Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə140/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   328
______________Milli Kitabxana_____________ 

 171


birlikdə sata bilərdi. Lakin assur qanunları borc əsarətinə düşmüş 

adamla qul arasında müəyyən fərq qoyurdular. Borc əsarəti 

assuriyada geniş  tətbiq olunurdu. Borclu borcunu vaxtında 

qaytarmazdısa, onda o, borc əvəzi sələmçinin təsərrüfatında 

işləməli və borcun məbləğini öz əməyi ilə ödəməli idi. Sələmçi 

onu qul kimi sata bilməzdi. Sənədlərdə 10-20 quldan ibarət 

ailələrin satılması qeyd olunmuşdur. Qullar becərdikləri torpaq 

sahəsi ilə birlikdə  də satılırdılar. Orta dövr assur qanunları ev 

köləliyi və qadının mövqeyi haqda xüsusi maddələr nəzərdə 

tutmuşdular. Ev sahibəsinin qul və  kəniz ilə münasibəti 

maddələrin birində belə əks olunmuşdur: "Əgər qul, yaxud kəniz 

azad adamın  əlindən bir şey qəbul edərsə, onda həmin qul və 

kənizin burnu və qulağı  kəsilməli, oğurlanmış  şey isə 

qaytarılmalıdır; adam öz arvadının da qulağını kəsə bilər. Əgər o, 

arvadına cəza verməzsə və onun qulağını kəsməzsə, onda qul və 

kənizin qulağı  həmçinin kəsilməməli və onlar oğurlanmış  şeyi 

qaytarmamalıdırlar». 

Assur qanunlarından belə  nəticə  əldə etmək olur ki, ailədə 

qadına müstəqillik verilmirdi. Onun bütün hərəkətləri kişinin 

nəzarəti altında idi. Qadın icazəsiz heç kəsə evdən ərzaq, yaxud ev 

əşyası verə bilməzdi, yəni heç kəsə  əl tutmamalı idi. Ailə 

əmlakına onun hüququ yox idi, ancaq ev əmlakı üzərində tam 

hüquqa malik olmuşdu. Qadın tərəfindən kənara verilmiş  əşya 

oğurluq malı hesab edilirdi. Müvafiq maddədə bu haqda belə 

deyilir: "Əgər azad adam xəstədirsə, yaxud vəfat edibsə, onun 

arvadı isə evdən bir şey oğurlayıb qadınamı, kişiyəmi, yaxud hər 

hansı bir kəsəmi veribsə, (onda) həmin adamın arvadı və ev şeyini 

qəbul edənlər öldürülməlidirlər. 

Əgər azad adamın arvadı  əri sağ olarkən  ər evindən nə isə 

oğurlanmışsa, kişiyəmi, qadınamı, hər hansı bir kəsəmi vermişsə, 

onda həmin adam and vasitəsilə öz arvadını təqsirləndirə bilər və 

ona cəza verə bilər, (oğurluq malını) adamın arvadından qəbul 

etmiş  şəxs isə malı qaytarmalıdır.  Ər arvadına verdiyi cəzanı 

(oğurluq malını qəbul etmiş) şəxsə də tətbiq etməlidir". 

Assuriyada qadın ləyaqətinə yüksək qiymət verilirdi. 

Qadının  şəxsiyyətini və namusunu qoruyan maddələr orta Assur 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin