Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə289/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   285   286   287   288   289   290   291   292   ...   328
______________Milli Kitabxana_____________ 

 351


xalqların tarixi, adət-ənənəsi, mədəniyyəti, rəvayətləri və s. 

haqqında məlumat toplamışdı. “Tarix” əsərində  İran-yunan 

müharibəsində  iştirak edən bütün xalqlar haqqında tarixi, 

etnoqrafik materiallar şərh olunmuşdur. Midiya əfsanələrini ilk 

dəfə Herodot yazıya köçürmüşdü. Kitabda Azərbaycan ərazisində 

yaşayan xalqlar barədə maraqlı faktlar var. Siseron onu “tarixin 

atası” adlandırmışdı. 

Yunanlar e.ə. II minillikdə unutduqları öz yazılarına bir 

daha qayıtmadılar. Onlar Homer dövrünün sonlarında 

finikiyalıların əlifbasına saitlər əlavə edib 24 hərfdən ibarət yunan 

əlifbasını  tərtib etdilər. Onlar papirus, gil lövhə, üstünə mum 

çəkilmiş taxta parçası üzərində metaldan düzəldilmiş ucu şiş 

çubuqla yazırdılar. 

Yunan uşaqları 7 yaşından məktəbə gedirdilər. Sənətkar və 

kəndli uşaqları ibtidai məktəbdə, dövlətli uşaqları 18 yaşınadək 

gimnaziyada oxuyurdular. Onlar Homerin, Hesiodun və başqa 

yazıçıların  əsərlərini  əzbər bilirdilər.  Şagirdlər məktəbdə  şəkil 

çəkmək, rəqs etmək, oxumaq və lirada çalmağı öyrənirdilər. 

Qızlar və qullar oxumurdular. 

E.ə. VI əsrin sonu-V əsrdə Afinada açıq havada tamaşa 

göstərmək üçün ilk teatrlar tikildi. Yunan sözü olan “teatr” 

“tamaşa yeri” deməkdir. Xorun çıxış etdiyi yerə “orxestra”, 

aktyorların oynadığı yerə “skena” deyirdilər. Qədim Yunanıstanda 

şərab allahı Dionisin şərəfinə  təşkil edilmiş bayramlar, bu haqda 

əfsanələrin nümayiş etdirilməsi nəticəsində qədim yunan teatrının 

əsası qoyuldu. 

Yunanıstanda  əfsanələr  əsasında tragediyalar adlanan 

pyeslər yarandı. Tragediya “keçi mahnısı” deməkdir. Tragediyada 

qəhrəmanlar arasında gərgin mübarizə gedir, sonra isə 

qəhrəmanlar öz ideyaları  uğrunda həlak olurlar. Afinada 

tragediyanın banisi “Zəncirlənmiş Prometey” tragediyasının 

müəllifi Esxil olmuşdur. E.ə. V əsrdə yaşamış Sofokl “Antiqona” 

faciəsinin müəllifidir. 

Yunanıstanda komediyalar şən, məzəli və gülməli 

səhnəciklərdən ibarət olurdu. Komediya sözü “şən sakinlər 

mahnısı” deməkdir. Komediyalar adamları düşünməyə  məcbur 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin