. Qəbilə-tayfa mifologiyası həmin
sıradandır. Bunlar çox vaxt yerli əhalinin adı ilə dravid
______________Milli Kitabxana_____________
314
mifologiyası da adlanır. Bəzən «protodravid» sivilizasiyasını da
oraya daxil edirlər. Mohenco-Daro və Harappa arxeoloji
qazıntıları ən qədim dövr mədəniyyəti haqqında ətraflı məlumat
verir. Keçən əsrin 20-ci illərində aparılan arxeoloji qazıntılar
yüksək mədəniyyət mərkəzlərini aşkar etmişdir. Harappa
mədəniyyəti dövrünün adamlarının dini-mifoloji təsəvvürləri
protohind mifologiyasını təşkil edir. Qeyri-hind, qeyri-ari xalqları,
tayfa və qəbilələrinin yaratdığı bu mifologiya sistemi ilə yanaşı,
Hind mifologiyasının ünsürlərini vedlərin mifologiyası, hinduizm
mifologiyası, buddizm mifologiyası, çaynizm mifologiyası və s.
təşkil edir. Məlum olduğu kimi, brəhmənizm qədim hindlilərin
quldarlıq cəmiyyətinin təşəkkülü dövründə vedizm dininin daha
da inkişaf etdirilməsindən ibarət olan dindir. Vedlər və bunların
e.ə. VIII-VI əsrlərdə tərtib olunmuş geniş şərhləri («brəhmənlər»,
«aranyakilər» və «upanişadlar») daxildir. Brəhmənizm ciddi kasta
bölgüsü üzrə dini cəhətdən əsaslandırılmış brəhmənlərin varnasını
(silkini) təşkil edən peşəkar kahinlərin imtiyazlı vəziyyətlərini
təqdis etmişdir. 4 varnadan onların (brəhmənlər, kşatrilər,
vayşilər, şudralar) hər biri üçün xüsusi davranış qaydaları,
hüquqlar, vətəndaşlıq və dini vəzifələr (dharma) müəyyən
edilmişdi.
Dörd kastaya (varnaya) bölünmə Qədim Hindistan
cəmiyyətinin səciyyəvi cəhətidir. Bu kastalar 1) brəhmənlər
(ağlar) - yəni əqli əməklə məşğul olan kahinlər; 2) kşatrilər
(qırmızılar) - hərbçilər; 3) vayşilər (sarılar) - əkinçi, sənətkar və
ticarətlə məşğul olanlar; 4) şudralar (qaralar) - ən aşağı, ağır işləri
icra edənlər, nökərlər. Ari irqinə mənsub olan birinci üç kastada
mənəviyyat brəhmənlərə, əməli (faktiki) hakimiyyət kşatrilərə
məxsus idi, vayşilər əməkçi xalq kütlələri, maddi nemətləri
yaradanlar, şudralar isə qullar, nökərlər, ən ağır əməklə məşğul
olanlar idi.
Qədim Hindistanda yaranan primitiv fəlsəfi baxışlarda,
sonralar isə fəlsəfi sistem və məktəblərdə göstərilən ictimai
bölgülərdəki mühüm və kastaların ictimai-siyasi mövqelərində
müqayisəli nöqteyi-nəzər öz fəlsəfi təcəssümünü tapa bilmişdir.
Həmin kasta sistemi eyni zamanda bütün dinlərdə də bu və ya
______________Milli Kitabxana_____________
315
digər dərəcədə əksini tapsa da, brəhmənizmdə daha geniş şəkildə
əks olunmuşdur.
Bu din öyrədirdi ki, vedizm dini allahları ilə yanaşı ən ali
mütləq olan yaradıcı Brəhmən allahı mövcuddur. Onun
hissələrindən ibarət olan bütün canlı varlıqların ölməz ruhları
onunla qovuşmağa can atmalıdır. Bu məqsədə çatmaq üçün ruhun
köçürülməsinin sonsuz sırası durur. Bu ruh da bitkilərdən və
heyvanlardan tutmuş brəhmənlərə, padşahlara və hətta səma
sakinlərinə qədər müxtəlif formalarda zühur edə bilər. Ruhun hər
bir yeni doğulmasının forması insanın özündən, onun sağlığındakı
əməllərindən (karma qanunu), onun möminliyinin dərəcəsindən
asılıdır. Brəhmənlərə sözsüz tabeçilik, hakimiyyətin
ilahiləşdirilməsi, öz varnasının drahmasını yerinə yetirmək, bu
varna tərəfindən müəyyən edilmiş ayinlərə əməl edilməsi
brəhmənizmə görə, ən mühüm fəzilətlər, xeyirxahlıqlar hesab
olunurdu. Bu göstərişlərin yerinə yetirilməsi guya ruhun yeni,
daha yaxşı köçürülməsinə səbəb olur, dharmanın tələblərinin
pozulması isə yeni bədbəxt hadisələrə, pozulmalara gətirib
çıxarmışdır. Brəhmənlərin təlimi onların müqəddəs varlıqlar
sifətində qəbul edilərək hakim təbəqə mövqeyini qoruyub
saxlamağa xidmət etmişdir. Bütövlükdə isə hinduizm mifologiyası
brəhmənizm mifologiyasından bəhrələnmişdir. Brəhmənizm isə
özlüyündə Vedlərdən qidalanmışdır. Vedlər dini, yaxud Vedizm
Hindistan əhalisinin xeyli hissəsinin e.ə. II-I minilliyin
əvvəllərində təşəkkül tapmış və müqəddəs mətnlər külliyyatları
olan Vedlərdə (hərfi - bilik) yazılı şəkildə tərtib olunmuş dini
etiqad və ayinlərdir. Vedlər ən qədim himnlərdən, dualardan,
qurbanlıq qaydalarından və cadularından ibarət olan 4
külliyyatdan (samhidlərdən) - Riqveda, Yacurveda, Samaveda və
Atharvavedadan ibarətdir. Vedizm dininin allahları ilk vaxtlar
təbiət qüvvələrinin və hadisələrinin antropomorf şəkildə
canlandırılmasından ibarətdir. Aqni - od allahı, İndra - atmosfer,
yağış və tufan allahı, Surya - Günəş allahı, Dyaus (Varuna) - göy
allahı, Soma - Ay və məstedici içki allahı, Vritra - quraqlıq allahı
və s. İbtidai cəmiyyətin dağılması, sinfi cəmiyyətə keçid,
dövlətlərin meydana gəlməsi ilə adları çəkilən allahların da
______________Milli Kitabxana_____________
316
funksiyaları mürəkkəbləşir. İndra müharibə allahına, allahların
padşahına və Yer allahının hamisinə, Varuna allah hakiminə
çevrilir və s. Ayinin əsası qurbanvermə mərasimlərindən ibarət
idi. Bununla da təsəvvür edilirdi ki, qurbanvermə yer üzərindəki
həyatda insanlara allahın köməyini, ölənlərin ruhlarının isə səma
səltənətində (cənnətdə) dirilməsini təmin edir. Qurban verilməsinə
əvvəllər tayfaların, icmaların, ailələrin başçıları, sonralar isə
peşəkar kahinlər-brəhmənlər rəhbərlik edirdilər.
Hind mifologiyasının üç əsas sistemində mifoloji
personajların hər biri özünün müstəqilliyi və böyük fərqləri ilə bir-
birindən seçilir. Vedizm mifologiyası Şimal-Qərbi Hindistanda ari
tayfaları arasında e. I-ı minilliklərdə formalaşmışdır. Vedizm
mifologiyasının əsas cəhəti çoxallahlılıq-politeizmdir. Hinduizm
mifologiyası sonralar, ari tayfalarının kütləvi surətdə Cənub və
Şərqə doğru hərəkət etməsi şəraitində formalaşmışdır. Onlar yerli
mədəniyyətlərə əhəmiyyətli təsir göstərməklə yanaşı, həmin
mədəniyyətlərdən çox şeyi mənimsəmişdilər. Vedizm
mifologiyasının davamçısı və transformasiyası olan hinduizm
mifologiyası kedlərin ali bilik mənbəyi nüfuzu qəbul etmişdilər.
Lakin bununla yanaşı onlar monoteist təsəvvürlərə doğru böyük
təkamülə uğramışdılar. Bunlar isə bütün varlığın ilk yaradıcısı
ideyasının aktuallaşdırılmasında, qaydaya salınmış ilahi üçlüyün
yaradılmasında, universallıq iddiasında olan böyük dinlərə xas
cizgilərin işlənib hazırlanmasında özünü göstərirdi. Vedizm
mifologiyası sadəcə olaraq hinduizm mifologiyasına
transformasiya edilməmişdir. O, müəyyən dərəcədə hinduizm
mifologiyası ilə yanaşı mövcud olmuş, bir sıra mərasimlərdə öz
mövqeyini saxlamışdır. Müqəddəs hesab edilən «Riqedada»,
«Yacurveda» və s. mətnlərindən isə özünü müdafiə kimi istifadə
etmişdir. Qədim Vedizm və hinduizm mifologiyasının bir çox
cəhətləri Şimalda deyil, dravid Cənubda daha yaxşı
saxlanılmışdır.
Ortodoksal, brəhməniləşdirilmiş vedizm və hinduizm
miologiyasından fərqli olaraq e.ə. VI əsrdə Hindistanın Şimal-
Şərq vilayətlərində yaranan buddist mifologiyası brəhmən
mahiyyətindən uzaq olub, həm sanskrit, həm də yerli orta
______________Milli Kitabxana_____________
317
Hindistan dialektlərini birləşdirən dilə malik olub əhalinin daha
geniş təbəqələrini əhatə edir. Cəmiyyətin bu təbəqələri sosial
mülkiyyət və etnik münasibət cəhətdən bir-birindən köklü surətdə
fərqlənən təbəqələr olmuşdur. Vedizm və hinduizm mifologiyaları
bir sıra personajları və süjetləri götürən, mənimsəyən Buddizm öz
dini-fəlsəfi prinsiplərinə müvafiq olaraq mifologiyaya məhdud,
ikinci dərəcəli yer vermiş, öz tərkibinə mifoloji təbəqəni daxil
etməyə isə yüksək nəzəriyyə və xalq etiqadları arasında bir növ
kompromis kimi baxmışdır.
Hind mifologiyasının səciyyəvi cəhətlərindən biri onun
müxtəlif təcəssümlərinin (vedizm, hinduizm, brəhmənizm,
buddizm və s.) olmasında deyil, onların məkan və zamanda yanaşı
mövcudluğu və mifoloji sistemlərin üzvi şəkildə varisliyindədir.
Çox zaman Hind mifologiyası vahid mifoloji sistem kimi təqdim
olunur və onun komponentlərinin mövcudluğu ikinci dərəcəli bir
hal kimi verilir.
Ən qədim dövrlərdən Hindistanda zəngin və spesifik elm
inkişaf etmişdir. Hələ e.ə. III minilliyin ortalarında yazı meydana
çıxmışdır. Metalın işlənməsi, təbabət, həndəsə, şahmatın kəşfi və
s. Hindistanda mədəniyyətin tarixi qədimliyini bir daha sübut edir.
Bu dövrdə Hind alimləri onluq hesab sistemini kəşf etmişdir.
Triqonometriya, hesab, cəbrin nailiyyətləri, yerin şar şəklində
olması, ayların 12, ayın 30 gün və s. kəşflər də hindlilərə
məxsusdur.
II-I minilliklərdə Ved ədəbiyyatı, «Mahabharata»
ensiklopedik əsəri, qədim Hind dramaturgiyası «Kalidasa», dini
ədəbiyyat, Buddanın həyatının «təsviri» geniş yayılmışdır. Musiqi
Hindistanın mədəniyyətinin ayrılmaz bir hissəsidir. Rəssamlıq,
məbədlərin tikintisi, təsviri sənət, din fəlsəfəsi, fəlsəfi məktəblər
də Qədim Hind mədəniyyətinin mühüm elementləridir.
Qədim Hindistanın maddi və mənəvi mədəniyyəti dünya
sivilizasiyası tarixində mühüm yer tutur.
______________Milli Kitabxana_____________
318
Dostları ilə paylaş: |