______________Milli Kitabxana_____________
167
QƏDİM FİNİKİYA
Aralıq dənizinin şərq sahilində Livan və Suriyanın sahil
ərazisində qədim finikiyalılar yaşayırdılar.
Mesopotamiya və
Misirdən gələn quru və dəniz yolları Finikiyadan keçirdi.
Finikiyalıların ərazisi əkinçilik və maldarlıq üçün əlverişli
olmadığı üçün onların əsas məşğuliyyəti dənizçilik və dəniz
ticarəti idi. E.ə. II minilliyin sonu - I minilliyin əvvəlində
finikiyalılar Aralıq dənizində ağalıq edirdilər. Finikiyalılar ən
yaxşı gəmiqayıranlar və dənizçilər idi. Onlar burada bitən sidr və
palıd ağaclarından gəmi düzəldirdilər. Onlar Aralıq dənizi
vasitəsilə üzüb ilk dəfə Atlantik okeanına çıxmışdılar. Sonra
Avropa sahilləri ilə üzərək İngiltərənin cənub-qərbinə kimi gedib
burada qalay mədəni tapmışlar. O vaxtı beynəlxalq ticarət
finikiyalıların əlində idi. Onlar Yunanıstan, Misir, Babilistan və s.
ölkələrlə ticarət edirdilər. Finikiyalılar əsasən zeytun yağı, ağac,
mis, tunc, mal-qara, taxıl və s. satırdılar.
Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox
şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə
çevrildi. Sidon, Tir, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Tir
şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Tir qaya ada
üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və
genişləndirilmişdi. Dəniz ticarəti nəticəsində finikiyalılar Aralıq
dənizi sahillərində, Kipr, Siciliya, Sardiniya adalarında
məskunlaşmışdılar. Tir şəhəri tərəfindən e.ə. 825-ci ildə Karfagen
şəhərinin əsası qoyuldu Mənası “yeni şəhər” deməkdir. E.ə. VII-
VI əsrlərdə Şimali Afrikada ən böyük dövlətlərdən biri olmuşdur.
Uzun müddət Romaya qarşı müharibələr aparmış, e.ə. 146-cı ildə
romalılar tərəfindən məğlub edilmiş və onun yaratdığı sivilizasiya
məhv olmuşdu. Finikiyalılar 22 samitdən ibarət ən qədim əlifba
(e.ə. X-IX əsrlər) tərtib etmişdilər. Finikiya əlifbasını yəhudilər və
aramilər qəbul etdilər, sonra isə yunanlar da bu əlifbanın əsasında
öz əlifbalarını yaratdılar. Beləliklə, finikiyalılar əlifba sisteminin
ilk nümunəsini yaratdılar.