Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə203/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   ...   328
______________Milli Kitabxana_____________ 

 243


(yaxud Riqa) və Herakleya kimi Midiya şəhərlərinin adları çəkilir. 

Qaya təsvirləri. Qaya təsvirlərinə petroqlif deyilir. Bu 

termin yunan dilində petros-daş, qlif- oyma, cızma sözlərinin 

birləşməsindən  əmələ  gəlmişdir. Petroqliflərə Orta Asiyada, 

Sibirdə, Uralda, Krımda, Azərbaycanda, digər yerlərdə rast 

gəlmək olar. Petroqliflər bizi qədim  əcdadlarımızın yaşayış 

yerləri, təsərrüfat formaları, həyat tərzi, məişət xüsusiyyətləri, dini 

təsəvvürləri və bədii təfəkkür səviyyəsi ilə tanış edir. 

Qobustan qayalıqlarından və Abşeronun 

Şüvəlan 


qəsəbəsindən, Ordubad yaylaqlarından və  Kəlbəcər dağlarından 

tapılmış qaya təsvirləri bu rayonlarda yaşamış  qədim insanların 

qoyub getmiş olduğu dəyərli mədəniyyət və incəsənət abidələridir. 

Qobustan-Baş Qafqaz sıra dağlarının cənub-şərq 

qurtaracağında yerləşmişdir. Buradakı qaya təsvirləri bir-birindən 

uzaq, ayrı-ayrı yerlərdə yerləşmiş qayalıqlar üzərində iti daşla 

cızılmışdır. Bu qayalıqlara yerli əhali «Böyükdaş», «Kiçikdaş», 

«Cingirdağ», «Şonqardağ», «Şıxqaya» və «Daşqışlaq» adı 

vermişdir. Həmin qayalıqlar Bakıdan 50-60 km cənubda, Xəzər 

dənizinin yaxınlığında yerləşir. 

Bu qaya təsvirləri haqqında alimlər tərəfindən müxtəlif 

fikirlər irəli sürülmüşdür. Bəziləri onların dini ayinlərin 

keçirilməsində mühüm vasitə olduğunu göstərir, digərləri isə bu 

təsvirləri ovda müvəffəqiyyət qazanmaq üçün icra edilən iş 

magiyası (sehrkarlığı) ilə  əlaqələndirərək onların incəsənət 

mahiyyətini inkar edirlər. 

Petroqliflərin anlaşılması üçün onlara öz dövrlərinin 

tələbləri, ehtiyacları  cəhətdən yanaşmaq lazımdır. Daş dövründə 

insanların başlıca məqsədi qida əldə etmək idi. İbtidai insanlar 

artıq qidalanmaq üçün mübarizənin, yaxşı atıb, sərrast vurmağın 

başlıca şərt olduğunu dərk edə bilmişdilər. Odur ki, ən ibtidai şüur 

səviyyəsində olanda belə  ağıllarından, hiylələrindən çox, 

qollarının gücünə  və gözlərinə arxayın olurdular. Buna görə  də 

qədim  əcdadlarımız ovlayacaqları heyvanın gücünü, qaçmaq 

bacarığını yaxşı öyrəndikdən sonra onunla mübarizəyə 

hazırlaşırdılar. Bu hazırlıq dövründə ovu uzaqdan yaxşı müşahidə 

etmiş ovçular qaya üzərində onun konturlu şəklini çəkirdilər. 




Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin