______________Milli Kitabxana_____________
155
İkiçayarası əhalisi müəyyən coğrafi təsəvvürlərə malik idi.
Uzaq və yaxın ölkələr barədə az-çox məlumatları vardı. Şumerlər
Aratta, Subir, Elam kimi yaxın ölkələrin coğrafi mövqeyini bilir
və bu ölkələrlə daimi ünsiyyət saxlayırdılar. Qaynaqlarda
Meluhha (Hindistan), Maqan (Misir), Dilmun (Bəhreyn) kimi
uzaq ölkələrdən yad edilirdi. İkiçayarasında «dünya xəritəsi»
yaratmaq cəhdi edilmişdi. Onların zənnincə, dünyanın mərkəzi
İkiçayarası olmuşdu. Xəritədə Yer kürəsi yastı şəkildə
göstərilmişdi. Burada şimaldan axan Dəclə və Fərat çayları
göstərilmişdi. Yer kürəsinin ətrafında dünya okeanı təsvir
olunmuşdu ki, onu «Acı çay» kimi başa düşürdülər. Şəhər və uzaq
ölkələr müvafiq surətdə nöqtə və üçbucaqlar vasitəsilə qeyd
olunmuşdu.
İkiçayarasında tarix haqqında müəyyən təsəvvürlər meydana
gəlmişdi. İlin mühüm hadisələri yazıya alınırdı, imkan daxilində
onların tarixindən bəhs edilirdi. Tarixi və təbii hadisələrin səbəbi
dini ideologiyaya uyğun olaraq allahların, xeyir və şər qüvvələrin
əməlləri kimi dərk edilirdi. Müharibələr sənədlərdə əks olunurdu.
Qələbələr bu və ya digər hökmdarların adı ilə bağlanırdı. Onların
bəzisi barədə qəhrəmanlıq dastanları yaradılmışdı. İkiçayarasında
hökmran olan sülalələrin və hökmdarların siyahısı tərtib olunurdu.
Varlı və yoxsul təbəqələri bir-birindən fərqləndirirdilər.
Hökmdarların hərbi yürüşü, təsərrüfat və qanunvericilik fəaliyyəti
ilə əlaqədar salnamələr, kitabələr və yazılı qanun külliyyatları
tərtib olunurdu. İkiçayarası tarixçisi Beros e.ə. IV-III əsrlərdə
Babil şəhərində yaşamışdı. Ondan xeyli əvvəl yaşamış
«tarixçilərin» adı bu və ya digər salnamənin tərtibçisi sifəti ilə yad
edilirdi.
İkiçayarasında hüquq qaydaları yazılı şəkildə mövcud idi.
E.ə. III minilliyin sonundan etibarən Şumer (Ur, İsin, Larsa) və
Akkad (Eşnunna, Hammurapi qanunları, Assur qanunları, yeni
Babil natamam qanunları) dillərində qanunlar külliyyatı
yaradılmışdı. Cinayət işləri hərtərəfli yoxlanılırdı. İstintaq zamanı
sübut və dəlil toplanılırdı, şahidlər dindirilirdi, cinayət
iştirakçılarının təqsir və məsuliyyət dərəcəsi müəyyənləşdirilirdi.
E.ə. III minilliyin əvvəlinə aid bir məhkəmə sənədində ölüm
|